Kremlin yeni siyasəti NƏYİ HƏDƏFLƏYİR? - İNCƏLƏMƏ...
Tarix: 7-09-2022, 07:52 | Çap et
Rusiya prezidenti Vladimir Putin humanitar siyasət konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən xarici ölkələrdə Rusiyanın mədəniyyəti, tarixi və dilinin təbliği dövlət siyasətinin tərkib hissəsinə çevriləcək. Bu fəaliyyət Kremlin birbaşa nəzarətində olacaq. Kremldən açıqlayıblar ki, konsepsiya indiki sərt sanksiyalar fonunda Qərb ölkələrində həyata keçirilməyəcək. Deməli, diqqət daha çox Rusiyaya qonşu ölkələrə yönələcək. Konsepsiyanın əsas məqsədi kimi “Rusiyanın xaricdə obyektiv qavrayışını formalaşdırmaq” göstərilib. Maraqlıdır, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və ətrafdakı separatçılara verdiyi dəstək fonunda hansı “obyektiv qavrayışdan” danışmaq olar? Demək təbliğat obyektiv olmayacaq, Ukrayna mövzusunda ya danışmaq istəməyəcəklər, ya da deyəcəklər ki, “Rusiya Ukraynada rus dünyasını qorumağa çalışır”. Putinin təsdiq etdiyi konsepsiyada ayrı bənd kimi xarici ölkələrdə rus dilinin mövqelərinin möhkəmləndirilməsi vacibliyi göstərilib. Azərbaycan kimi ölkələrdə buna ehtiyac yoxdur. Rus dilinin məmləkətimizdə mövqeləri o qədər möhkəmdir ki, bir sıra ailələrdə ana dilini əvəz edib. Konsepsiyaya əsasən xarici ölkələrdə rus dilində olimpiadaların keçirilməsi, rus ədəbiyyatının və tarixinin öyrənilməsinin gücləndirlməsi yer alıb. Bu o deməkdir ki, Rusiyanın müxtəlif ölkələrdəki səfirlikləri yeni konsepiyanın yerinə yetirilməsi üçün çalışmalarını gücləndirəcəklər. Konsepsiyada İkinci Dünya Müharibəsinə aid belə bir bənd var: “Rusiya xarici ölkələrdə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısını almalıdır”. Bu bənd birbaşa Rusiyanın başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Mən Stalini Hitlerlə bir tuturam, hər ikisi xalqları əzən diktator olub, İkinci Dünya müharibəsi zamanı Varşavada alman faşistlərinə qarşışı qiyam qalxdı, polşalılar kömək gözlədilər, ancaq çayın o biri sahilində qətliamı izləyən SSRİ qoşunları gözləmə mövqeyində dayandılar. Belə çıxır ki, Rusiyanın humanitar siyasət konsepsiyasına görə öz ölkəmdə mənim kimi düşünənləri hədəf alacaqlar. Konsepsiyada separatçıları da unutmayıblar: “Rusiya Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə yanaşı Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk Respublikaları ilə də ikitərəfli əlaqələrin genişləndirməlidir”. Göründüyü kimi, bu Rusiyanı dünyada tanıtmaq üçün xoşniyyətli konsepsiya deyil. Əsas məqsədi Kremlin planlarını və düşüncə tərzini konsepsiya yolu ilə müxtəlif dövlətlərə zorla qəbul etdirməkdir. Elxan Şahinoğlu DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
|