“Evləri bombalanır, amma pensiyalarını hökumətə bağışlayırlar ki...” - UKRAYNA GERÇƏYİ
Tarix: 21-01-2023, 08:15 | Çap et
Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının ərazisində qəzaya düşməsi ilə bağlı araşdırma və şübhələr davam edir. Qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin digər bir sıra yüksək vəzifəli şəxsləri həlak olublar.
Qəza nəticəsində 3-ü uşaq olmaqla 18 nəfər həlak olub. Daha 26 nəfər isə yaralanıb. Qeyd edək ki, 42 yaşlı Monastırski 2021-ci ildə Ukraynanın daxili işlər naziri təyin edilib. Bununla yanaşı, qəzada DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub.
Ukrayna DİN qəzanın mümkün səbəblərini açıqlayıb. Onların arasında helikopterdə nasazlığın olması, təhlükəsizlik tədbirlərinin pozulması və təxribat ehtimalları irəli sürülür. Ukrayna Prezident Ofisindən bildirilib ki, Monastırski qaynar nöqtələrin birinə uçurmuş.
Hazırda Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Bir aydan sonra müharibənin başlamasının bir ili tamam olacaq. Lakin göründüyü kimi, Rusiya heç bir məqsədinə nail olmayıb. Ukrayna müharibədə əhəmiyyətli üstünlük əldə edir və bu xüsusda daxili işlər nazirinin də həlak olması ilə nəticələnən helikopter qəzasının təxribat olduğuna dair iddialar üstünlük təşkil edir.
DİA.AZ bildirir ki, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev mövzu ilə bağlı AYNA-ya müsahibəsində Ukraynadakı mövcud vəziyyət, helikopter qəzasına ictimaiyyətin münasibəti və digər mövzular ətrafında danışıb.
- Qənaətiniz necədir: bu hadisə təxribatdır, yoxsa texniki nasazlıq nəticəsində meydana çıxmış qəza?
- Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının ərazisində qəzaya düşməsi və nəticədə daxili işlər naziri də daxil olmaqla, onlarla insanın həlak olması ilə əlaqədar dövlət komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Komissiya qəzanın hansı səbəbdən baş verməsini aydınlaşdıracaq. İlkin olaraq üç ehtimal irəli sürülür:
- Birinci ehtimal odur ki, helikopter texniki nasazlıq nəticəsində qəzaya uğrayıb. Texniki baxışın zəif olması nəticəsindəhelikopterin idarəetmə sistemində nasazlıq yaranması ehtimalı mövcuddur;
- İkinci ehtimal pilotun səriştəsizliyi, hava şəraitinin sərt keçməsi, helikopterin aşağı məsafədən uçuşu həyata keçirməsi ilə bağlıdır. Qeyd edim ki, Kiyevdə havalar soyuq keçir və dumanlı hava şəraiti müşahidə olunur;
- Üçüncü və əsas ehtimal təxribatın ola biləcəyi ilə əlaqədardır. Dövlət komissiyasının yaradılmasında əsas məqsəd də məhz bu faktı araşdırmaqdır. Komissiyaya Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəisi rəhbərlik edir. Helikopterə süni şəkildə maneə yaradılması və digər xüsuslar üzərində tədqiqat aparılır.
Təbii ki, bu qəzanın hansı səbəbdən baş verməsi qaranlıqdır və bunun ortaya çıxması bir-iki günün işi deyil. Helikopter vurulsaydı, bunun izləri və əlamətləri olmalı idi. Verilən məlumatlara görə, bu əlamətlər yoxdur və bu səbəbdən texniki nasazlıq faktı üzərində daha çox dayanılır.
- Gələn ay Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasının bir ili tamam olacaq. Ukrayna bir ildir ki, Rusiyaya qarşı döyüşür. Ukraynada hazırda vəziyyət nə yerdədir?
- Rusiya hərbi qüvvələri tərəfindən elektrik stansiyaları vurulur, nəticədə əhali işıqsız qalıb. Elektrik enerjisinin verilməsində ciddi problemlər meydana çıxır. Müxtəlif piltosuz uçuş aparatları, İran tərəfindən verilmiş dronlarla bu stansiyalar Rusiya tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır. Hazırda Kiyevin əksər rayonlarında işıq yoxdur. İşıq olmadığına görə, banklar və digər obyektlər fəaliyyətsizdir. Elektrik təminatı qrafiklə həyata keçirilir və gün ərzində 3-4 saat işıq olur. Lakin buna baxmayaraq, Ukrayna xalqı inamlıdır, qətiyyən geri çəkilmək niyyətində deyil.
