Birinci raund Ərdoğanın xeyrinə, ikinci raundda nə baş verəcək? - Ekspert danışır
Tarix: 15-05-2023, 16:28 | Çap et
Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərinin nəticələri demək olar ki, bəlli olub. Qardaş ölkənin Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener son açıqlamasında deyib ki, seçki qutularının 99 faizi açılıb. Onun sözlərinə görə, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.
İndiki nəticələrə əsasən, hazırk; Prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, müxalif Cümhuriyyət Xalq partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,96 faiz, ATA blokunun namizədi Sinan Oğan 5,2 faiz, namizədliyini geri götürmüş Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 0,44 faiz səs qazanıb.
Parlament seçkilərində isə “Cümhur İttifaqı” 49 faiz səslə 322, “Millət İttifaqı” 35 faizlə 212, “Emek və Özgürlük İttifaqı” 10 faizlə 66 deputat yeri qazanıb. Bununla da Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərin qalibi hakim AKP-nin və Millətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur İttifaqı” olub.
Prezident seçkilərinin nəticələri üzrə Türkiyənin yeni Prezidentini birinci turda müəyyənləşdirmək mümkün olmayıb. Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün ikinci tur seçkilər keçiriləcək və qalib o zaman müəyyən olunacaq. İkinci tur isə mayın 28-də keçiriləcək. Bu turda iki əsas namizəd yarışacaq – Ərdoğan və Kılıçdaroğlu.
DİA.AZ-ın məlumatına görə, Türkiyədə keçirilən seçkilərlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, prinsipcə, gözlənilənlər oldu:
- Bu seçkinin gözlənilməzi məncə, Sinan Oğanın yığdığı səs faizidir. Oğan siyasətçi kimi böyük uğur qazandı. Düşünmək olar ki, 5 faizdən bir az artıq səs toplayıb və bu, uğur deyil. Amma belə düşünmək yanlışdır. Çünki Sinan bəy gənc siyasətçidir, gələcək perspektivi var. Əgər siyasi arenada qalsa, 10-15 ildən sonra Türkiyədə öndə olan siyasətçilərindən birinə çevrilə bilər.
Nəzərə almaq lazımdır ki, seçkiləri ikinci tura saxlayan məhz onun topladığı səs faizi oldu. Oğanın səs faizi 1, yaxud 2 faiz olsaydı, birinci turdan Türkiyənin Prezidenti bəlli olacaqdı. Muharrem İncə seçkilərdə iştirak etsəydi, yenə ikinci tur olacaqdı. Bəziləri deyirdi ki, İncə geri çəkildiyi üçün ikinci tur ehtimalı aşağıdır. Amma Oğan hesablamaları pozdu, qalibin müəyyənləşməsinə imkan vermədi.
- Seçki ikinci tura qalsa da, Ərdoğanın səs faizi Kılıçdaroğlunun səs faizindən təxminən 5 faiz artıqdır. Sizcə, ikinci turun necə olacağını bununla təxmin etmək olarmı?
- Əlbəttə, aradakı fərq böyükdür. Faiz nisbətini azaltmaq Kılıçdaroğlu üçün son dərəcə çətin olacaq. Seçkilərin ikinci turunda Ərdoğanın şansları daha çox görünür. Eyni zamanda, müxalifətin hesablamadığı məqamlar var. Zəlzələdən sonra müxalif düşərgə yanlış olaraq düşündü ki, zəlzələ bölgəsinin insanları Kılıçdaroğluna səs verəcək. Çünki evlər dağıldı, hökumətin zəlzələnin fəsadlarını aradan qaldırması uzun zaman çəkdi, insanlar küçələrdə yaşayırlar. Amma tam tərsi oldu. Bütün zəlzələ bölgəsində Ərdoğanın səs faizi 54, Kılıçdaroğlunun səs faizi 41-dir. Bu, Ərdoğanın böyük uğuru sayılmalıdır. Zəlzələ bölgəsinin insanları üçün Ərdoğanın vədləri daha inandırıcı olub. Müxalifət isə zəlzələ bölgəsində görünür, yaxşı işləməyib.
Bütövlükdə isə seçkilər gözlənilən kimi keçdi. Sakit, demokratik bir səsvermə prosesi baş tutdu. Aşağı-yuxarı əsas namizədlər gözlənilən səsi yığdılar. Dediyim kimi, seçkilərin əsas gözlənilməzi Sinan bəyin yığdığı səs faizidir. Bu, bizi sevindirir. Nəzərə almaq lazımdır ki, Oğan Azərbaycan kökənli biridir, Azərbaycana sevgisi var, millətçi siyasətçidir.
- Seçkilərin ikinci turundan gözləntilər nələrdir?
- Əlbəttə, ikinci turda Ərdoğan şanslı görünür. Müxalifət seçki təbliğatını daha çox iqtisadi problemlər üzərində qurmuşdu. Hesab edirəm ki, bu baxımdan uğurlu gediş idi. Çünki həqiqətən də Türkiyədə iqtisadi problemlər dərinləşib, inflyasiya geniş yayılıb. Üstəlik, dağıdıcı zəlzələ də ölkə iqtisadiyyatına böyük ziyan vurdu. Amma seçkinin nəticələri göstərdi ki, əhalinin əksər kəsimi daha çox təhlükəsizlik məsələlərini nəzərə aldı. PKK terror təşkilatının siyasi qanadı sayılan qüvvələrin “Millət İttifaqı”nı dəstəkləməsi ola bilsin ki, seçicilərin bir hissəsini müxalifətdən küsdürdü. Düşünürəm ki, fövqəladə hadisə baş verməsə, Ərdoğanın ikinci turda qalib gəlmə ehtimalı çoxdur.
- İkinci tur üçün “kilit isim” kimi Sinan Oğan göstərilir və onun kimi dəstəkləyəcəyindən çox şeyin asılı olduğu bildirilir. Sizcə, Oğan Ərdoğanı, yoxsa Kılıçdaroğlunu dəstəkləyəcək, yaxud da Oğanın seçiciləri hansı namizədə səs verəcəklər?
- Oğan tərəfdarlarını Kılıçdaroğluna səs verməyə çağıra bilər. Bu, istisna deyil. 14 gün ərzində onların danışıqlarından çox şey asılıdır. Lakin bu, o demək deyil ki, Oğana səs verən 5 faiz seçicinin hamısı Kılıçdaroğluna səs verəcək. Oğana səs verənlər də bölünə bilərlər. Həmin 5 faizin 2 faizi Ərdoğana səs verərsə, bu, hazırkı Prezidentin yenidən qalib gəlməsi üçün kifayət edəcək.
- “Millət İttifaqı” dönüş yaratmaq üçün nə etməlidir?
- Qarşıdakı iki həftədə Kılıçdaroğlu elə işləməlidir, elə inandırıcı vədlər verməlidir ki, Ərdoğana səs verənlərin 4-5 faizini öz tərəfinə çəkə bilsin. Məncə, bu, çətin olacaq. Demək istədiyim odur ki, iki həftəlik kampaniyadan çox şey asılıdır. Unutmaq olmaz ki, Ərdoğanın da komandası güclüdür. Ərdoğan kampaniyasında ağırlığı daha çox qazanılan uğurlara yönəltdi, eyni zamanda, müxalifəti terrorçularla əməkdaşlıqda ittiham etdi. Bu, seçicilərin əksər hissəsini qorxudur. Əyalət insanlarının əksəriyyəti qorxur ki, Kılıçdaroğlu hakimiyyətə gəlsə, PKK, FETÖ kimi terror təşkilatları yenidən Türkiyədə at oynadacaqlar. Yenə deyirəm, insanların əksəriyyəti iqtisadi-sosial durumu ağır olsa da, təhlükəsizlik məsələlərini önəmli sayırlar. Onlar Ərdoğana üstünlük verdilər ki, Prezident həm gördüyü işləri davam etdirsin, həm də terror təşkilatları ilə mübarizəsi yarımçıq qalmasın. Bir faiz səs çatmadı ki, Ərdoğan seçkini birinci turda qazansın. Lakin Kılıçdaroğlu ilə arasındakı səs faizi 5 faizə yaxındır ki, bu, ciddi rəqəmdir.
- Dünən, eyni zamanda, parlament seçkiləri də keçirildi və Ərdoğanın partiyasının təmsil olunduğu “Cümhur İttifaqı” seçkiləri qazandı. Bunu necə qiymətləndirmək olar?
- AKP və MHP-nin birləşdiyi “Cümhur İttifaqı” 322 deputat yeri qazandı ki, bu, mütləq hakimiyyət deməkdir. Düzdür, bu, 2018-ci il parlament seçkilərinə nisbətən az deputatdır, amma siyasi vəziyyət baxımından AKP-MHP-nin uğurudur. Müxalifətin “Millət İttifaqı” bu seçkidə 212 deputat yeri qazanıb ki, bu, ötən seçkilərə nisbətdə çoxdur. Amma məsələ burasındadır ki, “Millət İttifaqı” daha çox deputat yerinə iddia edirdi, böyük koalisiya yaratmışdı. Demək ki, yaranan siyasi koalisiyanın heç bir xeyri olmadı. Əvvəldən də bilinirdi ki, Əli Babacanın, Əhməd Davudoğlunun partiyasının elə də çox səs qazanmaq imkanı yoxdur. Bu məsələdə İncə seçki kampaniyası zamanı dediklərində haqlı idi. İncə bildirirdi ki, səs ala bilməyəcək partiyalarla ittifaq yaratmaqdansa, onun rəhbəri olduğu Məmləkət Partiyası ilə ittifaq yaratsaydı, daha çox deputat yeri əldə edə bilərdi. Ümumilikdə, müxalifət parlamenti uduzdu. Kılıçdaroğlu bildirir ki, Türkiyə Prezidenti postuna gəldikdən sonra gücləndirilmiş parlament sisteminə keçəcək. “Millət İttifaqı”nın parlamentdə qazandığı yerlərin sayına baxdıqda görürük ki, Kılıçdaroğlunun dedikləri artıq xəyaldır. Kılıçdaroğlu ikinci turda qalib gəlsə belə, gücləndirilmiş parlament sisteminə keçid edə bilməyəcək. Çünki parlamentdə əsas güc artıq AKP-MHP ittifaqıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|