Dəhliz dalınca Çinə də getməyinə dəyər... - GƏLİŞMƏ
Tarix: 14-02-2023, 08:06 | Çap et
İran Prezidenti İbrahim Rəisinin Çinə ilk səfəri gözlənilir, o, bu ölkənin lideri Si Cinpinlə görüşəcək. Bu, Rəisinin prezident seçildikdən sonra Çinə ilk səfəridir. Görüşün qapalı hissəsində nələr danışılacağını müəyyən etmək üçün Çin-İran münasibətlərinin təbiətinə, qlobal miqyasdakı proseslərə, onların regionlara təsirlərinə nəzər yetirmək lazımdır. İbrahim Rəisi əlaqələrdə yarımçıqlıq kompleksinə düçar olmuş səhifələri açmaq üçün Pekinə gedir, məqsəd İranın düşdüyü iqtisadi durumdan, beynəlxalq təcriddən xilas yolları axtarmaqdır. İranda prezidentlik institutu iqtisadi münasibətlərin tənzimlənməsi meyarları ilə fəaliyyət göstərir və bu, Tehranın strateji əlini gücləndirə biləcək faktorlara çevrilməlidir. İranla Çinin 2021-ci ilin martında imzaladıqları, Pekinin 25 il müddətində İrana 400 milyard dollar qoyacağı sərmayənin konturlarını müəyyən edən sənədin icrası Tehran üçün hava-su kimi vacibdir. Düzdür, bu sənədə əsasən, İran 400 milyard dollarlıq nəhəng sərmayənin müqabilində Çinə ucuz neft satacaq, lakin beynəlxalq oyun qaydalarının Ukraynadakı müharibədən sonra dəyişməsi razılaşmanı axsada biləcək səviyyəyə enir. İran bu razılaşmaların icrasının qarşısında dayanan qıfıllara açar salmaq üçün Pekindən zəmanətlər istəyir. Ancaq Çin İrana təhlükəsizlik zəmanətləri deyil, iqtisadi səviyyədə qarantiyalar təqdim edə bilər. Ümumilikdə formul belə qurulub ki, qarşılıqlı maraqlar nüfuz dairələrindən pay verilməsi ilə nəticələnsin. Deməli, İran Yaxın Şərqdə Çinin təsirlərinin heç olmadığı qədər dərinləşdirilməsi üçün Pekini şirnikləndirməyə çalışır. İran atdığı daşı ABŞ-nin başına salmaq istəyir, o mənada ki, Yaxın Şərqdə Pekin-Tehran əməkdaşlıq formatı Vaşinqtonun strateji maraqlarını baltalasın. Ancaq Çinin siyasətində hansısa dövlətin mühafizə edilməsi prinsipləri dayanmır, ona görə də Tehran strateji təhlükəsizlik məsələlərində Pekinə bel bağlaya bilməz. İran da Çin üçün etibarlı tərəfdaş deyil, ona görə də deyə bilərik ki, iki ölkənin strateji tərəfdaşlıq modelindəki təhlükəsizlik çalarları dekorativ bəzəyə oxşayır. Hərçənd ki, İranla Çin müdafiə, silah satışı sahəsindəki əməkdaşlığı ABŞ-yə qarşı geostrateji tarazlıq kimi qiymətləndirirlər. Tərəfdaşlıqdakı nüanslar ABŞ-nin maraqları və məqsədləri üçün unikal problemlər yaratdığından Vaşinqton Rəisinin Çin trayektoriyasını dərin şəkildə təhlil edəcək. Təkcə ona görə yox ki, Çin İranın açdığı kanallarla Yaxın Şərqdəki geniş bir çevrə cıza bilər. Həm də ona görə ki, İranın nüvə proqramına dair aparılan danışıqların tərəfi olan Çin tamamilə Tehran tərəfə yıxılıb nüvə silahının hazırlanmasına təkan verəcək alternativ qüvvədir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Çinin son məqsədi İranı Qərbin caynaqlarından qoparmaq deyil, hansısa ən təhlükəli anda Pekin Tehranı tək buraxıb onun öz qeydinə qalmasını tələb edəcək. Çinlə İranı “Bir kəmər, bir yol” təşəbbüsü, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki iqtisadi aspektlər də tərəzinin eyni gözündə qərarlaşdırır. Məsələnin bu tərəfi Çinin dəstəklədiyi Zəngəzur layihəsi üzrə də siyasi-iqtisadi parametrlərin danışıqlar stolunda bərqərar olmasını labüd edir. Çünki Çin Zəngəzur dəhlizi layihəsini həm “Bir kəmər, bir yol” təşəbbüsünün, həm də “Şərq-Qərb” beynəlxalq dəhlizinin tərkib hissəsində görür. İran isə Zəngəzur dəhlizinin geostrateji maraqlar baxımından özünə təhdid yaratdığını düşünür, hərçənd ki, iqtisadi aspektlər üzrə elə də dərin mübahisələr yoxdur. İstənilən halda, İranın Zəngəzur dəhlizi ilə bağlı tutumu Çini narahat edə biləcək səviyyədədir və mümkündür ki, Cinpin Rəisiyə ölkəsinin dəstəklədiyi layihəyə maneə yaratmaması üçün fikirlər aşılasın. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
|