Burada haşiyəyə çıxaraq bir məqamı qeyd edim ki, ukraynalılar ruslardan fərqlənirlər. Onlar başa düşürlər ki, müharibə aparırlar və dözüm nümayiş etdirirlər. Anlayırlar ki, təmkin nümayiş etdirməli, vuruşmalı, lazım gələrsə, ölməli və qalib gəlməlidirlər. Ruslar isə müharibəyə fərqli yanaşırlar. Putinin səfərbərliklə bağlı qərarına Rusiya ictimaiyyətinin münasibəti bunun bariz nümunəsidir. Rusiya əhalisi görsə ki, onları müharibəyə cəlb etmək istəyirlər, inqilaba qalxacaqlar. Açıq şəkildə söyləmək olar ki, Rusiyanın təcavüzü Ukrayna xalqını birləşdirdi. Ukraynalılar narazılıq etmir və bir çətir altında birləşirlər. Evləri dağılır, ancaq öz pensiyalarını hökumətə bağışlayırlar ki, Rusiyaya qalib gəlsinlər. Ukrayna bu müharibədə qəhrəman xalq adını qazandı və dünyanın ukraynalılardan əxz edəcəyi məqamlar var.
- Rusiya Ukraynaya qarşı işğala böyük ümidlərlə başlasa da, sonradan vəziyyət dəyişdi. Hazırda üstünlük kimin tərəfindədir? Sizcə, Ukrayna bu müharibədə qalib gələ biləcəkmi?
- Birmənalı şəkildə söyləyə bilərəm ki, Ukrayna bu müharibədə qalib gələcək. Niyə qalib gələcək? Ona görə ki, Ukrayna hakimiyyəti geri çəkilmir. Ukrayna xalqı döyüş əzmindədir. Ukraynada dövlət-vətəndaş münasibətləri tarixin ən yüksək səviyyəsinə çatıb. Heç kim şikayət etmir, bir məqsəd ətrafında birləşiblər. Hansısa ərazini itirəndə bunu dərd etmirlər. Düşünürlər ki, müharibədə belə şeylər olur və həmin ərazini geri qaytaracağına inanırlar. Demokratik dünya Ukraynanın arxasındadır, Ukraynaya fəal dəstəyini davam etdirir. Rusiya hakimiyyəti isə imperialist maraqların əsirinə çevrilib. Rus xalqı döyüşmək istəmir, sosial-iqtisadi problemlərə sərt etiraz edir. Nə müharibənin doğurduğu fəsadlarla, nə də embarqolarla barışmaq niyyətindədir. Rusiya haqsız tərəfdir və Ukrayna ərazisini işğal etməyə çalışır. Çalışır ki, müstəqil dövləti öz iradəsinə tabe etdirsin. Bu, mümkün olmayacaq. Rusiya tükənir, hərbi cəhətdən tükənir, iqtisadi cəhətdən tükənir. Bir müddət sonra Rusiya əhalisi etirazlara başlayacaq. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, bu müharibənin yekunda qalibi mütləq Ukrayna olacaq.
- Ukraynada yaşayan soydaşlarımız arasında əlaqə varmı? Bu, hansı formada tənzimlənir?
- Ukraynada yaşayan azərbaycanlılar da Rusiyaya qarşı mübarizədə səfərbər olublar. Bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, soydaşlarımız geri çəkilmirlər. Bu gün səhər Xarkovda və Odessada döyüşən soydaşlarımızla görüşdüm. Onlar alman silahları ilə xüsusi təlimlərə qatılıblar və Ukraynanın azadlığı uğrunda döyüşürlər. Yüzlərlə azərbaycanlı qəhrəmancasına şücaət göstərir. Misal üçün, soydaşımız Rauf Quliyev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. Bu gün Baxmutta döyüşlərdə iştirak etmək üçün yola düşdü. Soydaşlarımızla təmaslarımız mövcuddur və mütəmadi olaraq görüşür, fikir mübadiləsi aparırıq. Çətinlik onları qorxutmur, əksinə, daha da birləşdirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|