Birinci Prezidentin xeyir-duasıyla gələn ikinci Prezident – Öncəkinin aqibəti necə olacaq?
Tarix: 24-01-2023, 10:51 | Çap et
Bugünlərdə məlum olduğu kimi, Qazaxıstan Konstitusiya Məhkəməsi Respublikanın birinci Prezidenti haqqında qanunu qüvvədən salıb. Bu konstitusiya qanunu Nursultan Nazarbayevi xalqın (Elbaşının) lideri elan etmiş və ona ömürlük imtiyazlar və görünməmiş təminatlar vermişdi. Məsələn, Qanun Elbaşının məhdudiyyətsiz olaraq ölkədə əsas vəzifəyə seçilməsinə icazə verib, həmçinin, Nazarbayevə və onun ailə üzvlərinə əmlak toxunulmazlığı verib.
Bəzi ekspertlər hesab edirlər ki, Konstitusiya Məhkəməsinin qərarından sonra Nazarbayev 2022-ci ilin “Qanlı Yanvar” hadisələrinə görə cavabdeh ola bilər. Bir il əvvəl kütləvi etirazlar Qazaxıstanı bürümüşdü. Onların vəhşicəsinə yatırılması yüzlərlə insanın ölümü ilə nəticələndi.
Maraqlıdır, Qazaxıstanın bugünkü siyasi reallıqlarında eks-prezidenti belə təqiblərlə hədələmək mümkündürmü? Və bir il əvvəl ölkədə baş verənlərin arxasında məhz Nazarbayevin dayandığına inanmağa ciddi əsas varmı? O zaman bu iğtişaşlar onun niyinə lazım idi?
DİA.AZ bildirir ki, AYNA-nın suallarını Qazaxıstanın tanınmış ekspertləri cavablandırıblar.
Politoloq, alim Jaksılık Sabitov:
“Qazaxıstanın bugünkü reallıqlarında eks-prezidentin təqib olunma ehtimalı daha çox ölkədə siyasi vəziyyətin necə inkişaf edəcəyindən asılıdır. Prinsipcə, mənim başa düşdüyüm kimi, müəyyən status-kvo saxlanılarsa, o zaman eks-prezidentə hər hansı təqiblərdən qaçmaq imkanı veriləcək. Amma bununla bərabər, onun bütün ətrafı, ona yaxın olan bütün oliqarxlar, qanunu pozan o qohumlar əziyyət çəkəcək.
Yalnız ekstremal vəziyyət yarandıqda, siyasi proseslər belə gərgin şəkildə inkişaf edərsə, Nazarbayevin özünə qarşı hansısa addımlar atmaq olar. Çünki prinsipcə, onun pozduğu çoxlu sayda norma və qaydalar var.
Hələ iki variant var: Bir tərəfdən, mövcud status-kvonu və siyasi prosesin indiki inkişaf tempini saxlamaqla, çox güman ki, Nazarbayev təqiblərdən qaçacaq, ancaq ailəsi, qohumları, onu əhatə edən elita və ona sadiq adamlar məsuliyyətə cəlb edilə bilər. Digər tərəfdən, mənə elə gəlir ki, o qədər də mümkün görünməyən ekstremal hallarda onun özü də qanunla məsuliyyətə cəlb olunacaq.
Keçən ilin yanvar hadisələrinin araşdırılmasına gəlincə, təəssüf ki, onlar əsasən məxfiləşdirilib və çevriliş cəhdində kimin əli olub, ümumiyyətlə, belə bir cəhd olubmu, onun arxasında kim dayanıb - bütün bunlara yalnız tarixçilər araşdıranda cavab tapmaq olar. Aydındır ki, bu, mürəkkəb, çoxqatlı proses idi, lakin bütün təfərrüat yalnız bu barədə bütün sənədlər ictimailəşəndən sonra məlum ola bilər”.
