Bir sammitin izi ilə: Çin dayanmır, Azərbaycanla Türkiyə yüksəyə qalxır - GƏLİŞMƏ
Tarix: 26-05-2023, 11:19 | Çap et
Çinin Şaansi əyalətinin mərkəzi olan Sian şəhəri Çin-Mərkəzi Asiya sammitinə şahidlik etdi və Pekinə rəqib qüvvələr görüşün gedişatını diqqətlə izlədilər. Çin Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda özünü təmtəraqlı səhnənin baş aktyoru kimi aparır və qlobal sistemi Rusiya ilə Qərbin yaratdığı təcriddən dartıb çıxarmağa çalışır. Mərkəzi Asiya dövlətlərinin liderlərinin Çin Sədri Si Cinpinin dəvəti ilə Sian şəhərinə toplanması yenidən şəkillənən qlobal nizamda yerləşməklə strateji ehtiyacların ödənilməsi tələbatlarını özündə birləşdirir. Ehtiyaclar Mərkəzi Asiya ölkələrini Çinin orbitində fırladır, beləliklə, Pekin arteriyalarını regiona doğru genişləndirmək imkanlarını bərkidir. Sammitdən öncə Orta Dəhliz üçün əvəzolunmaz iki aktor olan Azərbaycan və Qazaxıstan strateji marşrutun genişləndirilməsini təklif etdilər, indi Çinin işığı altındakı toplantıdan çıxacaq nəticələri həmin koridor çərçivəsində canlandırmaq lazımdır. Orta Dəhliz Çindən başlayan, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə limanlarını Rusiyanın hüdudlarından yan keçməklə birləşdirən, uzaq perspektivdə isə Şərqlə Qərbi bağlayacaq layihədir. Hələlik Rusiyaya Orta Dəhlizin çıxıntılarından pay verilməsi aktual deyil, amma Moskva Ukraynadakı müharibə səbəbilə üzləşdiyi təcridi aradan qaldırmaq üçün yeni layihələrdən səhm qoparmaqda maraqlıdır. Orta Dəhliz layihəsinin Çin mərkəzli olması Qərbin iki gücü olan ABŞ-Böyük Britaniya ikilisini də narahat edir və onların Pekinə qarşı təsir rıçaqlarını zəiflədir. Artıq Çin Mərkəzi Asiya da daxil olmaqla bir-birilə zəncirvari geosiyasi bağlılığı olan regionlarda iqtisadi dominantlıq qazanır, lakin Mərkəzi Asiyanın təhlükəsizlik arxitekturasında Rusiya hələ də çəkisini aşağı salmayıb, Qərb isə enerji mənbələrinə çıxışda bloklanma ilə üzləşməyib. Bununla bərabər, Mərkəzi Asiyada böyük strateji potensiallara çıxış imkanlarında Çinin öndə getdiyi görünür və bu, regional bağlarda Cənubi Qafqaza da sirayət edir. Beləliklə, Cənubi Qafqazdakı reallıqlar fonunda Azərbaycanın, Gürcüstanın və bu regionda hərbi-siyasi mövcudiyyətini irəliyə aparan Türkiyənin tranzit dominantlığı formalaşır. Çinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərə alsaq, Pekinlə Moskvanın bir-birinə güzəştə getməsindən bəhs edə bilərik. Hər nə qədər Rusiya Orta Dəhliz üzrə təcriddə qalsa da, Çin Mərkəzi Asiyadakı təsirlərini Kremlin hesabına artırmaq istəyir. Bu, Çin üçün ona görə əhəmiyyətlidir ki, o, Avropanı Pekindən asılı hala salacaq və Qərbin Pekinə qarşı ittifaq modelini parçalamağa kömək edəcək. Avropa İttifaqı liderlərinin bir-birinin ardınca Çinə səfərləri də Pekinin Avropa üçün lazımlılıq dərəcəsini qabarıqlaşdırır, sözsüz ki, Rusiya da belə şərait yaratdığına görə Pekindən qarşılıq gözləyir. İndi Rusiya üçün ən vacib dəstək hərbi xarakterli olmalıdır, çünki Moskva Ukraynada istədiklərinə nail ola bilməyib və Çin amili ilə strateji itkilərini kompensasiya etməkdə maraqlıdır. Çin yaranan fürsətləri əldən buraxan deyil, Mərkəzi Asiya-Çin sammitindən süzüləcək nəticə budur ki, Pekin regionda daha genişmiqyaslı layihələrə başlayacaq və mürəkkəb nöqtələri Orta Dəhliz parametrlərində birləşdirəcək. Mərkəzi Asiyanın beş dövlətindən (Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan) dördü Türk Dövlətləri Təşkilatında təmsilçiliyə malik olduğundan Pekinin atdığı tilovların Azərbaycan və Türkiyənin yararına işləyəcəyini qeyd edə bilərik. Mərkəzi Asiya regionundakı dövlətlər etibarlı təhlükəsizlik tərəfdaşı axtarsalar da, bunu Rusiyanın əleyhinə yönləndirmək istəmirlər, ancaq Çinə doğru əyilən əqrəblər narahatlıqlar yaradır. Çox da ki Çinlə Rusiya əməkdaşlıq edir, amma Moskva Pekinin “qırmızı xət”ləri tapdalayacağından qorxur. Əlqərəz, Çin həm Mərkəzi Asiya, həm Orta Dəhlizdə iştirak edən ölkələr üçün cəlbedici alternativdir və bu, Pekinin siyasi təsir imkanlarına enerji verəcək. Aqşin Kərimov DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|