Ruslar Avropaya getsin, getməsin: - İttifaq ölkələri arasında viza qadağasında fikir ayrılığı
Tarix: 25-08-2022, 08:31 | Çap et
Rusiya vətəndaşlarına turist vizalarının verilməsi prosesinin dayandırılması ilə bağlı müzakirələr Almaniyada geniş vüsət alır. Artıq bir sıra Avropa ölkələri bu barədə addımlar atıblar. Xüsusilə, Almaniyanın Xristian Demokrat İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) rusiyalı turistlər üçün vizaların ləğvini tələb edirlər. “Spiegel”in yazdığına görə, İttifaq üzvlərinin fikrincə, bununla Rusiya əhalisinə aydın siqnal verməlidir.
“Ruslar üçün turist vizaları dayandırılmalıdır. Rusların turist səfərləri üçün yerlər artıq Paris və Porto deyil, bəlkə də Pxenyan və Pekin ola bilər", - XDİ liderinin müavini Andrea Lindholz bildirib.
İttifaqın sözçüsü Dennis Radtke isə rusların Avropada istirahət etməsini və heç nə olmamış kimi pul xərcləmələrini dözülməz adlandırıb.
"Almaniya və Avropa indi sanksiyalar və silah tədarükü baxımından bir növ "yatıblar". Kim Putini dayandırmaq istəyirsə, indi təslim olmamalı, Rusiya vətəndaşları üçün turist vizalarına qadağa tətbiq etməlidir", - Radtke bildirib.
Xatırladaq ki, beş ölkə Avropa İttifaqında Rusiya vətəndaşlarına şengen vizalarının verilməsini qadağan etməyə çağırıb. Bunlar Estoniya, Litva, Çexiya, Finlandiya və Danimarkadır. Siyahıdakı ilk ölkə artıq giriş məhdudiyyəti tətbiq edib.
Bununla yanaşı, Rusiyada belə bəyanatlar fonunda son iki həftə ərzində şengen vizası üçün müraciətlərin sayı 40 faiz artıb. Rusiya Federasiyasının rəsmiləri isə Avropada belə qadağa tətbiqi olarsa, buna ağır cavab veriləcəyi ilə hədələyirlər.
Avropa İttifaqı Şurasına sədrlik edən Çexiya avqustun sonunda keçiriləcək iclasda Avropa İttifaqı ölkələrini ruslar üçün şengen vizalarının verilməsini dayandırmağı nəzərdən keçirməyə dəvət etmək niyyətindədir. Dövlət nümayəndələrinin fikrincə, bu, çox təsirli sanksiya ola bilər.
Eyni zamanda, Latviya Ukraynaya qarşı müharibəyə dəstək verən ruslar üçün vizaların və yaşayış icazələrinin ləğvi imkanlarını nəzərdən keçirir.
Avqustun 14-də Polşa diplomatları Rusiya Federasiyası vətəndaşlarına vizanın verilməsinə qadağa qoyulması üzərində işlədiklərini açıqlayıb. Bu məsələ ilə bağlı qərarlar yaxın həftələrdə verilə bilər.
Avqustun 18-də isə Danimarka Avropa İttifaqının qərarından asılı olmayaraq ruslara viza verilməsini məhdudlaşdıracağını açıqlayıb. Eyni zamanda, avqustun 18-də məlum olub ki, ruslar Finlandiya vizalarını 5 ay gözləməli olacaqlar.
19 avqust 2022-ci ildə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa İttifaqı ölkələrini ruslara verilən çox girişli şengen vizalarını ləğv etməyə çağırıb.
Lakin Almaniya kansleri Olaf Şolts viza sanksiyalarına qarşıdır. Onun sözlərinə görə, sərhədlər bağlanmamalıdır, çünki müharibəni dəstəkləməyən və Putin rejimindən qaçan Rusiya vətəndaşları var. Bununla belə, yüksək səviyyəli alman diplomatı “CNN”ə Şoltsun şengen vizalarına qadağaya qarşı çıxmasının başqa bir səbəbi haqqında danışıb. Onun sözlərinə görə, kansler “Rusiya ilə dialoq istəyənlər və sərt görünmək istəyənlər arasında parçalanmış öz partiyasını balanslaşdırmağa” çalışır.
Almaniya kansleri ilə yanaşı, Yunanıstan və Kipr, Portuqaliya və İsveç də rusiyalı turistlərin Avropa İttifaqına girişinə qoyulan qadağaya qarşı çıxıblar. Bununla belə, Çexiya Parlamenti Avropa İttifaqının Rusiya Federasiyası vətəndaşları üçün viza qadağasını dəstəkləyib.
Avropa İttifaqının Xarici Siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell isə Rusiya vətəndaşlarına viza verilməsinin qadağan olunması fikrini dəstəkləmədiyini bəyan edib. Borrell hesab edir ki, bu çox mübahisəli təklifdir: “Bəzi ölkələr bununla bağlı artıq müəyyən tədbirlər görüb, bəziləri isə bunu dəstəkləmək fikrində deyil. Məncə, bütün rusların ölkəyə girişinə qadağa qoyulması yaxşı fikir deyil. Biz daha seçici olmalıyıq”.
Diplomatın fikrincə, rusiyalı iş adamlarının Avropa İttifaqına daxil olmasına icazə verilməməlidir, lakin “ölkəni tərk etmək istəyən, belə vəziyyətdə orada qalmağa hazır olmayan” çoxlu ruslar var: “Biz bu rusların üzünə qapını bağlaya bilmərik, məncə, bu, yaxşı fikir deyil". //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
|