Ukrayna Rusiyanı kimin "müstəmləkəsi" hesab edir? - İki ölkə üzərinə vurğu
Tarix: 3-01-2023, 10:36 | Çap et
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, Rusiya qonşu ölkələrdən birinin “müstəmləkə”sinə çevrilə bilər. “Kimsə 2023-cü ilin asan olacağını, ruslar üçün hər şeyin bitdiyini və hər şeyin yaxşı olacağını düşünürsə, mən bu fikri bölüşmürəm. Fakt budur ki, rusların sahibləri ola bilər. Bu gün biz müşahidə edirik ki, müəyyən qonşu ölkə artıq Rusiyanı tədricən özünə tabe etdirir, çünki onun orada öz maraqları var. Bu isə bütün dünya, o cümlədən bizim üçün çox təhlükəli tendensiyadır”, – o bildirib. Maraqlıdır, Danilov Rusiya qonşu ölkələrdən birinin “müstəmləkə”sinə çevrilə bilər deyərkən konkret hansı ölkəni nəzərdə tutur? Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Aleksey Danilovun konkret bir ölkənin üzərinə vurğu etdiyi düşüncəsində deyil, sadəcə olaraq o, Rusiyaya qarşı cəbhənin genişlənə biləcəyi anonsunu verir: “Rusiyanın hansı ölkənin müstəmləkəsinə çevrilə biləcəyi sualına cavab axtarası olsaq, o zaman iki oyunçunun adını çəkə bilərik. Birincisi, Çindir. Pekinlə Moskva arasında əlaqələr rəqabət əsasında strateji əməkdaşlığa söykənir. Kreml Ukrayna münaqişəsində Çini öz tərəfinə çəkə bilməyib, olduqca ehtiyatlı bir mövqedə duran Çin özünün oyunlara girişində hansı təhlükələrlə üzləşəcəyini yaxşı hesablayır. Ukrayna müharibəsi Çinin iqtisadi ekspansiyası üçün mühitdir, alternativ bazar kimi öz potensialını gücləndirir. Çin Ukraynanın da yanında durmayıb, hərçənd ki, verilən bəyanatlarda Kiyevə ərazi dəstəyi göstərilir. Rusiya Çinə diktə etmək qabiliyyətində deyil, üstəlik, Pekini Qərb də öz platformasında görmək istədiyindən ola bilsin ki, ona yağlı vədlər verir. Bu yağlı vədlər Mərkəzi Asiya, Asiya-Sakit Okean Regionu üzrə hansısa güzəştlər paketi ilə əlaqəli ola bilər, hətta mümkündür ki, Pekinin Tayvana müdaxiləsi üçün də altdan-altdan iş görülür. Lakin Çin yenə də ehtiyatlıdır, Rusiya ilə genişlənən əməkdaşlıq platformasını riskə soxmaqdan qaçır. Bununla belə Rusiyanın Ukraynada apardığı müharibə, bunun yaratdığı itkilər Moskvanı vadar edir ki, Çin amilindən kompensasiyaedici amil kimi istifadə etsin, deməli, burada Pekin bir pillə Moskvadan qabağa düşür. Danilovun Çini nəzərdə tutduğunu fərz etsək, o zaman deyə bilərik ki, Pekin Qərblə gizli təmaslarda Rusiyanın şişib böyüməsinə dəstək verməyəcəyini bəyan edib”. Ekspert ikinci oyunçu kimi Türkiyənin adını çəkib: “Məsələni Danilovun təbirincə “müstəmləkə” kontekstində izah edəndə ikinci oyunçu üzərində də düşünmək lazımdır. Bu, Türkiyədir. Məhz Ankara həm Rusiyaya qarşı genişmiqyaslı kampaniyaya qoşulmur, həm də Ukraynaya dəstək verir – özü də müxtəlif səviyyələrdə. Ehtiyatlı balansla müvazinətini saxlayan Türkiyə Rusiyanın gözündə əhəmiyyətini artırır, əvvəlki illərin bir neçə təcrübəsi isə Ankaranın Moskva ilə oyunlarda qalib çıxdığını göstərib. Bu mənada ola bilsin ki, cənab Danilov köhnə söhbətlərə və bunun bugünkü təzahürlərinə işarə verir. Nəzərə alaq ki, Türkiyə Suriyada da Rusiyanı ram edə bilib və iki rəqib ölkə Suriyada əməkdaşlıq edir. Bu tendensiya Rusiyanın təsir qabiliyyətlərini taktiki cəhətdən zəiflətdiyindən Moskva Ankara qarşısında geri çəkilən qüvvə kimi görünür”. Aqşin KƏRİMOV - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|