Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var - "“İşçilərinin” əmək haqları mənimsənilir"
Tarix: 9-10-2014, 12:30 | Çap et
Aşağıda Sizə göndərdiyim şikayət məktubunu dərc etməyinizi xahiş edirəm. Bu, Saatlıdakı bütün kitabsevərlərin ürəyincə olacaq. Bəri başdan deyim ki, yazdığım şikayətdəki faktlara başımla cavabdehəm, işləməyən kitabxanaların günün və ya həftənin bir çox vaxtlarında bağlı olmasını videolara çəkmişəm, Sizə göndərirəm. Deyirlər, kitabxanası, klubu, mədəniyyət evi olan kəndlərdə savadlı, intellektual, dünyagörüşü geniş olan gənclər çox olur. Elə buna görə də, hətta ən ucqar kəndlərdə də kitabxanalar, klublar, mədəniyyət evləri təşkil olunardı əvvəllər ki, yetişən gənc nəsil savadlı olsun, müasir dünya ilə ayaqlaşa bilsinlər. Təəssüf ki, bəzi idarə və müəssisə rəhbərləri öz maddi maraqlarını və nəfislərini hər şeydən üstün tutaraq bu inkişafa mane olur, kitabxana və mədəniyyət evlərində “ölü canlar” saxlayaraq əmək haqlarını mənimsəyir, nəticədə isə belə mədəniyyət müəssisələrinin yalnız adı olur, işçiləri isə olmur.
“Belə kitabxanaların “işçilərinin” əmək haqları rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırovla rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov arasında bölüşdürülür...”
Saatlı rayonunun bir sıra kəndlərində kitabxana, klub və mədəniyyət evi var. Hamısı da dövlət büdcəsindən maliyyələşir. İnsafən, həmin mədəniyyət müəssisələrində avadanlıqlar da var, lakin bunların hamısı gözdən pərdə asmaq üçündür və ya... asan yolla qazanc əldə etmək üçün. Çünki rayonun elə kəndləri var ki, həmin kəndlərdəki kitabxanaların işçilərini gündüz çıraqla axtarsan da tapa bilməzsən. Axtarmağa da lüzum yoxdur. Belə kitabxanaların “işçilərinin” əmək haqları rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırovla rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov arasında bölüşdürülür. Hətta hər ay rayon mərkəzi kitabxana sistemində keçirilən seminarlarda həmin kəndlərin “kitabxanaçılarını” illərlə görən olmur. Səbəbini isə yalnız Sakit Bağırovla baş mühasib Rahim Hüseynov bilir. Saatlıda belə gözəgörünməz “kitabxanaçılar” rayonun Kamallı, Dəllər, Dədəqorqud, Genişkənd və digər kəndlərindədir. Adı çəkilən kəndlərdə pis-yaxşı kitabxana var. Hətta bu kitabxanalarda kitab da var. Ancaq həmin kitabxanaların işçilərinin kim olduğunu və harada yaşadıqlarını rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırov və baş mühasib Rahim Hüseynovdan başqa bilən yoxdur. Onların hər ay rayonda keçirilən seminarlarda iştirak etməməsinin “səbəbini” də elə bu iki şəxs bilir. Elə ki, seminar iştirakçılarından kimsə niyə başqalarının da müntəzəm gəlmədiyini soruşur, həmin adamın günü qara olur. Mədəniyyət sahəsində işləyənlərdən təhsillə bağlı sənəd tələb olunsa da, gözəgörünməz “kitabxanaçılara” gözün üstündə qaşın var deyən yoxdur. Bir neçə gündür ki, Saatlıya Maliyyə Nazirliyinin yoxlama briqadasının gələcəyi haqda xəbərlər yayılıb. Görəsən Sakit Bağırovla Rahim Hüseynov gözəgörünməz “kitabxanaçıları” haradan tapacaqlar? Bu “axtarışın” nəticəsi barədə məlumat bizdə olacaq, əlavə məlumat göndərəcəyəm. Çox istərdik ki, bu şikayəti Maliyyə Nazirliyinə göndərin, gələn yoxlama kitabxanaçıların harada axtarılmasını əvvəlcədən bilsin. Rüstəm Məmmədov, Saatlı rayonu \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|