Politoloq Aydar Amrebayev:
“İndiki şəraitdə Qazaxıstanın birinci Prezidentinin siyasi səbəblərə görə təqib olunmaq təhlükəsi yoxdur. Qazaxıstan hələ də Nursultan Nazarbayevin yaratdığı siyasi strukturda yaşayır. Onun himayədarları və tərəfdaşları hökumətdə əsas vəzifələrdədirlər. Əhalinin siyasi mədəniyyətində və özünüdərkində dəyişikliklər demək olar ki, nəzərə çarpmır.
Oliqarxiya “bir az qorxu ilə” xilas oldu. Keçmiş sistemin “siyasi sinfi” iş və dəyərlər prinsiplərində ciddi dəyişikliklərə və kardinal transformasiyaya məruz qalmadan yeni ideoloji təlimatları təqlid edir...
Hazırkı Prezident indiyə qədər yalnız “Yeni Ədalətli Qazaxıstan” qurmaq niyyətini ifadə edib və bu niyyətlə qazaxıstanlıların əksəriyyəti razıdır. Bu yolda ilk, “ürkək addımlar” atıldı. Konstitusiya dəyişiklikləri və “Birinci Prezident haqqında” qanunun ləğvi sistemin təkamülü üçün hüquqi təminatdır. Amma islahatların dönməzliyinin normativ-hüquqi təminatlarından əlavə, prinsiplərə sadiqlik, barışmazlıq, dəyişikliklər üçün rəhbərliyin qətiyyəti və siyasi iradəsi lazımdır.
Hesab edirəm ki, bu baxımdan yeni və köhnə arasında kifayət qədər çətin mübarizə gedir, keçmiş elita ilə kompromislərə gedilir. Bu baxımdan, birinci Prezidentin indiki məqamda hüquqi və ya siyasi məsuliyyət daşıyacağını o qədər də real hesab edirəm.
Nazarbayevin yanvar hadisələrində iştirakı ilə bağlı ekspert və media sahəsində müxtəlif konspirasiya nəzəriyyələri qurulur, lakin beynəlxalq araşdırmalar da daxil olmaqla, etibarlı və obyektiv araşdırmalara ehtiyac var. Və bu, bildiyiniz kimi deyil. Ona görə də təqsirsizlik prezumpsiyası prinsipinə görə, eks-prezident məsuliyyətə cəlb oluna bilməz. Yanvar hadisələri araşdırılır, Nazarbayevə yaxın olan bir sıra adamlar bu hadisələrlə bağlı dindrilib... Onlar başa çatdırılmayana və hökm çıxarılmayana qədər dəqiq nəticə çıxarmaq mümkün deyil.
Yanvar hadisələrinin özü ilkin mərhələdə əhalinin mövcud vəziyyətdən, o cümlədən “Nazarbayev dövrü”ndən narazılığının təzahürü oldu. Bunun sübutu “Şal, get” şüarı ilə xalqın etirazını bildirdi... Lakin sonradan bu etirazdan dağıdıcı qüvvələr müxtəlif daxili və siyasi maraqlar naminə xarici "oyunçular" ölkədəki sabitliyi pozmaq üçün istifadə etdilər. Nazarbayevin bunda maraqlı olub-olmadığını demək çətindir. Axı Kasım-Jomart Tokayev Qazaxıstanda hakimiyyətə birinci Prezidentin dəstəyi və birbaşa himayəsi ilə gəlib.
Yanvar hadisələri zamanı kütlənin etiraz davranışına, bunda müəyyən latent qüvvələrin iştirakına nəzarət etmək üçün hibrid siyasi texnologiyalardan istifadə olunurdu... Ona görə də baş verənlərə obyektiv siyasi qiymət vermək kifayət qədər çətindir. Hazırda Yanvar hadisələrinə münasibət birmənalı deyil və müxtəlif siyasi qüvvələr tərəfindən öz maraqları naminə istifadə edilir... Görünür, yanvar hadisələri, müştəriləri (əgər varsa!), məqsəd və niyyətlərlə bağlı həqiqətlər hələ də obyektiv tədqiqini gözləyir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|