Ukrayna müharibəsinin əks-sədası: - Çin ABŞ-ni iki amillə qorxutmağa çalışır
Tarix: 21-02-2023, 16:44 | Çap et
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü yaxınlaşdıqca müharibənin strateji tərəfləri arasındakı münasibətlər sistemindəki gərginlik qabarır. NATO-nun iki əsas gücü ABŞ və Britaniya cütlüyünü ən çox narahat edən məqam Çinin Rusiyaya silah ixrac etmək potensialını nəzərdən keçirməsidir. Hərçənd ki, Çin ABŞ tərəfindən səslənən bəyanatların həqiqəti əks etdirmədiyini deyir. Ancaq məsələnin miqyası təkcə Ukrayna mövzusu ilə də bitmir, çünki Çin ABŞ-yə qarşı hərbi ritorikasını səmada da göstərir – uçan şarlar vasitəsilə Vaşinqtonun reaksiyalarını yoxlayır və onun əsəblərini tarıma çəkir. Ukraynadakı müharibə ABŞ ilə Çin arasında onsuz da gərgin olan münasibətlərin üstünə benzin tökdü və Tayvanın güc yolu ilə Pekinin yurisdiksiyasına birləşdirilməsi aktuallaşdı. ABŞ-nin başının Ukraynaya qarışdığı bir zamanda Çin Tayvanın yekun statusu ilə bağlı fundamental iddialarını böyüdür, Vaşinqton isə Pekinə qulaqburması verməkdən ötrü səylərini xərcləyir. Lakin ABŞ-nin müdaxilə imkanları yan təsirlərini göstərir, belə ki, Çin hava şarlarından ibarət “ordusunu” Vaşinqtonun strateji maraqlarının xəttini zədələmək üçün istifadə edir. Bu cür mənzərə ABŞ-nin Çin və Tayvan arasındakı gərginliyin idarə edilməsindəki imkanlarını zəiflədə bilər. Çünki Pekin ən azından ABŞ-ni iki mühakimə ilə qorxutmaq gücünə malikdir. Birinci, Çin Rusiyaya silah tədarükü versiyasını Tayvan kartında Vaşinqtona qarşı şantaj siyasətinə keçirmək istəyir. Əgər ABŞ həqiqətən də Ukraynaya sona qədər dəstəkdə maraqlıdırsa, onda Çinin Rusiyaya silah ixracı gerçəkləşdirməməsində qətiyyət göstərməlidir. Lakin bu zaman Çinin şərti meydana çıxacaq: Tayvan probleminin həllində Çinə maneə yaradılmasın. İkinci, hava şarlarından ibarət şəbəkə ABŞ-nin strateji obyektlərinin koordinatlarını götürüb və Pekin danışıqlarda bunu Vaşinqton əleyhinə çəkindirmək aktı kimi ortaya qoyur. Yəqin Çin bu iki versiyanı əldə tutmaqla belə qənaətə gəlir ki, ABŞ Tayvan mövzusunun ipini əlindən buraxıb qaçacaq. Lakin məsələ göründüyü qədər sadə deyil, çünki ABŞ-nin Tayvanı əldən verməsi onun Cənubi Çin dənizindəki maraqlarını batıra bilər ki, Vaşinqton da belə bir xəttə getməz. Çin bu versiyanı da ayaqda saxlayır, ona görə də Rusiya ilə qarşılıqlı ehtiyaclar çərçivəsində əməkdaşlığı ABŞ-Britaniya ikilisinin qlobal təsirlərini sarsıtmaq məqsədlərinə kökləyir. Bu məntiqlə Çinin Rusiyanı hərbi yardımla təmin etmək istəkləri ilə bağlı iddialar həqiqət kimi səslənir, hərçənd ki, Pekin hələ də ehtiyatlı mövqeyindən tamamilə yayınmayıb. Ukraynadakı müharibənin nəticələri Rusiyanın xeyrinə doğru dəyişsə, NATO-nun təhlükəsizlik arxitekturasının sütunları çatlayacaq. Çin bu cür mənzərənin yarana bilməsindən narahat deyil, çünki başa düşür ki, onun NATO ilə əməkdaşlığı üçün açıq sahə demək yoxdur. Ukraynanın gələcəyinə dair yekun baxışlar aydın olsa, Tayvan mübahisələri qızışacaq, çünki Çinin iddialı rolu ABŞ üçün qəbuledilməzdir. ABŞ-nin narahatlıqlarla bağlı dünyagörüşündə yer alan digər məqam Ukrayna müharibəsinin gedişatında Çin-Rusiya-İran üçlü oxunun yaradılması ehtimallarıdır. Ancaq Rusiya və Çin İranın təhlükəsizlikdən irəli gələn qorxularını sakitləşdirməkdə maraqlı deyil, onlar Tehrana daha çox iqtisadi tərəfdaş kimi baxışlarını zilləyirlər. Qərbin İrana qarşı sanksiyalarında Rusiya və Çini təşvişə salan məqamlar da iqtisadi meyarlarla əlaqəlidir. İran isə fərqli məntiqdədir, o mənada ki, Tehran Rusiya və Çinlə əməkdaşlığı özünə qarşı güclənən beynəlxalq iradəni sarsıltmaq, nüvə proqramını genişlətmək prizmasından dəyərləndirir. Ancaq Rusiya-Çin tandemi İranla sıx iqtisadi əməkdaşlığa üstünlük versə də, onların maraqları Tehranın nüvə faylı ilə uzlaşmayacaq. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|