Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                 

İran hicaba görə populyar startaplara təzyiqi gücləndirir - GƏLİŞMƏ
Tarix: 4-08-2023, 10:29 | Çap et
İran hicaba görə populyar startaplara təzyiqi gücləndirir
İran rəsmiləri populyar texnologiya startaplarının əməkdaşlarının ölkənin sərt hicab qanununa tabe olmasına nəzarət işini həmin startapların üzərinə qoymağa çalışır.

Son həftələr azı üç internet şirkətinin – DigiKala onlayn satış şirkəti, Azki.com sığorta şirkəti və Taaghche kitab tətbiqi şirkəti bağlanıb. Hər üç halda səbəb qadın əməkdaşların hicabsız şəkillərinin ortaya çıxmasıdır.

Görüntülərin şirkətlər tərəfindən deyil, əməkdaşların şəxsi sosial media hesablarına paylaşıldığı bildirilir. Ancaq bu, hökuməti bu yaxınlaradək uğurlu biznes modeli ilə tanınan startapları təqib etməkdən çəkindirməyib. Bu cür startaplar İranın beynəlxalq sanksiyalara rəğmən müstəqil şəkildə müasir şirkətlər qurmaq bacarığının göstəricisi kimi təqdim edilir.

Bu cür şirkətlərə təzyiq ölkənin Mədəniyyət və İslami Nəsihət Naziri Mehdi Esmailinin 27 iyun bəyanatından sonra başlayıb. Nazir əməkdaşları ismət və hicab qanununa əməl etməyən startap şirkətləri barəsində tədbir görüləcəyini demişdi.

Ancaq müşahidəçilər Tehranın təhlükəli oyun oynadığını deyirlər. Bu cür tədbirlər İranın gənc nəslini uzaqlaşdıra, sahibkarları və xarici investorları müasir şirkətləri İrana gətirməkdən çəkindirə bilər.


Dünyaya bağlı texnologiya adamları
Təzyiqə məruz qalan şirkətlər bir-birindən fərqlidir. Onların arasında özəl, yarıözəl və hətta İran hökuməti ilə birbaşa və ya dolayı güclü bağları olan startaplar var. “Miaan Group”un Nyu Yorkda yaşayan internet təhlükəsizliyi və rəqəmsal hüquqlar bölməsinin direktoru Əmir Rəşidi belə deyir.

Ancaq bu şirkətlərin bir ümumi cəhəti var: onlar İranda iş görməyin köhnə üsullarından fərqli çalışırlar. Onlar gənc müştərilərə müasir texnologiyadan yararlanaraq xidmət göstərmək üçün gənc və təhsilli insanları işə götürürlər.

"Bu şirkətlərdə mövcud olan mədəniyyət adətən İran hökumətinin mədəniyyətini təmsil etmir. Çünki bu, yeni nəsildir. Bunlar texnologiya adamlarıdır. Bunlar İranın [dünya ilə] bağı ən sıx olan əhalisidir. Onlar dünyaya internetlə, gördükləri işlə bağlanırlar. Onların ətraf dünya ilə əlaqədə olmaq imkanı daha çoxdur”, – Rəşidi deyir.


Cərimə və cəzalar
Hicaba və ölkənin dini rəhbərliyinə qarşı aylarla davam edən küçə etirazları fonunda mühafizəkarlar ismət və hicab qanununu sərtləşdirməyə çalışırlar. Parlamentin ötən ayın sonunda təqdim etdiyi yeni qanun layihəsi qanunu pozan qadınlara 720 dollara qədər cərimə, 3 ilədək həbs cəzası kəsilməsini nəzərdə tutur.

İranın dini istəblişmenti bu qanun layihəsini İslam respublikasının fundamental dəyərlərinin qorunub saxlanması üçün zəruri addım kimi qələmə verir.

Dini hakimiyyətə qarşı etirazların yatırdılması zamanı hökumət dəfələrlə internetə çıxışı kəsib və sosial mediada öz hicabsız şəkillərini paylaşaraq nümayişçiləri dəstəkləyən şəxsləri təqib edib.

Hədəfə alınanlar arasında tanınmış qadın məşhurlar və idmançılar da olub. Üç kino və televiziya aktrisası hicabsız şəkil çəkdirdikdən sonra həbs edilib. Ötən ay onlara şəxsiyyət pozğunluğu diaqnozu qoyulub.


Narazılıq
Sözügedən şirkətlərin bağlanmasının təsiri dərhal hiss olunmağa başlayıb. Müştərilər kitab, mal və xidmətləri internetdən satın ala bilmədikləri üçün narazılıq ifadə ediblər. Biznes assosiasiyaları isə bu hərəkətin ölkədə biznes sektorunu inkişaf etdirmək cəhdlərinə zərbə vuracağını deyiblər.

Bundan sonra Azki.com və “Taaghche”yə fəaliyyətlərini bərpa etməyə icazə verilib. Ancaq onlardan əməkdaşlarının ismət və hicab qanununa əməl edəcəyinə dair ictimai öhdəlik alınıb.

İranın “Amazon”u adlandırılan “DigiKala”nın durumu isə qeyri-müəyyən olaraq qalır.

Rəşidi istər cəmiyyət, istərsə də biznes səviyyəsində “insanları insanlara qarşı qoymağın” işə yarayacağına skeptik yanaşdığını deyir.

"Bu şirkətlərin bəzilərinin İranın xaricində investorları var. Bu həmin şirkətlərə mütləq təsir edəcək. Çünki onlar beynəlxalq aləmdə senzuranın dəstəkçiləri kimi görülmək istəmirlər”, – Rəşidi bildirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru