Sədərəklilərdən Vasif Talıbova ilginc müraciət... - "Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!"
Tarix: 29-07-2020, 09:50 | Çap et
1988-94-cü illərdə Sədərək uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı vuruşmuş, yaralanmış, əlil olmuş bir qrup rayon sakini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət ünvanlayıb. Ovqat.com-un məlumatına görə, müraciətdə Vasif Talıbovun Sədərək seçicilərinin 95% səsini aldığı xatırladılır və rayonun yaxşı idarə olunmamasından gileylənilir. Sədərəyin icra başçısı Həbib İbrahimovun rayonun kəndlərini üz-üzə qoyduğu bildirilən müraciətdə bu “təxribatçı” adamın dərhal işdən azad olunması xahiş edilir. Qeyd edək ki, Sədərəyin icra başçısını işdən azad etmək Naxçıvan Ali Məclisinin yox, Azərbaycan Prezidenti İlham Əliyevin səlahiyyətindədir. Bununla belə, Vasif Talıbov həm bu rayonun deputatı, həm də Muxtar Respublikanın Ali Məclisinin sədri kimi Prezident qarşısında bu məsələni qaldıra bilər. Görünür, Sədərək camaatı da məhz bu amili nəzərə alıb müraciəti Vasif Talıbova ünvanlayıb. Torpaqlarımızın yenidən erməni hücumlarına məruz qaldığı, hətta Türkiyə ordusunun köməyimizə gəldiyi bir zamanda vaxtilə sinəsini düşmən gülləsi qarşısında sipərə çevirmiş oğullarımızın bu müraciəti xüsusi əhəmiyyət daşıyır və Dədə Qorqudun məşhur kəlamını yada salır: “Üzərində yaşadığın torpağı əkib becərə bilməyəcəksənsə onu qorumağa, qoruya bilməyəcəksə əkib becərməyə dəyməz”. Təəssüf ki, Naxçıvan Ali Məclisinin sədrinə ünvanlanan bu müraciətə imza atanların əksəriyyəti hazırda Bakıda yaşayır. Çünki Naxçıvanın digər hakimi-mütləqləri kimi Sədərək icra başçısı da onlara canlarını verməyə hazır olduqları diyarda yaşamaq imkanı verilməyib. Şikayətçilərin əməkdaşımıza bildirdiyinə görə, Sədərəkdə bütün qazanc mənbələri icra başçısı tərəfindən mənimsənildiyindən onlar da dolanışıq xətrinə canları qədər sevdikləri kəndlərini tərk ediblər. Ümidvarıq ki, özgə vaxt gənclərə 30 kitab oxumağı məsləhət görən Vasif Talıbov Dədə Qorqudun bu sözlərini nəzərə alacaq və lazımi addımlar atacaq. Bununla da məsləhət verdiyi insanlara nümunə göstərəcək. Axı kitablar təkcə oxumaq üçün yox, həm də oxuduğunu həyata keçirmək üçündür. Sədərək döyüşçülərinin müraciətini olduğu kimi dərc edirik: "Hörmətli, cənab Sədr, hörmətli Vasif müəllim! Biz - adları aşağıda qeyd olunan bir qrup döyüşçü, əlil, veteranlar Sədərəkdə gedən döyüşlərdə fəal iştirak etmişik. O ağır günlərdə Naxçıvanımızı, Sədərəyimizi elliklə qorumuşuq. Bir qarış torpaq belə, ermənilərə verməmişik. Son günlər Azərbaycanın sərhədlərində - Tovuz rayonunda, eləcə də Naxçıvanda ermənilər yeni təxribatlar törətməkdədir. Bu bizi dərindən narahat edir və ölkəmizin erməni hücumuna qarşı müqavimətə səsləyir. Əziz Vasif müəllim, bizim döyüş təcrübəmiz var və sizi çox sevirik, sizin ətrafınızda daim birləşməyə, o gözəl dədə-baba məkanlarımızı qorumağa bu gün də hazırıq. İstənilən vaxt əmrinizə tabeyik. Hörmətli Vasif müəllim! Son vaxtlar Naxçıvanımızda apardığınız misli bərabəri olmayan abadlıq, quruculuq işləri bizləri çox sevindirir. Eləcə də Sədərək rayonunda... Bütün bunlara görə var olun, Tanrı sizi qorusun. Əziz Vasif müəllim! Son günlər Sədərək rayonunda ağacların kəsilməsi ilə ağlı gördüyünüz tədbirlər də bizi şox məmnun etdi.Rayonun polis rəisi, İH Başçısının müavini, köməkçisi vəzifələrindən uzaqlaşdırıldılar. Ağac kəsiminə görə 135 min manat cərimə də ürəyimizcə oldu. Bununla belə, rayonumuzda İH Başçısı Həbib İbrahimovla bağlı narazılıq həddində artıq çoxdu. Bunları sadalayıb bir müraciətə sığdıra bilmərik. Bir çoxu göz qabağındadır. Təəssüf ki, Həbib İbrahimov adlı bu adamın Sədərəkdəki fəaliyyəti Sizin və ölkə başçısının apardığı böyük quruculuq işlərinə kölgə salır. Onun xüsusilə yarıtmaz və təxribat dolu kadr siyasəti vaxtilə eyni səngərdə çiyin-çiyinə döyüşmüş, şəhidlər vermiş kəndləri üz-üzə qoyur, ciddi gərginliklər yaradır. Bu adam öz layiqli cəzasını almayanadək barıt çəlləyinə çevrilmiş Sədərək rayonunda sözügedən gərginlikləri aradan qaldırmaq mümkün deyil. Sədərək camaatı sizin ədalətli rəhbər olduğunuza əmindir və məhz bu səbəbdən sizə böyük hörmət bəsləyir.
Sizə duyduğumuz bu dərin hörmətin nəticəsidir ki, neçə illərdir bizim rayondan millət vəkili seçilirsiniz. Təsadüfi deyil ki, istər Azərbaycan Milli Məclisinin, istərsə də Naxçıvan MR Ali Məclisinin I çağırışından indiyədək sədərəklilər yekdililliklə sizə səs verib və səsvermələrin nəticələri də bunu göstərir. Xüsusilə son parlament seçkilərində seçicilərin 95% səsini toplamağınız a bu böyük sevginin göstəricisidir və Azərbaycanda bu səadət hələ heç kimə nəsib olmayıb. Siz bütün sədərəklilərin istinasız millət vəkilisiniz və bu səbəbdən də rayonumuzda yaranan gərginliyin aradan qaldırılması üçün ümidimizi Sizə bağlamışıq. Cənab Sədr! Sizdən son dərəcə xahiş edirik ki, rayonda bu qədər narazılığa səbəb olan Həbib İbrahimovun tutduğu vəzifədən uzaqlaşdırılması üçün lazımi tədbirlər görəsiniz. Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk. Hörmətlə:
Kərimov Vəli Rəhim oğlu Abbasov Abutalıb Abbas oğlu Zamanov Aftandil Məhərrəm öğlu Hüseynov Fərhad Abdulla öğlu Hüseynov Arif İbrahim Cəfərov Fərhad Yusif Məmmədhəsənov Vidadi Məmmədhəsən Zamanov Fəxrəddin Nəcəf Süleymanov Cəlil Bilal Məmmədov Nadir Allahverdi İmamverdiyev Əziz Məhərrəm Heydərov Nazim Vəli Vəliyev Amil Məhərrəm Məmmədov Əvəz Həsən Cəfərov Sahib Cəlil Şahverdiyev Səməd Hüseyn İsmayılov Rafiq Vaqif Qasımov Səməd İsmayıl İmamverdiyev Akif Səfər Məmmədov Vəfadar Qulu və sair..." //ovqat.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|