Arif Əsgərovla Etibar Pirverdiyevin arasında «soyuq müharibə» - Məmur "razborka"sı
Tarix: 9-05-2014, 12:12 | Çap et
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QCS) sədri Arif Əsgərovla «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin münasibətləri kəskin pisləşib. Buna səbəb Etibar Pirverdiyevin nəzarəti altında olan "ATEF Şirkətlər Qrupu” MMC-nin «Azərbaycan Dəmir Yolları” ilə arasındakı məhkəmə çəkişməsidir. Əldə etdiyimiz məlumatlara görə, Arif Əsgərovun rəhbəri olduğu qurumun şirkətə 306 min manat borcu var. Borc çəkişməsinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Apelyasiya Məhkəməsindədir. İddia hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. Verilən məlumatda deyilir ki, «Azərenerji» rəhbərinə məxsus olan şirkət bir neçə il əvvəl «Azərbaycan Dəmir Yolları»nın müxtəlif sifarişlərini həyata keçirib. Görülən işlərin müqabilində qurum rəsmiləri tərəfindən şirkətin bank hesabına müəyyən miqdarda vəsait keçirilsə də, 306 min manat ödənilməyib. Bu barədə bilgiyə sahib olan mənbənin bildirdiyinə görə, borcu ödəmək istəməyən QSC rəhbərliyinə şifahi formada xəbərdarlıq edilib: «Amma Arif Əsgərov başda olmaqla cəmiyyətin heç bir səlahiyyətli nümayəndəsi buna məhəl qoymayıb. Pulu ala bilmədiklərini görən «ATEF» rəhbərliyi bununla bağlı Etibar Pirverdiyevə məlumat verib. Onun işə qarışmasından sonra tərəflər arasındakı vəziyyət xeyli qəlizləşib. QSC sədri borcu qaytarmayacağını söyləyib və ASC rəhbəri məsələni məhkəmə yolu ilə həll edəcəklərini bildirib. Hazırda iş məhkəmədədir. Buna baxmayaraq, Etibar Pirverdiyev hər fürsətdə Arif Əsgərova zərbə endirməyə çalışır. Yuxarı orqanlarda möhkəm dayaqları olan «Azərenerji» rəhbəri Arif Əsgərovun imza atdığı qanunsuzluqlar haqqında məlumat toplayaraq yuxarılara çatdırır». Mənbə vurğulayır ki, son vaxtlar dəmir yolu nəqliyyatında yaranan bir sıra problemlər QSC sədrinin işini xeyli çətinə salıb: «Məlum olduğu kimi, bu ildən ölkə ərazisində dəmir yolu tarifləri təxminən, 31 % artıb. Lakin bununla bağlı geniş açıqlama verilməyib və qiymət artımı əsaslandırılmayıb. Dəmir yolu nəqliyyatında baş verən qiymət artımını «Azərbaycan Dəmir Yolları»nın nümayəndələri izah edə bilmir. Sərnişin və yük daşımalarında qiymətlərin dövlətlə razılaşdırılmadan artırılması yuxarıların etirazı ilə qarşılanıb. Bundan başqa, QSC-də əməkhaqlarının verilməsində ciddi problemlər müşahidə olunur. Bir müddət əvvəl bəzi şəxslər ixtisara düşüb. Qurumun peşəkar mütəxəssislərinin çoxu səbəbsiz yerə işdən çıxarılıblar. Bu kimi hallardan istifadə edən Etibar Pirverdiyev cənab Əsgərova öz gücünü göstərməyə çalışır». Onu da bildirək ki, QSC sədrinin adı «vurulacaq» məmurların sırasında çəkilir. Buna səbəb olan amillərdən biri də «Azərbaycan Dəmir Yolları»nda iri maliyyə fırıldağının üzə çıxmasıdır. Xatırladaq ki, qurumun marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham edilərək həbs olunub. Bu məsələdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da əlinin olduğu bildirilsə də, məmur övladı məsuliyyətə cəlb edilmədi. Halbuki, 28 yaşlı Elnar Əsgərovun rəhbəri olduğu "Liman Group” şirkəti QSC-nin tikinti layihələrinin əsas iştirakçısı olub. Yəni 48 milyon manatlıq yeyintidə məmur oğlunun iştirakının olması istisna edilmir. Bu arada, Arif Əsgərovun keçmişi ilə bağlı şok məlumatlar əldə etmişik. Məlumata görə, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında çiçəklənmə dövrü başlayıb. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla qohum olub. Onun dövründə Arif Əsgərov maliyyə xidmətinin rəis müavini vəzifəsindən həmin idarənin rəisi vəzifəsinə təyin edilib. Arif Əsgərovun keçmiş rəisi, onu vəzifədə irəli çəkən Eldar İsmayılovla indi də isti münasibətlərinin olduğu deyilir. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Dövlət Dəmiryolu İdarəsinə Vahid Məmmədov rəis təyin edilib. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edilib və Raya Abbasova adlı bir xanımla əvəzlənib. Uzun müddət işsiz qalan Əsgərov daha sonra kimlərinsə vasitəsilə bu sistemə yenidən bərpa olunub. Mənbə bildirir ki, Etibar Pirverdiyev məhz bu tip materialları yuxarılara təqdim etməklə QSC sədrinin vəzifə karyerasına son qoymaq istəyir. Tərəflər arasında davam edən «soyuq müharibə»də üstünlük hələ ki, Etibar Pirverdiyevin tərəfindədir. Belə davam etsə, yaxın vaxtlarda Arif Əsgərovun vəzifədən azad olunması ilə bağlı sərəncam verilə bilər. Yazıda adı hallanan bütün tərəflərin mövqeyini işıqlandıra bilərik. \\ gundelik-baku \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
|