Hər kəsin Türkiyədə öz marağı var... - İNCƏLƏMƏ...
Tarix: 8-03-2023, 08:00 | Çap et
Türkiyədə yaxınlaşan prezident seçkisinin nəticələrini qurmaq üçün qlobal güclər arasında çarpışmalar gedir. Qlobal diqqətlərin seçki prosesinə cəmləşməsi Türkiyənin oyunçuluq bacarıqlarının və güc balansındakı tarazlaşdırıcı mövqeyinin yönləndirilməsi üçün nəticələrin hasil edilməsinə yönəlir. Türkiyə Qərbin təzyiqləri ilə üzləşən ölkələr sırasında özünəməxsus yerdə qərarlaşır, Ankaranın PKK terrorçuları ilə mübarizəsi, Suriya və İraqdakı əməliyyatları, Cənubi Qafqaz orbitindəki güclənən iştirakı və sair Qərbin mütləq maraqları ilə uyğunluq təşkil etmir. Türkiyə ilə Rusiya hər nə qədər bir-birinə tərəfdaş olsalar da, bu iki ölkənin tarixi-siyasi istinadlar nöqtəsi onların gizli rəqibliyinə gətirib çıxarır. Beləliklə Türkiyədəki seçki Rusiya ilə Qərbin strateji xəttinin hansı formada davam edə biləcəyini müəyyən edən xarakterə malikdir. Ona görə də qlobal qütblərin uclarında dayanıb dünyanı öz malı kimi görən güclər Türkiyədəki proseslərə yön verərək seçki nəticələrinə təsir göstərməyə cəhdlər edirlər. Hərçənd ki, Türkiyənin xarici siyasətinin koordinatları dəyişməzdir və Ankara hakimiyyət kürsüsünə kimlərin yiyələnməsindən asılı olmayaraq dərin strateji maraqlarından əl çəkən deyil. Ancaq hakimiyyətdəki fiqurların şəxsi xarakteri, qətiyyətindəki doza bu xətti qlobal oyunçulardan hansının maraqlarına uyğun şəkildə tərtib etməsini şərtləndirə bilər, ona görə də hərə özünə sərf edən siyasətçiyə sərmayə yatırmaq istəyəcək. Bu, həm hərfi, həm də əsl mənada investisiya qoymaq üçün yarışı körükləyir. Qərb üçün Türkiyənin indiki iqtidarı bir qədər problemlidir, ona görə ki, o, əvvəlki hakimiyyətlərdən fərqli olaraq Türkiyəni daha iddialı və böyük maraqlar ənginliyinə doğru istiqamətləndirir. Üstəgəl, Türkiyə NATO üzvlərindən ABŞ-nin, Fransanın maraqlarına zidd addımlarını itiləşdirməklə xeyli irəliyə doğru çıxa bilib. Böyük Britaniyaya gəlincə, onu fərqli davranışlar səbəbindən Türkiyəyə qarşı müxalif mövqedə dayanan dövlət kimi tanıtmaq yanlış olardı. Britaniyanın Türkiyə üzrə siyasətinin cövhəri ABŞ-dən fərqlənir, çünki Ankara ilə Londonun güclənən açıq-gizli tərəfdaşlığı onları bir-birinin strateji maraqlarını nəzərə almağa vadar edir. Rusiya Türkiyə iqtidarı ilə yaxın münasibətlər sistemindədir, Ankaranın Ukrayna müharibəsində Kiyevi dəstəkləməsinə baxmayaraq, onun Moskvanın strateji maraqları əleyhinə kampaniyada iştirak etməməsi əlaqələri daha da yaxşılaşdırır. Ona görə də Kreml üçün Türkiyənin cari hökuməti problemli bir mahiyyətə sahib deyil, hərçənd ki, iki ölkənin oxları Suriyada bir-birinin ziddində dayanan cəbhələrdə bərqərar olub. Türkiyə Suriyada ümumilikdə üç tərəflə savaşır: ABŞ, Rusiya və İran. Lakin Türkiyə Suriyada Rusiya ilə də dil tapa bilir və bir-birlərinə rəqib olsalar da, onlar ortaq maraqlar platformasını formalaşdırmağı bacarırlar. Lakin Rusiya Türkiyədəki seçkidə piar qurmaq üçün pul xərcləməkdən ötrü sinov getmir, çünki onun başı Ukraynadakı müharibəyə qarışıb, üstəgəl Kreml belə məsələlərdə xəsisdir. Ona görə də Rusiya daha varlı ölkələrin, məsələn, körfəz regionuna daxil olan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn, Qətərin Türkiyəyə yönəlmiş maliyyə axınlarını öz istədiyi nəticə üçün həlledici sayır. Nəzərə almaq lazımdır ki, bu ölkələr Ukraynadakı müharibədən sonra Rusiyaya qarşı başlayan genişmiqyaslı tədbirlərə qoşulmayıblar – bu isə Moskva üçün göydəndüşmə fürsətdir. Səudiyyə Ərəbistanı ABŞ-nin Rusiyanı zəiftləmək üçün neft hasilatını çoxaltmaq tələblərini yerinə yetirmir, görünür ki, Ər-Riyad Moskva ilə əlaqələri daha üstün sayır. Söhbət körfəz ölkələrinin ərəb dövlətlərindən düşmüşkən, son bir neçə ayda Çinin bu regionda iştirakını sürətləndirmək və gücləndirmək meyilləri müşahidə edilməkdədir. Pekinin belə həmlələri ABŞ-nin maraqlarına qarşı formullarda Rusiyaya sərfəli ideyalar təqdim edir, ona görədir ki, Moskva Çinlə əməkdaşlığın vektorlarını genişləndirir. Buradan məntiqli bir nəticə çıxarmağa cəhd edə bilərik, deməli: - Rusiya-Çin oxu Türkiyədəki mövcud iqtidarın qalmasında maraqlıdır; - Qərb isə iqtidara müxalif qüvvələri ayaqlandırıb, onların hakimiyyətə gəlməsinə səy göstərir. Ancaq burada bir xeyli “əmma” ortalığa çıxır. İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini qarşıya məqsəd qoyan Qərb Türkiyə hakimiyyətinin seçkiyə qədər üzvlük üçün rıçaqları əlində saxlayacağını dərk edir. Türkiyə dövləti isə Qərbin ölkə daxilindəki təsirləri ilə Suriya arasında bağlantı qurmaq ehtimallarını təhlil edir, bu ziddiyyətli nöqtələr nə qədər qəribə görünsə də, Ankara-Qərb danışıqlarında razılaşma və ya sövdələşmə ssenarilərini göz önünə sərir. Bu, Türkiyə ilə Qərb arasında qarşılıqlı maraqlar və ehtiyaclar əsasında kompromislərlə nəticələnə bilər. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|