ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”: - Ukrayna üzərindən qaz nəqli ən azı 10 il dayandırıla bilməz
Tarix: 21-07-2021, 08:16 | Çap et
“Rusiya qazdan "strateji silah kimi" istifadə edəcəyi təqdirdə Almaniya ona qarşı cavab tədbirləri görəcək". Ovqat.com xəbər verir ki, dünyanın ən məşhur iqtisadi portalı kimi tanınan “Bloomberg” nəşri Vaşinqtonla Berlinin “Şimal axını-2” layihəsi ilə bağlı müzakirələrdə ilkin razılıq əldə etdiklərini irəli sürüb. Portalın məlumatına görə, iki dövlət arasında əldə olunan ilkin razılaşmaya əsasən, Rusiya qazdan strateji silah kimi istifadə edəcəyi təqdirdə, Almaniyanın cavab tədbirləri onun enerji ixracına qarşı sanksiyalara qədər vara bilər. Qeyd edilir ki, saziş yaxın günlərdə rəsmiləşdiriləcək. İddialara inansaq, ABŞ və Almaniya “Şimal axını-2” layihəsi tamamlandıqdan sonra Ukraynanın qarşılaşacağı zərərin kompensasiyası barədə də düşünüblər. Liderlər Ukraynanın "yaşıl fond"una bir milyard dollara yaxın sərmayə yatırmaq barədə razılığa gəliblər. Məqsəd Ukraynanın ekoloji cəhətdən təmiz enerjiyə keçməsinə kömək etməkdir. Razılaşmaya əsasən, Berlin həmçinin Kiyevlə ikitərəfli enerji layihələrini dəstəkləmək üçün “xüsusi səfir” təyin edəcək. Bu missiyanın maliyyələşdirilməsinə isə təxminən 70 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur. Bundan əlavə, Almaniya öz üzərinə hazırda qüvvədə olan və bitmə müddəti 2024-cü ildə başa çatan Rusiya qazının Ukrayna vasitəsilə tranzitinə dair müqavilənin ən azı on il uzadılmasına yardım etmək öhdəliyi götürür. Xatırladaq ki, Almaniya ilə Rusiyanın birgə çəkmək istədiyi və digər bir neçə digər Qərb ölkələrin enerji şirkətlərinin də dəstəklədiyi "Şimal Axını 2" layihəsində Baltik dənizi vasitəsilə Almaniyaya qədər ildə 55 milyard kubmetr həcmində qaz nəql edən boru kəmərinin tikintisini nəzərdə tutulur. Kiyev bu kəmərin rus qazının Ukrayna üzərindən tranzitini kəsməyə yönəlik proje olduğunu düşünür və buna kəskin etiraz edir. ABŞ da bu arqumentlə razılaşır, üstəlik, layihənin Avropanı enerji inhisarına almağa hesablandığını əsas gətirərək dayandırılmasını istəyir. Vaşinqton bunun əvəzinə özünün LNG qazını almağı məsləhət görsə də, Berlin “Şimal axını-2” layihəsinin çəkilməsi fikrindən daşınmır. Almaniya hökumətinin fikrincə, ölkənin enerji təhlükəsizliyi naminə təchizat diversikasiyası aparılmalı, müxtəlif kanallardan qaz alınmalıdır. “Şimal axını-2” layihəsi, böyüdükcə daha çox enerjiyə ehtiyac duyan Almaniya sənayesi üçün vazkeçilməz və ən ucuz mənbədir. Co Bayden ABŞ prezidenti seçildikdən sonra Merkel hakimiyyəti ilə sürdürdüyü danışıqlar heç bir nəticə verməyincə, 2019-cu ildən etibarən “Şimal axını-2” layihəsinə tətbiq olunan sanskiyaların dayandırılmasına qərar verdi, bu isə Kiyevdə sərt reaksiya ilə qarşılandı. Kiyev layihənin tamamlanacağı təqdirdə Ukraynanın qarşılaşacağı zərərin kompensasiya olunmasını tələb etməyə başladı. Ukraynanın dövlət qaz şirkətinin hesablamalarına görə, zərərin ildə 4-5 milyard dollar olacağı gözlənilir. Üstəlik, Ukraynanın özü də Rusiyadan aldığı qazın kəsiləcəyi təqdirdə ciddi enerji çatışmazlığı təhlükəsi ilə qarşılaşa bilər. Ukrayna prezidenti Zelenski ilə Almaniya Baş naziri Merkel arasında bu yaxınlarda keçirilən görüşdə də qaz nəqli məsələsi müzakirə olunmuş, tərəflər heç bir razılığa gələ bilməmişdilər. Rəsmi Kiyev Berlinin mövqeyini Ukraynanı Rusiyaya satmaq kimi dəyərləndirmiş, Merkel hökuməti ilə razılaşan ABŞ-ı da açıq şəkildə təhdid etmişdi. Kiyev Qərbin bu xəyanəti ucbatından Çinə yönələ biləcəklərini vurğulamışdılar.
