Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... - Amma vətəndaşı 5 ildir belə yaşadır...
Tarix: 15-12-2020, 10:04 | Çap et
![Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz...](/uploads/posts/2020-12/1608017498_0001.jpg) “Mehriban Əliyevaya yazdıq, bir neçə gündən sonra gətirib bizimçün çadır qurdular. O gün – bu gün, düz 5 ildir ki, azyaşlı övladlarımla çadırda yaşayırıq”. DİA.AZ bildirir ki, bunu Oğuzun Yaqublu kənd sakini Qalib Əliyev deyir.
2015-ci ilin sentyabrında Oğuzda zəlzələ olub. Yaqublu kəndindəki evlərə də zərər dəyib. Bu evlərdən biri də Qalib Əliyevə məxsus ev olub. Onun deməsinə görə, ev tamamilə yararsız hala düşüb.
“Zəlzələdən sonra Oğuz Rayon Fövqəladə Hallar Komissiyası gəlib evə baxış keçirtdi, dağıntını qeydə aldı. Dedilər: “Müvəqqəti harasa yerləşin, sizə ev tikiləcək”. Bir müddət gözlədik, xəbər-ətər olmadı. Başladım dövlət qurumlarına yazmağa, yenə maraqlanan olmadı. Mehriban Əliyevaya yazandan sonra çadır gətirib qurdular. Bununla da yenə yaddan çıxdıq”, - şikayətçi deyir.
Qalib Əliyevin sözlərinə görə, çadıra sığınandan bir müddət sonra atası Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Şəkidə vətəndaşların qəbulunu keçirdiyini biləndə qəbula yazılıb, nazirlə görüşüb. Nazir vətəndaşı dinlədikdən sonra tezliklə məsələnin həll olunması üçün yanındakı məmurlara göstəriş verib. Bu, çadırdakı ailəni xeyli ümidləndirib. Ancaq tezliklə bu ümidlər də puç olub.
Qalib Əliyev sözünə deyir: “Bir dəfə eşitdik ki, Fövqəldə Hallar Nazirliyinin işçiləri dağıntıya çevrilmiş evə baxış keçirməyə gəlib. Biz də tez oraya getdik. Gördük ki, onlar bizim iştirakımız olmadan orada fotolar çəkiblər. Biz oraya çatanda artıq çıxıb gedirdilər. Bildirdilər ki, artıq fotoları çəkiblər, əlavə işləri qalmayıb. Yenə bir ay keçdi, xəbər çıxmadı. Fövqəladə Hallar Nazirliyinə getdim ki, nəticəni öyrənim. Mənə fotoları göstərəndə az qaldım şoka düşüm. Deməli, bunlar evin dağıntı tərəflərini yox, qalan bir-iki salamat divarlarını çəkiblər, bununla da evin bərpaya ehtiyac olmadığını qərara alıblar”.
Qalib Əliyevin xeyli müraciətlərindən sonra Oğuz Rayon İcra Hakimiyyətindən ona bildirilib ki, yaxşısı budur məhkəməyə müraciət etsin. O da FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini məhkəməyə verib. Onun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı evə dəymiş ziyana görə 20 min manat kompensasiya iddiasına Şəki İnzibati Məhkəməsində baxılıb. Cavabdeh tərəf məhkəməyə bildirib ki, 2016-cı ilin avqustunda Qalib Əliyevin evinə baxış keçirilib. Məlum olub ki, ev tikinti normalarına və tələblərinə əməl olunmadan inşa olunub, uzun illər ərzində təmir edilməyib və köhnəlməyə məruz qalıb. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi olmadığına görə vətəndaşa köməklik edilməyib. Tikilinin icbari sığortası olmadığı da bildirilib. Qalib Əliyev məhkəmənin qərarından narazı qalıb:
“Məhkəmə 4 ay çəkdi. Hakim İlqar Cabbarov mənə dedi ki, Oğuzdakı zəlzələdən zərərlərin aradan qaldırılmasına görə həmin rayona 1 milyon manat ayrılıb. O pul da yalnız uşaq bağçalarının və məktəblərin təmir-bərpasına xərclənib. 5 ildir ki, başımızı boş-boş cavablarla, məhkəmə qərarlarıyla qatırlar, bu yandan isə azyaşlı övladlarımın sağlamlığı sıradan çıxıb. Qışı şaxtadan, soyuqdan, isinmək üçün yandırdığımız sobanın təhlükəsindən, yayda çadırın ətrafına yığılan qurd-quşdan qorunmaqdan bezmişik”.
Qalib Əliyev məhkəmə qərarından apelyasiya şikayəti verib. Paralel olaraq ölkə başçısına, Birinci vitse-prezidentə təkrar müraciətlər edib.
![Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz...](/uploads/posts/2020-12/thumbs/1608012281_01.jpg)
![Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz...](/uploads/posts/2020-12/thumbs/1608012188_02.jpg)
![Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz... Oğuzun icra başçısı belə şəraitdə bir gün də yaşamaz...](/uploads/posts/2020-12/thumbs/1608012212_03.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
• Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50 |
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
|