Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib - 3 milyard dollar
Tarix: 21-09-2018, 10:32 | Çap et
Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı cinayət işi davam etdiriləcək. Gələn ay, oktyabrın 14-də Beynəlxalq Bankın keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının ikinci ili tamam olacaq. Təbii ki, növbəti mərhələdə davam etdiriləcək məhkəmə istintaqının yekununda sabiq bankirə əlavə iş verilib-verilməyəcəyi bəlli olacaq, bu öz yerində. Bilməyənlər üçün xatırladım ki, Cahangir Hacıyev indiyədək yalnız bir epizodda mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin onun üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər…
Beynəlxalq Bankdakı mənbələrdən aldığım məlumata görə, məhkəmə işinin iki il əvvəl başa çatan birinci mərhələsində Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir.
İndiyədək mətbuatda belə bir fikir formalaşmışdı ki, istintaq araşdırmaları “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru"nu tam açmaqda acizdir.
Ancaq hökümdən iki il keçəndən sonra ona qarşı olan cinayət işinin davam etdirilməsi, konkret olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülməsi onu deməyə əsas verir ki, deyəsən bu dəfə istintaq C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricdə səpələnən kreditlərin izinə düşüb.
Mənbənin bildirdiyinə görə, Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay, və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib.
Hacıyevin irəli sürülən ittihamlardan biri də onun qondarma “Abxaz Respublikası”na pul yatırmasıdır. Fikrimcə, separatizmdən neçə illərdi əziyyət çəkən Azərbaycanın dövlət bankının regionda strateji partnyoru olan Gürcüstanın separatçı bir vilayətinə investisiya yatırmasının aidiyyəti dövlət qurumlarının diqqətindən yayınması ayrıca müzakirə olunmalıdır.
Mənbənin məlumatına görə, Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin xadimələrin, bağbanların adına kreditlər rəsimləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsimləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması, 2007-ci ildən bankın likvidliyinin itirilməsinə baxmayaraq xaricdə lobbi işlərinə, xüsusiylə özünün yüksək imicinin formalaşdırılmasına milyonlarla dolların xərclənməsi, mükafatların alınması növbəti məhkəmə araşdırmalarının əsas mövzuları olacaq.
Mənbənin məlumatına görə, mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü olan sabiq bankir hər il bunun üçün bir-neçə milyon xərcləyirmiş. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi.
Adi vətəndaşın Beynəlxalq Bankdan bir-neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit alamaq şansının faktiki olaraq mümkünsüz olduğu halda C.Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini amansıscasına talayıb. Bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.
E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. Beləliklə, C.Hacıyevə yeni yeni ittihamlar səslənir və sabiq bankirin dövlət vurduğu ziyanlar üzə çıxır. Doğrudur, hökumətin restrukturizasiya planı baş tutdu və nəticədə Azərbaycan dövləti 3 milyard dollarlıq borcla əlavə yükləndi. Bu isə təbii ki, balaca məbləığ deyil və Ermənistanın dövlət büdcəsinin xərclərindən belə çoxdur. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 465 milyard dram olub - təxminən 3 milyard dollar. Bu vəsaitlə Ermənistanın həm təhsil, həm səhiyyəsi, həm dövlət strukturları və ən başlıcası isə erməni ordusu maliyyələşir. Ancaq C.Hacıyevin dəstəsi bundan artıq vəsaiti ofşorlara daşıyaraq mənimsəyiblər.
Bir az öncə isə C.Hacıyevin siyasi dustaq elan edilməsi ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı. Bəzi hüquq müdafiəçiləri guya onun yalnız E.Mahmudovun qudası olması ilə bağlı qəzəbə tuş gəlməsini iddia edirdi. Halbuki C.Hacıyev E.Mahmudovdan 7 ay tez işdən azad edilmiş və haqqında cinayət işi açılmışdı. Yalnız London Ali Məhkəməsinin məlum qərarından sonra həmin hüquq-müdafiəçiləri “sakitləşdi”.
İndi düşünmək sadəlövlük olardı ki, Cahangir Hacıyevin bacısı vasitəsi ilə ölkə prezidentinə silsilə müraciətləri, guya ailələrinin təqib olunması (baxmayaraq ki, onun ailəsi İngiltərədə yaşayır), bir manatı belə mənimsəmədiyi barədə “səmimi etirafları” onun vəziyyətini yüngülləşdirəcək. Çünki, Cahangir Hacıyev və dəstəsi təkcə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb, ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcək, verdiyi vergilərdən onun götürdüyü və mənimsədiyi vəsaitlərin borcunu ödəniləcək. Qadir İbrahimli, iqtisadçı \\modern.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
|