Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                 

Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Tarix: 3-08-2021, 08:13 | Çap et
Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Bakı-Tehran münasibətləri ilə bağlı İbrahim Rəisidən gözləntilər, ekspertlərə görə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır

Bu gün - avqustun 3-də İranın yeni prezidenti İbrahim Rəisi and içəcək. “Yeni Müsavat” xəbər verir ki, bununla da rəsmən öz vəzifəsinin icrasına başlayacaq. Tədbirdə İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. Andiçmədən sonra Rəisi siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. Yəni prioritetləri açıqlayacaq.

Bizi isə daha çox maraqlandıran Rəisi dövründə Bakı-Tehran əlaqələrinin necə inkişaf edəcəyidir. Yeni prezident mühafizəkar qanadı təmsil edir və bir qayda olaraq, onların hakimiyyətdə olduğu dövrdə münasibətlər kəskinləşməyib. Üstəlik, Rəisi azərbaycanlı həmkarını Qarabağın işğaldan azad olunmasına görə təbrik edib. Bunun özü də başlanğıcda ciddi addımdır.

Ancaq mühafizəkarlar hakimiyyətə gələndə ABŞ-la əlaqələr daha da pisləşir. Düzdür, Bayden administrasiyası İran siyasətində Tramp qədər radikal kurs götürməyib, amma Tehranın nüvə siyasətinə qarşı fəaliyyətindən də qalmır.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rəisi dönəmində iki ölkə arasında münasibətlərdə fundamental dəyişiklik olacağını gözləmir. Onun fikrincə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır: “Çünki regionda tərəflərin öz maraqları var. Amma nə vaxtsa İranda hakimiyyətə liberal biri gəlsə, Azərbaycana münasibətdə yumşala bilər. Hazırkı situasiyada ciddi gözləntim yoxdur. Amma İbrahim Rəisinin İlham Əliyevi torpaqlar azad olunmasına görə təbrikini jest kimi qiymətləndirmək olar. Dövlət başçısı jest edirsə, heç zaman öz milli maraqlarına zərər vermiş olmaz. O demək deyil ki, İran bununla həssas məsələdə güzəştə gedəcək”.

F.Mehdiyev güman edir ki, hər iki tərəf yaxşı qonşuluq münasibətlərini saxlamağa çalışır: “Azərbaycan və İran bir-birinə qarşı ehtiyatlı davranır. Azərbaycan milli azadlıq hərəkatına dəstək versə, İranda təsirləri güclü olacaq, Tehran bunu yaxşı bilir. İranın o qədər də Azərbaycana təsir gücü yoxdur. Azərbaycana Rusiyanın təsiri daha çoxdur. Amma qarşıda yeni dövr başlanır, irəlidə Zəngəzur dəhlizinin açılması var, bu da İranla əlaqələrə təsir edəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, İranla Azərbaycan arasında qeyri-adi dəyişiklik gözləmir. Onun fikrincə, müstəqillikdən bu yana mühafizəkarlar da, şərti adı liberal olanlar da İranda prezident kürsüsünə qalxıb, amma Azərbaycanla eyni problemlər qalıb: “Hatəmi dövründə təmasların sayı artdı, nümayəndə heyətləri qarşılıqlı intensiv səfərlər edirdilər, müxtəlif sazişlər, regional layihələr mövcud idi. Amma İran siyasətindən narazılıq da qalırdı, xüsusən müharibədə birmənalı dəstək vermədilər, bu da bizi narahat edirdi, suallara cavab ala bilmirdik. İbrahim Rəisi dönəmində də xüsusi dəyişiklik gözləmirəm”.

E.Şahinoğlu, bununla belə, regional əməkdaşlığın davam edəcəyini, qalan problemlərin həllini gözləmədiyini açıqladı: “İranın Ali dini lideri var və xarici siyasətin konturlarını o, müəyyən edir, mühafizəkarlarla liberalların hakimiyyətdə olması yuxarı-aşağı bizim üçün ciddi fərq etməyib. Məsələn, Qarabağ işğalda olanda Ruhani dövrü idi, İran şirkətləri ərazilərimizdə təmir işləri aparırdı. Bu da bizdə narazılıq oyatdı. İran tərəfdən məscidin təmirinə elə cavablar verildi ki, heç başa düşülmədi. Amma ədalət naminə deyək ki, Ruhani dövründə əməkdaşlıq genişlənib, təmaslar artıb”.

Politoloq hesab edir ki, İ.Rəisi dövründə regional layihələr davam edəcək, çünki İranın buna ehtiyacı var: “Tehran sanksiyalarla üz-üzədir, bu vəziyyətdən çıxış yolu qonşu ölkələrlə münasibətlərin inkişafından asılıdır. İran əsasən Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıqdan fayda götürə bilər”.

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Rəisi dönəmi Qarabağın işğaldan azad olunduğu vaxta təsadüf edir: “İndi İran Azərbaycan siyasətində daha aydın baxışlarını ortaya qoyacaq. Regionda yeni reallıq var, Zəngəzur dəhlizi açılmalıdır, Tehranın bu məsələdə mövqeyi önəmlidir. Hər halda, Azərbaycan-İran münasibətləri gərgin bir dövr yaşamayacaq”.

Qeyd edək ki, Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb. 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O, 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işi ilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub. Ayətullah Seyid Əli Xameneyinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi Tehranın baş prokuroru təyin olunub. Sonra da müxtəlif vəzifələrdə çalışıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru