Qərblə Rusiya arasında “qış savaşı”: “Kimin əli güclü olacaqsa...” - GƏLİŞMƏ
Tarix: 10-09-2022, 10:27 | Çap et
Avropa İttifaqı (Aİ) dövlətləri son səkkiz ayda Rusiya qazının tədarükünü yarıbayarı azaldıb. Bu barədə “Qazprom”un yaydığı hesabatda bildirilir. Şirkətdən verilən məlumata görə, proses qarşıdakı aylarda da davam edəcək.
Qeyd edək ki, Ukraynaya qarşı hərbi təcavüzdən sonra Rusiya ilə Avropa arasında qaz savaşı başlayıb. Moskvada ümid edirlər ki, qışa kimi Avropa ciddi enerji böhranı ilə üzləşəcək və o səbəbən Ukraynanı silahlandırmağı dayandırıb Kiyevi Moskvaya güzəştə getməyə məcbur edəcək.
Bunu nəzərə alan Aİ ölkələri payız-qış mövsümünədək öz anbarlarını təbii qazla doldurmaqla məşğuldur. Buna xeyli dərəcədə nail olduğu iddia olunsa da, Rusiyanın da özünü əmin aparması Avropada qaz böhranın davam edəcəyini söyləməyə əsas yaradır. DİA.AZ xəbər verir ki, ReAL partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya müsahibəsində Rusiya ilə Avropa arasında qaz böhranı və digər mövzular ətrafında fikirlərini bölüşüb.
- Rusiya ilə Avropa arasında qaz böhranı davam edir. Avropanı çətin qışın gözlədiyinə dair iddialar mövcuddur. Sizcə, Rusiyanın Avropa qazını kəsməsi hansı nəticələrə gətirib çıxaracaq?
- Avropa hazırda Rusiyadan 48 faiz daha az maye qaz ixrac edir. Böyük Britaniyada isə bu rəqəm 49 faizdir. Bu, o deməkdir ki, ötən il Rusiyadan 170 milyard kubmetr qaz alınmışdısa, bu il bu rəqəm təxminən onun yarısı qədər olub. Lakin Avropa ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Rusiyadan aldığı maye qaza görə daha artıq vəsait ödəyir. Burada qəribə təzad yaranır. Avropa daha az qaz ixrac edir, ancaq daha çox vəsait ödəyir. Çünki özünün tətbiq etdiyi embarqolara görə maye qazın qiyməti artıb. Ortalama rus qazının qiyməti 2000-2500 avro civarında dəyişir. Ötən il isə bu rəqəm 300-400 ABŞ dolları civarında idi. Göründüyü kimi, qiymətlərdə altı dəfəyə yaxın artım baş verib. Rusiyadan icrac olunan maye qazın həcmi azalsa da, əldə etdiyi gəlirlər çoxalıb.
Bu gün Avropanın özündə də ciddi problemlər yaşanır. Həm Şərqi Avropada, həm Şimali Avropada qış fəslinin ağır keçəcəyi gözlənilir. Çünki maye qazın qiymətinin artması həm elektrik enerjisinin, həm istilik tariflərinin artmasına səbəb olur. Bu da öz növbəsində daxildə narazılıqların yaranmasına, istehsal müəssisələrinin, zavodların və fabriklərin bağlanmasına səbəb ola bilər. Misal üçün, alüminium və gübrə sənayesi müəssisələri artıq fəaliyyətini dayandırıb. Təbii ki, embarqolar Avropaya da təsirsiz ötüşmür. Hazırda müzakirə olunan əsas məsələ də bu mübarizədə Avropanın, yoxsa Rusiyanın dözümlü çıxacağı ilə bağlıdır.
- Rusiyanın təzyiqləri fonunda Qərbin geri çəkiləcəyini və Ukraynanı sülhə məcbur edəcəyini söyləyənlər də var. Dorğudanmı, ABŞ və Qərb Ukraynanı yarıyolda buraxacaq?
- Avropa mediasında, siyasi kluarlarında əsas müzakirələr məhz bununla bağlıdır. Ötən həftə Praqada iştirak etdiyim beynəlxalq tədbir zamanı bir daha əmin oldum ki, Avropanın əsas diqqəti Rusiyanın Ukraynaya qarşı təcavüzünə yönəlib. Əgər Ukrayna qış aylarına qədər ciddi hərbi uğura nail olarsa, o zaman tərəflər danışıqlar masası ətrafına keçə bilər. Qərb də, Ukrayna da buna çalışır ki, qış mövsümünə qədər torpaqların bir qismi işğaldan azad edilsin və Rusiya ilə yeni şərtlər əsasında danışıqlara başlanılsın. Lakin bu, baş verməsə, qışda Avropanın problemləri artacaq və əhalinin Ukrayna münaqişəsinə olan münasibəti dəyişə bilər. Bu da Rusiyanın maraqlarına uyğundur və Kreml bundan öz xeyrinə yararlanmağa çalışacaq. Bu gün həm Avropanı, həm də Ukrayna iqtidarını düşündürən əsas məsələ demokratik seçkilərdir. Anlayırlar ki, daxili narazılıqlar artdıqca, seçkilərdə qalib gəlmək şansları aşağı düşəcək. Hesab edirəm ki, qarşıdakı aylarda Qərb-Rusiya, eləcə də Rusiya-Ukrayna münasibətlərində həlledici bir dövr olacaq.
- Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropanı alternativ qaz mənbələri axtarışına sövq edir. Bu xüsusda maye qaz ixracatçısı olaraq Azərbaycanın da dünyada əhəmiyyəti artırmı?
- Təbii ki, Rusiyaya qarşı təzyiqlər digər maye qaz istehsalçıları və ixracatçılarının, habelə ölkəmizin qarşısında geniş imkanlar açır. Son səkkiz ayın nəticələrinə görə, Azərbaycanda ilk dəfədir ki, maye qazdan daxil olan gəlirlər neftdən daxil olan gəlirlərdən daha çox olub. Tarixdə ilk dəfə olaraq qaz satışından daxil olan valyutalar neft satışını üstələyir. Mövcud qiymətlər və Avropada maye qaza artan tələbat Azərbaycanın geosiyasi önəmini də artırır. Son dövrlər Azərbaycanla Avropa arasında yeni qaz sazişlərinin imzalanması, Cənubi və Şərqi Avropa ölkələrinin daha çox Azərbaycan qazına meyl etməsi, Bolqarıstan, Slovakiya kimi Rusiya qazından 90 faiz asılı olan dövlətlərin artan marağı bu qəbildəndir.
- Şimal qonşumuz bu məqsədlə ölkəmizə hər hansı təzyiq göstərə bilərmi? Yoxsa Moskvada Azərbaycanı özünə ciddi rəqib hesab etmirlər?
- Azərbaycan həcm olaraq ötən il Avropaya 9,8 milyard kubmetr maye qaz satıb. Bu il isə bu rəqəmin 11 milyard kubmetr olacağı gözlənilir. Rusiyadan isə Avropaya təxminən 170 milyard kubmetr qaz ixrac olunur. Bunun qarşısında Azərbaycanın icrac etdiyi qazın həcmi bir o qədər də yüksək deyil. Təbii ki, Rusiya bundan qıcıq olur. Buna sakit reaksiya verdiyini də söyləmək olmaz. Xüsusən rus mediasında zaman-zaman bu məsələlər gündəmə gətirilir. Lakin bunun Azərbaycanla Rusiya arasında gərgin münasibətlərə səbəb olacağı qənaətində deyiləm.
- Yeddi aya yaxındır ki, Ukraynaya qarşı təcavüz davam edir. Tərəflərdən heç biri xüsusi üstünlüyə malik deyil. Münaqişə finişə doğru yaxınlaşır, yoxsa hələ uzun müddət davam edəcək?
- İstənilən müharibə yekunda danışıqlar masası ətrafında həll olunur. Dünyada elə müharibə olmayıb ki, hansısa masada bitməsin. Hətta dünyada ən uzun və 100 illik müharibə kimi tarixə düşən Britaniya-Fransa müharibəsi də danışıqlar yolu ilə öz həllini tapıb. Şübhəsiz ki, bu müharibə də sülhlə bitəcək. Yəni, bir anlaşma olacaq. Lakin bu anlaşmaya qədər hansı tərəfin əli güclü olacaqsa, şərtləri də o diqtə edəcək. Mövcud şəraitdə Ukrayna hakimiyyəti, Zelenski və digər rəsmilər işğal faktı ilə barışmayacaqlar. Bu şərtlər daxilində hər hansı masaya oturması da mümkün deyil. Ona görə də Ukraynanın müəyyən hərbi uğurları labüddür ki, Rusiyadan müəyyən güzəştlər qoparmaq mümkün olsun. Ciddi hərbi uğurlar olmasa, Rusiya müharibənin uzanmasından daha çox dividend götürəcək. Bu, bir reallıqdır və bunu etiraf etmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|