Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

Bakıda peşəkar idmançıların kütləvi davası ilə bağlı ilginc gəlişmə - Ramil Usubova şikayət olundu
Tarix: 12-08-2014, 12:16 | Çap et
Bakıda peşəkar idmançıların kütləvi davası ilə bağlı ilginc gəlişmə
Bir neçə gün əvvəl bəzi saytlarda "Bakıda peşəkar idmançıların kütləvi davası" başlığı altında xəbər yayıldı. Verilən məlumatlara görə, hadisə avqustun 6-da saat 15:30-da Bakının Xətai rayonunda baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib. Mübahisə zamanı 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər Cəfərovun vəziyyəti daha ağırdır. Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub. Baş vermiş qanlı olayla bağlı redaksiyamıza şok məlumatlar daxil olub.

Hadisə zamanı ağır bədən xəsarətləri almış Azər və Aslan Cəfərov qardaşlarının yaxın qohumu, o cümlədən hüquqi nümayəndəsi olan Ceyhun Cəfərov "Gündəlik Bakı" qəzetinə açıqlama verərək bildirdi ki, hadisəni törədən Cavidan Qorçuyev "City Hospital"ın direktoru Bayram Qorçuyevin oğludur: "Hadisə Xətai rayonu ərazisində baş verib. Belə ki, " City Hospital"ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev Cəfərov Aslan və Cəfərov Azərə zəng vurub onlara nalayiq söyüşlər söyərək görüş tələb edib. Qarşı tərəf isə bildirib ki, mən Əhmədli qəsəbəsində yaşayıram görüşmək istəyirsinizsə gəlin burda görüşək. Buna səbəb Aslan Cəfərovun " City Hospital"dakı işindən çıxması olub. Aslan Cəfərov həmin tibb mərkəzində həkim-rentgeneloq vəzifəsində işləyib. Həmin ərəfədə onun texniki, yəni tibb bacısı məzuniyyətdə olduğundan işləri çatdıra bilməyib. Buna görə də həkim tibb ocağının rəhbəri Bayram Qorçuyevə deyib ki, əlavə işçi versin. Bayram Qorçuyev isə ona əlavə işlər tapşıraraq deyib ki, get işinlə məşğul ol. Aslan buna etiraz edib. Bu zaman Bayram Qorçuyev Aslan Cəfərovu təhqir edib və "düdük sənə dedim get işini gör" deyib. Həkim ondan söyüş söyməməsini xahiş edib. Lakin bütün bunlara baxmayaraq, " City Hospital"ın direktoru təhqirlərini davam etdirib. Bundan sonra Aslan işdən çıxmaq istədiyini deyərək ərizəsini yazıb işdən çıxıb. Bu söhbətdən təxminən 1 saat sonra Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev Aslan Cəfərova telefon zəngi açaraq onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra Əhmədli qəsəbəsində görüş təyin olunub. Cavidan Qorçuyev özü də daxil olmaqla 6 nəfərdən ibarət dəstə yığaraq Əhmədli qəsəbəsinə gəlib. Dəstə üzvləri idmançılardan ibarət olub. Aslan onları qarşılamaq istəyərkən hücuma məruz qalıb. Ona yumruq təpik zərbələri vuraraq yerə səriblər. Yerdə olan Aslana bıçaq zərbəsi vurublar. Aslanın vurulduğunu görən Telman ona kömək etmək istəyərkən onu da bıçaqlayıblar. Aslanın böyük qardaşı Azər Cəfərov onlara yaxınlaşmaq istəyərkən onu da bıçaqla vurublar. Azərə qarın nahiyəsindən ağır xəsarət yetiriblər. Zərərçəkən şəxslər dərhal xəstəxanaya aparılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində onların həyatını xilas etmək mümkün olub. Hadisənin üstündən bir neçə gün keçsə də, cinayəti törətmiş dəstə üzvləri həbs edilməyiblər. Cavidan Qorçuyevin başçılıq etdiyi dəstədə tanınmış idmançılar olub. Onlardan bir neçəsinin adı artıq bizə məlumdur. Həmin şəxslərdən biri kikboks üzrə 4 qat dünya çempionu olmuş Ehram Məcidovdur. Deyilənə görə, o Kikboksinq Federasiyasında baş məşqçi işləyir. İş hazırda ciddi nəzarət altındadır və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) ağır cinayətlər şöbəsində araşdırılır. Hələlik cinayət işinin araşdırılması gedir, amma heç kimi cinayət məsuliyyətinə cəlb etməyiblər. Bayram Qorçuyevin maddi imkanı yüksək olduğu üçün oğlu Cavidanı nəyinsə müqabilində həbsdən xilas edə bilər. Amma biz inanırıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri baş vermiş qanlı hadisəni tam obyektiv şəkildə araşdırıb cinayətkarları məsuliyyətə cəlb edəcəklər". Ceyhun Cəfərovla yanaşı, ağır bədən xəsarətləri alan Azər və Aslan Cəfərovların qardaşı Samir Cəfərov da öz münasibətini bildirdi: "Bəzi saytlar bu olayı idmançıların "razborkası" kimi təqdim edir. Amma hamı bilsin ki, mənim qardaşım həkimdir. İdmançılardan ibarət olan dəstəni Cavidan Qorçuyev yığıb. Biz sonuna kimi gedəcəyik. Qardaşlarıma və onların dostuna bıçaqla ağır xəsarətlər yetirən 6 nəfərlik dəstənin bütün üzvləri layiqli cəzalarını almalıdır. Onlardan bəzisinin adını bilirik. Kikboks üzrə dünya çempionu Ehram Məcidov, Sənan və Abbas adlı şəxslər olub. Bu şəxslər dərhal həbs edilməlidir". Hadisə nəticəsində ölümcül xəsarət almış Azər Cəfərovun atası Akif Cəfərov da danışdı. O daxili işlər naziri Ramil Usubov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və digər əlaqədər dövlət orqanlarının rəsmilərinə müraciət edərək onlardan yardım istədi: "Oğlanlarımı və onların dostunu bıçaqla vurub yerə sərənlər hələ də azadlıqda gəzir. Niyə? Bayram Qorçuyevin pulu çoxdur deyə oğlu adam yaralamalı, yaxud öldürməlidir. Bu nə özbaşınalıqdır axı? Cavidan Qorçuyev atasının puluna arxayın olaraq belə işlər törədib. Onu və hadisədə iştirak edən digər şəxləri həbs etmək lazımdır. Cənab nazir Ramil Usubovdan və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovdan xahiş edirəm ki, cinayətkar dəstənin üzvlərini ən ağır formada cəzalandırsınlar. Aslan Cəfərovun, Azər Cəfərovun və Telman Nuriyevin qanı yerdə qalmamalıdır". Hadisə zamanı ağır bədən xəsarətləri almış Azər Cəfərova baş çəkdik. Onun yarası ağır olduğundan həkimlər yanında çox qalmağımıza icazə vermədi. Bir neçə şəkil çəkib yaralının yanından çıxdıq. İnanırıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Cavidan Qorçuyevin başçılıq etdiyi cinayətkar dəstənin üzvlərini saxlayıb onların barasində hüquqi ölçü götürəcəklər. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
\\ gundelik-baki \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru