![ABŞ İranın 30-dan çox internet saytını bloklayıb ABŞ İranın 30-dan çox internet saytını bloklayıb](/uploads/posts/2021-06/thumbs/1624420791_0001.jpg)
ABŞ Ədliyyə Nazirliyi iyunun 22-də İran İslam Radio və Televiziya İttifaqının (IRTVU) istifadə etdiyi İranın 33 internet saytını bloklayıb.
Trend-in məlumatına görə, bu barədə Nazirlik xəbər verib.
Məlumata əsasən, bundan əlavə "Kataib Hizbollah"qruplaşması tərəfindən idarə olunan 3 sayt bloklanıb. Həmin internet səhifələr məhkəmin qərarı ilə bloklanıb:
"Bu gün ABŞ məhkəmələrinin qərarlarına uyğun olaraq ABŞ-ın sanksiyalarını pozaraq IRTVU tərəfindən idarə olunan 33 saytların və "Kataib Hizbullah" tərəfindən idarə olunan üç internet saytın domenləri götürülüb".