“Bloomberg”in ABŞ-la Almaniya arasında aparılan gizli danışıqlardan sızdırdığı məlumat göstərir ki, tərəflər Ukraynanın həssasiyyətlərini nəzərə alıb və ölkənin alternativ enerji mənbələrinə keçməsini təmin etmək üçün 1 milyard dollara yaxın vəsait ayırıb. Fikrimizcə, razılaşmanın bu bəndi Ukraynanı ekoloji təmiz enerji ilə təchizatından çox, ümumiyyətlə alternativ enerjiyə keçməsini təmin etməyə hesablanıb. Çünki yaxın gələcəkdə Rusiyanın Ukraynaya qaz nəqlini tamamilə dayandıracağı istisna olunmur. Bundan əlavə, rus qazının ən azı 10 il müddətində Ukrayna üzərindən nəqlinə nail olmaq üçün ümumi razılığa gəlinib. Təbii ki, rus qazının Avropaya nəqlinin marşrutu barədə son sözü nə Berlin, nə də Vaşinqton deyə bilər. Buna ilk növbədə Moskva qərar verməlidir. Moskva isə sırf iqtisadi səbəbləri əsas gətirib Ukraynadan qaz nəqlinin səmərəli olmadığını iddia edir. Çünki 1980-ci ildə çəkilən Ukrayna kəməri köhnəlib və yenidən inşa olunmalıdır. Bu isə yeni kəmər çəkmək qədər məsrəfli işdir. Üstəlik, Ukrayna vaxtaşırı tranzit xərclərinin artırılmasını tələb edir. Onsuz da inşası tamamlanan və Ukrayna üzərindən qaz nəqlinə alternativ kimi çəkilən “Şimal axını-2” layihəsinin isə bu cür problemləri yoxdur. Baltik dənizindən keçən “Şimal axını-2” kəmərinin tranzit xərci ümumiyyətlə yox səviyyəsindədir. Digər tərəfdən, Rusiyanın Avropaya qaz nəqlində məhdudiyyət limiti var. Avropanın qaz ehtiyacının 45%-nə təqabül edən bu limiti aşmaq Aİ qanunvericiliyinə görə, mümkün deyil və buna Qərb razılıq verməz. Əks təqdirdə Rusiya qitəni enerji inhisarına ala bilər. Belə vəziyyətdə Rusiyanın həm Ukrayna üzərindən, həm də “Şimal axını-2” kəmər vasitəsilə eyni anda Avropaya qaz göndərməsi müşkülə çevriləcək. Deməli, Rusiyanın ABŞ-la Almaniya arasında əldə olunan razılığa uyğun şəkildə Avropaya qaz nəqli üçün bir kəmərlik qaz həcmini iki kəmərə bölməlidir. Məşhur atalar sözündə deyildiyi kimi: “anam bir gündəni ikiyə bölüb çörək yapdı, atam ikisini yeyib bir saydı”. Dərd burasındadır ki, kündədən fərqli olaraq, bir kəmərlik qazın iki kəmərlə nəqli rentabeli azaldır, və bu da Rusiyanın “ikisini yeyib bir sayması”nı çətinləşdirir. Rusiyanın rentabelsizliyə etiraz edib bu təkliflə razılaşmayacağı təqdirdə isə, “Bloomberg”in iddiasına görə, Almaniya ona qarşı sanksiya tətbiq edəcək. Rusiyanın “qazdan strateji silah kimi istifadə etməsi” fikri də təsadüfi deyil. ABŞ-ın mülahizələrinə görə, “Şimal axını-2” layihəsi əslində iqtisadi yox, siyasi projedir. Məqsəd Avropaya inteqrasiya yolunu tutan Ukraynanı enerji mənbəyi ilə sınağa çəkmək, sənayesini çökdürmək, əhalisini qışda soyuqdan dondurmaqdır və Qərbi Avropa ölkələri, o cümlədən Almaniya bu oyuna gəlməməli, Qərb dəyərləri üçün hər cür fədakarlığa gedən Ukraynanı Rusiya qarşısında tək buraxmamalıdır. Prinsipcə, bu mülahizənin ciddi əsasları da var. Çünki Ukraynanın Rusiya tərəfindən qaz imtahanına tutulması dəfələrlə təkrarlanıb. İstər 2006-cı, istər 2008-2009-cu, istərsə də 2014-cü illərdə Kiyev Qərblə inteqrasiya prosesinə qoşulan kimi, Rusiya ona qaz nəqlini tamamilə dayandırıb. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
|