Ukrayna prezidenti ölkəsinə yeni NƏFƏSLİK ARAYIR - İNCƏLƏMƏ...
Tarix: 10-02-2023, 08:32 | Çap et
Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa turnesinə çıxması ölkənin hərbi aktivlərinin alternativ axtarışlarla canlandırılmasına xidmət edir. Ukraynanın oktyabr ayında qazandığı ərazi nailiyyətinin davamının gəlməməsi, Rusiyanın Donetskdə hücumlarını davam etdirməsi Kiyevin taleyini sual altında saxlayır. Bu azmış kimi, Rusiyanın yeni irimiqyaslı hücuma hazırlaşdığı iddiaları informasiya məkanlarının “bəzəyi”nə çevrilir. Zelenski isə inadkar qamətini göstərməkdə israrlıdır – Ukrayna qalib gəlməlidir. Zelenski müharibənin elə yekunlaşmasını istəyir ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilsin, yəni o, 2022-ci ilin 24 fevralına qədərki vəziyyətlə barışmayan xəttə sadiqliyini göstərir. Bu sadiqlik döyüş meydanında praktiki nəticələrlə yekunlaşmalıdır, təbii ki, hər şeyin tempi normal və axarında olsa. Zelenskinin Böyük Britaniyaya, ardınca Fransaya səfəri Ukrayna üçün çətinliklərin artdığı vaxta təsadüf edir. Ukraynanın cəbhədə taktiki irəliləyiş əldə edə bilməməsini ölkənin hərbi-siyasi kuluarlarındakı böhran müşayiət edir. İstefalar, güc strukturlarındakı yerdəyişmələr buna bariz nümunədir, hərçənd ki, Ukrayna daxildəki siyasi qalmaqalların döyüş meydanına təsir etməməsinə çalışır. Ukrayna lideri nail olunacaq məqsədlərin konturlarını dəqiqləşdirmək üçün Londona və Parisə getdi. Zelenski Britaniyanın Baş naziri Rişi Şunak, Fransada Prezident Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla görüşməklə Ukraynaya cəbhədə real qələbə qazandıra biləcək silahların idxalına cəhdlər edir. Zelenskinin Qərblə bağlı narahatlıqları da artır, o düşünür ki, NATO ölkələri silah tədarükündən yorulub qırılma nöqtəsində Ukraynanı Rusiya ilə baş-başa buraxa bilərlər. Hərçənd ki, Britaniya Ukraynadakı müharibənin Rusiyanın çöküşü ilə nəticələnməsini istəyən əsas oyunçudur. Onun çoxməqsədli hədəfləri var, niyyəti “Böyük Britaniya-2030” strateji doktrinasının tələblərindən irəli gələn öhdəliklərə sadiqlik göstərməkdir. Böyük Britaniya Avropa İttifaqından çıxsa da, qoca qitənin təhlükəsizliyində əsas zəmanətçidir və bufer zona kimi baxdığı regionun Rusiyanın çubuğu altında idarə olunmasına qarşıdır. Britaniya Avropanın təhlükəsizlik arxitekturası ilə Ukraynadakı müharibənin nəticələri arasında əlaqə qurur, buna görə də o, Kiyevə yardım etmək məcburiyyətindədir. Britaniya Ukrayna hərbçilərinin hazırlanması üçün kömək öhdəliklərini icra edir, lakin o, Kiyevə döyüş təyyarələrini verməkdən yayınır. Zelenski eyni ricanı ABŞ və Fransaya da edir, lakin onlar Rusiyanın hərbi eskalasiyanın sərhədlərini Ukraynanın hüdudlarından kənarda genişləndirmək potensialından ehtiyatlanaraq Ukraynaya lazımi “qida”ları vermirlər. Zelenski Fransa və Almaniyaya da gözünü dikib, məqsəd onları Rusiyanın maraqlarına xidmət edən addımlardan çəkindirməkdir. Zelenski Makron və Şoltsla görüşündə Fransa və Almaniyanın oyunu dəyişdirmək potensialına malik olduğunu deməklə bir növ liderlərə söz atıb. Almaniyanın Rusiyadan qorxuları haradasa başadüşüləndir, amma Zelenski ən çox Fransanın oyunlarından təngə gəlib. Ona görə ki, Fransa Avropa İttifaqında yeganə nüvə dövləti olsa da, o, Moskva ilə isti münasibətləri bərk-bərk mühafizə edir. Ümumilikdə Almaniya ilə Fransanın Ukraynanı dəstəkləməkdə çox ləng davranmaları fərqli meyarlarla tənqidlərə layiqdir. Zelenski Londonda və Parisdə isti qarşılansa da, bu, hələ Ukraynadakı Rusiya hərarətini soyutmaq qabiliyyətində deyil. Çünki Ukraynaya Rusiyanı döyüş meydanında geri oturda biləcək silahlar və NATO-nun Moskvanın nüvə şantajlarına boyun əyməməsi lazımdır. Düzü, NATO-nun Rusiyadan, Rusiyanın da Alyansdan qorxduğu məqamlar çoxdur, amma bu qorxuları basdırmaq lazımdır ki, tərəflərdən birinin əlində fürsət yaranmasın. Bir-birilə rəqabətin əks uclarında dayanan Moskva və NATO-nu, əsasən, nüvə məsələsi qorxudur. Qorxunun təsvirini belə cıza bilərik: Görəsən, “X” anında, yəni nüvə silahı atılsa, bunun qarşılığı necə verilməlidir? İkinci qorxu da NATO-nun sinirlərini qıcıqlandırır. Görəsən, Rusiya Ukraynada məğlubiyyətə uğrasa, Avropanın hansı nöqtələrini qaynadacaq? Suallar saysız, cavablar isə çoxmənalıdır... Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|