Çin ipində oynayan mehriban düşmənlər: - Tehran-Ər-Riyad münasibətlərinin Cənubi Qafqaza sirayəti
Tarix: 23-06-2023, 15:48 | Çap et
İranla Səudiyyə Ərəbistanı Çinin vasitəsilə barışdıqdan sonra ikitərəfli münasibətləri keçmişi yaddan çıxarıb, gələcəyə baxmaq prinsipi ilə qurmağa başladılar. Ancaq strateji “beyin hüceyrələri”ndə keçmişin izləri dərin izlər buraxıb, Tehranla Ər-Riyad bir-birinə qarşı jestlər etsələr də, ölkələrin xarici siyasət doktrinası dəyişməz olaraq qalır. Bu doktrinanın dəyişəcəyi gözləntilərinə qapılmaq da mənasızdır, sadəcə olaraq, situativ gedişatlar iki dövləti bir-birinə yaxınlaşdırır. Çin özünün ekspansiya siyasətini həmin yaxınlaşmanın arasına yerləşdirərək maraqlarını böyüdür, İranla Səudiyyə Ərəbistanı da Pekinin boy atan ağaclarının qol-budaqlarından yapışaraq irəliyə getməyi hədəfləyirlər. Hədəflərə çatmaq üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edərək Prezident İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşlər keçirdi. Onun ayağı İran torpaqlarına dəyər-dəyməz Tehranın xarici siyasətindəki radikallığın qülləsi olan SEPAH ölkədəki aksiyaları təşkil edən 20 ölkə içərisində Səudiyyə Ərəbistanının olduğunu da iddia etdi. Bu açıqlamanın müəllifi SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemidir, elə bununla da göründü ki, keçmiş gələcək siyasət üçün önəmli faktor olaraq qalır. İran diplomatiyası üzərinə nizə qaldıran SEPAH üçün normal münasibətlər anlayışı yoxdur, o, öz enerjisini radikal yanaşmalardan və bununla bağlı anlayışlardan alır. SEPAH gücünü sövdələşmələr və İran siyasətindəki səlahiyyətlərin mənimsənilməsi ilə qurduğu imperiya əsasında formalaşdırır. Buraya nəhəng biznes şəbəkəsindən tutmuş qara-qura işlərə qədər böyük bir areal daxildir. Fərhanın Tehrana səfəri zamanı Əmir-Abdullahianla mətbuat konfransı zamanı insidentin yaşanması xəbərləri də yayılıb, bu qalmaqal, həqiqətən, baş veribsə, səbəbi yenə SEPAH-dır. “Iran International” yazır ki, iyunun 17-də Fərhanla Əmir-Abdullahian arasında danışıqların yekununda keçiriləcək mətbuat konfransının yeri qəfil dəyişdirilib. İran XİN otağın dəyişdirilməsinin səbəbini texniki problemlə əlaqələndirir. Hərçənd, sosial şəbəkələrdə müzakirə gedir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti SEPAH-ın Qüds Qüvvələrinin həlak olan komandanı Qasım Süleymaninin portretinin asıldığı məkanda media önünə çıxmaqdan imtina edib. Görünür ki, İranda SEPAH başda olmaqla Səudiyyə Ərəbistanına qarşı istehzalı mövqenin dirçəlməsində maraqlı olanlar var. Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin həssaslığı nəzərə alınmayaraq Qasım Süleymaninin portretinin asılması da elə radikal qüvvələrin əl işi kimi görünür. İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə keçmiş düşmənçiliyə eyham vuran baxışlar qalacaq, Fərhanın Tehrana səfəri regionda sülh yolunda inkişaf kimi qiymətləndirilsə də, tərəflərin Yəmənlə bağlı baxışları dəyişmir. Hərçənd, sülhdən danışmaq da yersizdir, uzun müddətdir Yəməndə bir-birinə qarşı proksi müharibə aparan İranla Səudiyyə Ərəbistanı əks tərəfləri dəstəkləməyə davam edəcəklər. Yəni münasibətlər “mehriban düşmən” müstəvisində qalacaq, diplomatik münasibətlər bərqərar olsa da, strateji yanaşmalardakı bazalardan əl çəkilməyəcəyini görmək mümkündür. Çin üçün də mütləq barışıq lazım deyil, idarəolunan nizamlanma prosesi onun genişlənmə siyasəti üçün kifayət edir - ən azından, indi üçün. Çünki Çin ABŞ-nin Yaxın Şərq siyasətindəki axsamalardan dolayı qlobal nizama alternativ baxış təqdim etməyə çalışır. Buna görə də İranla Səudiyyə Ərəbistanı arasında mübahisələr qalsa da, onları bir araya gətirən formullar Çin üçün diplomatik qələbə sayıla bilər. Çin-Səudiyyə Ərəbistanı-İran üçbucağındakı diplomatiya Cənubi Qafqaz regionunda da təsirlər yaratmaqdan uzaqda deyil. Nəzərə almalıyıq ki: - Səudiyyə Ərəbistanı Azərbaycanın dəstəkçisidir, Ermənistanla münasibətləri yoxdur; - Çin Azərbaycanın və Gürcüstanın geoiqtisadi önəmlərindən pay götürməyi davam etdirmək niyyətindədir; - İran Ermənistanı strateji müttəfiqi kimi görür, Gürcüstanda proksi qüvvə formalaşdırmağa cəhd edir; - İran Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətinə maneə yaratmaq istəyir. İranın Cənubi Qafqaz siyasəti Səudiyyə Ərəbistanından fərqli olaraq daha dinamikdir və aktual gündəliyə söykənir, ona görə də Tehran çalışacaq ki, Çini öz tərəfinə çəksin. Səudiyyə Ərəbistanı isə Azərbaycan-Türkiyə müttəfiqliyindən əldə edəcəyi dividendləri Ermənistanın və İranın maraqları naminə xərcləməkdə maraqlı deyil. İstənilən vəziyyətdə, Cənubi Qafqaz platforması İranla Səudiyyə Ərəbistanındakı münasibətlərin normallaşması fonunda yeni ssenarilərə hazırlaşmalıdır. Aqşin Kərimov - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
|