Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı səfərinin pərdəarxası – Həcc ziyarətindən gələn gəlirlər təhlükədə
Tarix: 18-02-2014, 10:30 | Çap et
DİA.AZ: - Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. Məlumata görə, Səudiyyə Ərəbistanına səfərin məqsədi builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etməkdən ibarətdir.
Xəbərdə həmçinin səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi qeyd olunur. Səfər çərçivəsində A.Paşazadə Səudiyyə krallığının Həcc naziri ilə də görüş və builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilməzi nəzərdə tutulub.
Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq. Sənəddə builki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələləri, eyni zamanda zəvvarların ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirmələri ilə bağlı məsələlər öz əksin tapacaq.
DİA.AZ- bununla bağlı daxil olan informasiyalardan isə aydın olur ki, Şeyxin Səudiyyə Ərəbistanına səfəri təkcə Həcc ziyarətinin təşkili ilə bağlı deyil. Əslində bu fikir kifayət qədər ağlabatandır. Ən azından ona görə ki, Azərbaycandan Həcc ziyarətinə səfərlərin təşkili ilk dəfə deyil ki, baş verir. Yəni burada hansısa dəyişiklik olmayıb ki, Şeyxin belə bir səfərinə ehtiyac duyulsun.
Belə bir məqamda təbii ki, ağla ilk olaraq gələni bir müddət əvvəl vəhabilərə yaxın olan və özünü «Şeyx-Leaks» kimi təqdim edən qaynağın dövriyyəyə buraxdığı informasiyalardır. Söhbət QMİ rəhbərinin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin gərginləşməsindən gedir.
Xatırladaq ki, bir müddət əvvəl Allahşükür Paşazadə vəhabilərin və nurçuların əleyhinə sərt açıqlamalar verdi və onları az qala Azərbaycan dövlətinin düşmənləri kimi təqdim etdi. Bunun ardından isə vəhabi və nurçulara yaxın dairələr Şeyxə qarşı kampaniyaya başladılar.
Təbii ki, illərdir sözügedən təriqətlərlə ortaq hərəkət edən və bu ortaqlıqdan ciddi gəlir əldə edən Şeyxin bu açıqlamasının bəldəlini ödəyəcəyi ilk başdan bir iddia şəklində ortaya atılmışdı. Və bildirilirdi ki, hətta ən gəlirli sahələrdən olan Həcc ziyarətlərinə nəzarət belə Şeyxin əlindən alına bilər. Eyni zamanda nurçularla bir neçə ortaq layihənin belə təhlükə altında olduğu söylənilirdi.
Belə bir şəraitdə Şeyx İstanbulda təşkil olunan və nurçulara aid iqtisadi çevrələrin nəzarəti altında olan bir tədbirə müəmmalı şəkildə qatıldı. Hər kəs Şeyxin iqtisadçı olmadığını söylədi və onun bu səfərinin anlaşılmaz olduğunu bildirdi. Amma aydın olanı o idi ki, Şeyxin həmin tədbirdə iştirakı əslində nurçu dairələrlə danışıq apararaq, əvvəlki münasibətləri qüvvədə saxlaya bilməsi üçün bir bəhanə imiş.
İndi isə məlumatlı mənbələr bildirir ki, Şeyxin Səudiyyə Ərəbistanına səfəri də eyni xarakterdəndir. Yəni bir neçə gün əvvəl vəhabilərin ünvanına dediyi ittihamlardan sonra yaranmış münasibət pozuqluğu yoluna qoyulmalıdır. Belə bir məramla Şeyxin Səudiyyə Ərəbistanına səfərə hazırlaşdığını iddia edən mənbə onu da əlavə edib ki, əslində müzakirə predmeti həqiqətən də Həcc ziyarətidir. Çünki artıq Səudiyyə Ərəbistanından Şeyxə Həcc ziyarəti ilə bağlı açıq təhdidlər ünvanlanıb. Şeyx isə bu gəlirli biznesini qoruya bilməsi üçün yola çıxır…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|