Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                 

Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür - GƏLİŞMƏ
Tarix: 4-10-2023, 14:00 | Çap et
Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib. Rusiyada illik inflyasiyanın 7,5 faiz olduğunu qeyd edən nazirin sözlərinə görə, gələn il orta illik inflyasiya 10 faizdən artıq olacaq: “Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 5 faizə düşəcəyini gözləyirik. Lakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”.

Rusiya Mərkəzi Bankı (RMB) rublun ucuzlaşması fonunda artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb. RMB sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.

Qeyd edək ki, ötən ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Moskva uzun müddət inzibati resurlsar hesabına daxili iqtisadi vəziyyəti sabit saxlamağa müvəffəq olsa da, 2023-cü ilin ortalarından rus rublunun qiyməti enməyə başladı.

Bəzi ekspertlər rublun “ölməsinin” Rusiyanın ixracını bir qədər stimullaşdıracağı qənaətində olsalar da, prosesin ümumilikdə şimal qonşumuzun iqtisadi cəhətdən çöküşünə gətirəcəyini iddia edənlər də var. Bütün hallarda Rusiya gərgin iqtisadi dövrə qədəm qoyur və artıq bunu rəsmi şəxslər də etiraf edirlər. Rusiyanın iqtisadi inkişaf naziri və baş bankirin son açıqlamaları da bu xüsusda təsadüfi sayıla bilməz.

DİA.AZ-ın məlumatına görə, bank-maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya açıqlamasında deyib ki, Rusiyanı növbəti ildə dərin iqtisadi böhran gözləyir: “Bunun da öz növbəsində kifayət qədər obyektiv və subyektiv səbəbləri var. Birinci səbəb odur ki, ABŞ və müttəfiqləri Ukrayna müharibəsinə görə Rusiyaya təzyiqləri davam etdirir. 12-ci sanksiya paketi qəbul olunub. Gələn il ABŞ-da Prezident seçkiləridir. Cozef Bayden bəyan edib ki, yenidən prezidentliyə namizəd olacaq. Onun seçkilərdə qələbə qazanması Rusiyaya qarşı təzyiqlərin nəticəsindən daha çox asılı olacaq”.

“Bu mənada Bayden çalışacaq ki, Moskvaya qarşı təzyiqləri gücləndirsin. Bu, həm hərbi, həm də iqtisadi baxımdan həyata keçiriləcək. Əsas diqqət neftin qiymətinin aşağı salınmasına yönələcək. ABŞ-ın İranla anlaşmağa çalışması, enerji daşıyıcılarının qiymətinin enməsinə yönəlik fəaliyyəti bunun bariz nümunəsidir. Bu siyasət gələn il də davam edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Həsənov hesab edir ki, Rusiya böyük dövlətdir və onun çökdürülməsi asan olmayacaq: “Bunun üçün müəyyən zamana ehtiyac var. Təbii ki, ildən-ilə Rusiyanın iqtisadi vəziyyəti pisləşəcək. Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir. Ukrayna müharibəsində Rusiyanın hərbi baxımdan çökdürülməsi ilə yanaşı, daxildə iqtisadi böhranın yaranması istiqamətində də fəaliyyət davam edəcək. Onsuz da Rusiyada iqtisadi vəziyyət ağırdır. ABŞ və müttəfiqləri çalışır ki, daha da ağır olsun. Düzdür, rus rublunun enməsi və yüksək neft-qaz qiymətləri şimal qonşumuzun ixrac potensialını artırır. Lakin bu, uzun müddət belə davam etməyəcək. Ən dəhşətlisi isə odur ki, Kreml artıq gözlənilən iqtisadi və siyasi böhranın qarşısını almaqda acizdir. Regiona nəzarət imkanlarını itirir. Qərb təmkinli siyasət yürüdür və bu siyasət yaxın gələcəkdə Rusiyanın çöküşü ilə bitəcək”.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı alim Eldəniz Əmirov da AYNA-ya şərhində söyləyib ki, Rusiya iqtisadiyyatı böhranlı dövrünü yaşayır: “Ötən ilin fevralında Rusiya Ukraynaya qarşı hücumlara başlayandan sonra Qərbin çoxvektorlu embarqoları fonunda, bəziləri belə hesab edirdi ki, Rusiya iqtisadiyyatı dərhal çökəcək. Bu, şübhəsiz ki, qeyri-peşəkar yanaşma idi. Qərb təsisatları da bilirdi ki, bu proses uzun müddətdən sonra öz bəhrəsini verəcək. Məhz bu səbəbdən də prosesi tədricən həyata keçirirlər. Bir tərəfdən Ukrayna silahlandırılır, digər tərəfdən isə şimal qonşumuza qarşı çovektorlu sanksiyalar tətbiq edirlər”.

“Görünən odur ki, ABŞ və müttəfiqləri bu mövqedə prinsipialdır və sona qədər dirəniş göstərəcəklər. Rusiya iqtisadiyyatı ötən müddət ərzində kifayət qədər zəifləyib. Bu zəifləmə davam edəcək. Növbəti il Rusiya iqtisadiyyatı böhranlı bir dövr yaşayacaq. İnzibati yollar işlək olmayacaq. Məlum proqnozlar da göstərir ki, artıq baş verənlər Rusiya hökumətini narahat etməkdədir”, - deyə müsahibimiz söyləyib.

Əmirovun fikrincə, enerji daşıyıcılarının qiymətlərinin azalması Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər: “Artıq Vaşinqton Tehranla neft və qaz sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparır. Digər alternativlər üzərində də işlənilir. Çünki Qərbdə bilirlər ki, müharibə itkiləri, iqtisadi-siyasi gərginliklər fonunda neft-qaz qiymətlərinin enməsi Rusiya üçün öldürücü zərbə olacaq. Bu istiqamətdə ciddi səylə çalışırlar. Nəzərə alsaq ki, gələn il ABŞ-da seçkilərdir, bu xüsusda Rusiyaya qarşı təzyiqlərin artacağını söyləmək olar. Nəticədə Rusiya iqtisadiyyatı daha da zəifləyəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Dünən, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Dünən, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru