İnam Kərimov da əvvəlkilər kimi davranır... - GİLEY
Tarix: 13-07-2018, 10:37 | Çap et
“19 ildir mübarizə aparıram. 80 yaşlı ağsaqqal adamam, məni məhkəmə qapılarında qoyublar. İndiyədək bu məsələ ilə bağlı 27 proses keçirilib, hər birində də mənim haqlı olduğum sübut olunub. Amma nə olsun, nəticə yoxdur. Məhkəmənin qərarına əməl olunmur. Haqqımı almaq üçün hara getməliyəm, kimə ağız açmalıyam ki, əlimin zəhmətiylə qazandığım halal pulunu ala bilim? Mənə bu ahıl yaşımda niyə belə zülm eləyirlər? Niyə mən bu qədər əziyyət çəkməliyəm?”
Bu sözləri əli hər yerdən üzülüb, ümidi kəsilən 80 yaşlı şikayətçi Mahmud Qasımov deyir. Himayəsində 1-ci qrup xəstə övladı olan ağsaqqal uzun illər çalışdığı iş yerindən əmək haqqını ala bilmədiyi üçün nə az, nə çox 20 ilə yaxındır ki, israrla çaba göstərir. Bütün cəhdlərinə, haqlı olmasına rəğmən, 2 illik maaşını ala bilmir: “Bilmirəm Allah mənə nə qədər ömür yazıb, amma mən məmurların insafsızlığı, mərhəmətsizliyi üzündən deyəsən, ömrümün qalan hissəsini stress, gərginlik içində keçirəcəm. Zatən 19 ildir belə yaşayıram. Ürəyimdə çat əmələ gəlib, təzyiq tapmışam. Səhhətim, sağlamlığım tamamilə sıradan çıxıb”.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Q. Əliyev küçəsi 4 saylı evdə yaşayan Qasımov Mahmud Əlibəy oğlu 04.071978-ci ildən 11.01.1999-cu il tarixə qədər İmişli rayon kənd İdarəsində, sonralarsa Aqrar Sənaye Kombinatında dövlət texniki və baş dövlət texniki nəzarət müfəttişi işləyib. Amma o, son iki il çalışmasına baxmayaraq, əmək haqqını ala bilməyib: “Mənə bəlli olmayan səbələrdən son 2 ildə əmək haqqım ödənilmədi. Mən də məsələ ilə bağlı rayon rəhbərliyinə, məhkəmələrə müraciət etdim, amma şikayətlərimə məhəl qoyulmadı. Məcbur qalıb Respublika Kənd Təsərrüfatı Nazirliyini məhkəməyə verdim. İşə Səbail rayon məhkəməsində baxılırdı.Hakim Ziya Əliyev 07.01.1997-ci ildən 14.08.1998-ci il tarixədək olan əmək haqqımın minimum ödəməli olduğu haqda qərar çıxardı. Mən də bu qərarla razılaşmadım və onun qeyri-obyektiv olduğunu bildirərək məvacibimin 2 illik deyil, bir illik qeyd olunduğuna görə kassasiya şikayəti verdim. Hakim Ziya Əliyevdən fərqli olaraq, milliyyətcə rus olan Bakı Şəhər Məhkəməsinin hakimi Tatyana Jidkova 27.01.2000-ci tarixdə qərar çıxardı ki, mən həqiqətən də 1999-cu ilədək bu idarədə çalışmışam. Üstəlik, gündəlik davamiyyət haqda tabel kitabına imza da atmışam. Rayon rəhbərliyi və KTN-nin tapşırıqlarına layiqincə əməl etmişəm, onlar tərəfindən nəinki töhmət almaq, heç haqqımda şikayət belə olmayıb. 1997-1998-ci illərdə rayonda olan bütöv kolxozlarda, təşkilatlarda, müəssisələrdə olan traktor və texnikalara illik baxış aparıb nazirliyə illik hesabat da təqdim eləmişəm. Amma onlar mənim bu zəhmətimin heç birini nəzərə almadılar”.
Şikayətçi deyir ki, uzun mücadilədən sonra 05.09.2006-cı ildə ona illik əmək haqqı köhnə pulla 2800810, yeni Azərbaycan manatı ilə 562 manat məbləğində vəsait ödənilib. Məhkəmədə isə bu məsələ yanlış şəkildə sənədləşdirilib: “Mən Kənd Təsərrüfatı Nazirliyindəki sənədə imza atıb 562 AZN aldım. Amma KTN dövləti və hakimi aldadaraq saxta sənəd təqdim edib. Həmkarım İbrahim Lyadişkinə və mənə ödəniləcək məbləğ ümumilikdə 2060 AZN təşkil edirdi. Bu məbləğin 562 AZN mənim, yerdə qalanı isə digər iki nəfərin əmək haqqı idi. Nazirliyin verdiyi saxta sənədə görə, Səbail rayon məhkəməsinin hakimi Arab Hüseynov 06.02.2008-ci il tarixdə çıxardığı qərarda qeyd elədi ki, guya 2060 AZN təkcə mənə ödənib. Halbuki, mən o məbləğin yalnız 562 manatını almışam. Təbii ki, mən məsələ ilə bağlı etiraz elədim. Amma etirazlarımın heç bir nəticəsi olmadı. Anlamıram ki, hüquq-mühafizə orqanları niyə bu məsələyə göz yumurlar? Əgər bu məsələdə mən günahkaramsa, razıyam, qoy haqqımda tədbir görsünlər. Araşdırsınlar, əgər KTN və digər hüquq-mühafizə orqanlarındakı məmurlar suçludursa, qoy onlar qanun qarşısında cavab versin”.
Mahmud Qasımov qeyd edir ki, Prezident Aparatına, Nazirlr Kabinetinə, Milli Məclisə, Konstitusiya Məhkəməsinə, Ədliyyə nazirliyinə, Respublika Baş Prokurorluğuna, Ali Məhkəməyə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinə, qeyri-hökumət təşkilatlarına, çoxsaylı müraciətlər edib. Amma müraciətlərinin heç bir nəticəsi olmayıb. Daha doğrusu, son proseslərdə onun haqlı olduğu, əmək haqqının ödənilməli olduğu sübut olunsa da, məsələnin icrasına nail ola bilməyib: “12.03.2018-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarından sonra məsələ icraata göndərildi. Amma Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovsa bu məbləği ödəməkdən imtina edir. Deyir ki, bizim borcumuz yoxdur. Mənim 1997-ci ildəi aylıq əmək haqqım 250 min manat olub. İki il üçün bu məbləğ 6 milyon 83 min manatdır . O məbləğdənsə mənə 2 milyon 80010 manat ödənilib. Bəs pulun qalanı necə oldu, niyə ödənilmədi? Mən haqlı olduğumu sübut etmək üçün neyləməliyəm? Daha hansı orqana, hansı instansiyaya müraciət etməliyəm ki, haqqımı ala bilim?”
Dövlət orqanlarının məsələyə laqeyd reaksiyasından narazı olan şikayətçi nicatı ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətdə görür: “Daha heç bir orqanın fəaliyyətinə inamım qalmayıb. Bu səbəbdən ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səslənirəm. Bu məsələyə onların müdaxilə etməsini istəyirəm. Hər bir kəs kimliyindən və vəzifəsindən asılı olmayaraq qanun qarşısında eynidir. Əgər elədirsə, Kənd Təsərrüfatı Nazirliyi də mənim əmək haqqımı ödəməlidir. Əgər ödəmirsə, onlar haqda da tədbir görülməlidir. Nəyə görə məhkəmə qərarı ola-ola iş icraata yetirilmir? Kənd Təsərrüfatı Nazirliyinə qarşı məcburi icra tətbiq edilmir? Mənim günahım nədir ki, məmurların səhlənkarlığı və məsuliyyətsizliyi üzündən hüquqlarım tapdanır? Sağlamlığım sıradan çıxır? Cənab prezident, bu məsələyə müdaxilə etmənizi və 80 yaşlı ağsaqqal vətəndaşınızın haqqlarının bərpasına yardım etmənizi istəyirəm”.
Mahmud Qasımovun bu günədək keçdiyi məhkəmə proseslərinin siyahısı:
07.01.2000-ci il Səbail rayon məhkəməsinin hakimi Ziya Əliyevin qərardadı;
27.01.2000-ci il Bakı şəhər məhkəməsinin hakimi Ttyana Jidkovanın qərardadı;
14.08.2006-cı il Səabil rayon məhkəməsinin hakimi İlham Ağayevin qərardadı;
14.11.2007-ci il Səbail rayon məhkəməsinin hakimi Araz Hüseynovun qərardadı;
08.05.2007-ci il Səbail rayon məhkəməsinin hakimi İlham Ağayevin qərardadı;
28.11.2017-ci il Səbail rayon məhkəməsinin hakimi Araz Hüseynovun qərarı;
29.06.2007-ci il Səbail rayon məhkəməsinin hakimi Yusif Kərimovun qərarı;
01.09.2007-ci il Səbail rayon məhkəməsinin hakimi Ülvi Mayılovun qərarı;
06.02.2008-ci il Səbail rayon məhkəməsinin hakimi Araz Hüseynovun qərarı;
08.06.2010-cu il Bakı Appelyasiya məhkəməsinin hakimi Əflatun Qasımovun qərarı;
11. 30.06.2010-u il Ali Məhkəmənin hakimi Ələsgər Əliyevin ərarı;
27.12.2010-cu il Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qərarı;
24.06.2010-cu il Bakı Appelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun qərarı;
27.01.2010-cu il Səbail məhkəməsinin hakimi Nurəddin Bağırovun qərarı;
14.06.2016-cı il Səbail rayon məhkəməsinin hakimi Zaur Əliyevin qərarı;
25.10.2016-cı Bakı Appelyasiya Məhkəməsinin hakimi İlham Əsədovun qərarı;
24.02.2016-cı il Bakı Appelyasiya məhkəməsinin hakimi Saqi Məmmədovun qərarı;
26.02.2016-cı il Səbail rayon məhkəməsinin hakimi Nurəddin Bağırovun qərarı;
30.05.2016-cı il 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarı;
24. 02.2017-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarı;
03.05.2017-ci il Səbail rayon Məhkəməsinin qərarı;
02.05.2017-ci il Bakı Appelyasiya Məhkəməsinin hakimi Saqi Məmmədovun qərarı;
30.06.2017-ci il Bakı Appelyasiya məhkəməsinin hakimi Toğrul Əliyevin qərarı;
16.11.2017-ci il Bakı Appelyasiya məhkəməsinin hakimi Əli Rüstəmovun qərarı;
06.12.2017-ci il Bakı Appelyasiya məhkəməsinin hakimi İlqar Xələfovun qərarı;
12.03.2018-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarı
12.03.2018-ci il Bakı Appelyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun qərarı. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
|