"Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                 

"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir? - Haqqı tapdanan var...
Tarix: 3-11-2014, 12:40 | Çap et
"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir?
Rəsmi məlumatlara görə, 2014-cü ilin geridə qalan dövrü ərzində ölkədə fəaliyyət göstərən banklar tərəfindən 16 milyard manatdan çox kreditləşmə həyata keçirilib. Bunun 41 faizini istehlak kreditlərinin təşkil etdiyi deyilir. Bu isə o deməkdir ki, ölkə əhalisinin xeyli hissəsinin banklara borcu var. Əhalinin borclanma faizinin artdığı zamanda bankların şərtlərinin yüngülləşdirilməsi deyil, bunun əksi müşahidə olunur.

Qeyd edək ki, bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar. Yekunda bir sıra bankların fəaliyyətindən şikayətlər çoxalır. Şirvan sakini Əliyev Camal Qurbanəli oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək "Bank Technique"in "Xəzər" filialında üzləşdiyi qanunsuzluqlar haqqında məlumat verdi. Şikayətçi deyir ki, 2011-ci ildə Bakıda yerləşən "Okean" avtosalonundan 90-LS-726 dövlət nömrə nişanlı "Kia Sportage" markalı avtomobil alıb: "Maşını nağd qiymətə 32 min dollara almışdım. Sonradan bəzi işlərimlə bağlı mənə pul lazım oldu. Qərara gəldim ki, maşını banka qoyub kreditə pul götürüm. Müxtəlif tanışlarımın vasitəçiliyi ilə "Bank Technique"in "Xəzər" filialına gəldim. Burda kredit şöbəsinin müdiri İlqar müəllimlə görüşdüm. Şöbə müdiri dedi ki, maşına görə bankdan 16500 dollar pul çıxarmaq mümkündür. Onun təklifi ilə razılaşdım və 2013-cü ilin may ayının 5-də bankdan pulu götürdüm. İlqar müəllim 16500 dolların 2 min dollarını "şapka" olaraq özünə götürdü, yerdə qalan pulu isə mənə verdi. Maşın qohumumun adına olsa da, şöbə müdiri bütün sənədləri mənə imzalatdırdı. Sənədləşmə başa çatandan sonra kredit şöbəsinin müdiri öz otağındakı şkafdan mənə hamısı 50 dollarlıq əskinaz olmaqla 14500 dollar pul verdi. Yəni pul kassadan verilmədi. Ayda 490 manat ödəyirdim. Təxminən, bir ildən çox ödədim, amma sonradan bəzi şəxsi problemlərim oldu və gecikməyə yol verdim. İlqar müəllim isə demişdi ki, əgər ödəmədə hansısa problem yaransa mən sənə kömək edəcəm. Gecikmə etdiyim üçün günlərin birində bankın Pərviz adlı işçisi mənə zəng vurub dedi ki, banka gəl görüşək. Bankda Pərvizlə görüşümüz oldu. O qayıtdı ki, görürəm ödəmədə çətinlik çəkirsən gəl mən sənə uzunmüddətli qrafik açım krediti rahat ödə. Onun təklifi ilə razılaşdım". Camal Əliyev bu işin necə baş tutacağını soruşanda isə Pərviz generallardan birinin adından istifadə edib: "O dedi ki, mən filankəsin kürəkəniyəm və bankda heç kim mənim sözümün qabağına söz deyə bilməz. Pərviz bu işi görmək üçün oktyabrın 14-də məndən 500 manat pul aldı. Daha sonra qardaşımın yanına getdim. Pərviz dedi ki, birdən bankdan sənə zəng gəlsə denən ki, qardaşım bazarda işləyir aylıq gəliri 800 manatdan yuxarıdır. Ertəsi gün yenidən banka yollandım. Maşının texniki pasportunu, açarı Pərvizə verdim. Mənə dedi ki, get axşam gəlib maşını götürərsən. Aradan bir neçə saat keçəndən sonra Pərviz zəng vurub bildirdi ki, qardaşından mülki etibarnamə al. Onun dediyi kimi etdim və mülki etibarnamə aldım. Bu işləri görüb başa çatdırdım. Səhəri gün yenidən banka yollandım. Gördüm ki, maşınım yoxdur. Nəyin baş verdiyini anlamadım. Dərhal kredit şöbəsinin müdiri İlqar müəllimin yanına getdim. Şöbə müdiri isə dedi ki, get pulu gətir maşını apar. Qalmışam çıxılmaz vəziyyətdə. 800 manat əlavə xərcim çıxıb. 500 manat Pərvizə vermişəm, 300 manat da maşının şəkillərinin çəkilməsinə və digər işlərə sərf edilib. Şirvan şəhərindən hər dəfə taksi ilə bura gələndə filan qədər xərcim çıxır. Qəzet vasitəsilə əlaqədar dövlət qurumlarından kömək istəyirəm. Bank ya mənə qrafik açsın qalan borcu ödəyim, ya da maşınımı özümə qaytarsınlar. Əks halda aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəm". Şikayəti araşdırmaq məqsədilə bankın "Xəzər" filialının kredit şöbəsinin müdiri İlqar müəllimlə əlaqə saxladıq. O isə öz növbəsində bildirdi ki, vətəndaş borcu ödəməyənə qədər ona qrafik açılmayacaq və maşını geri qaytarılmayacaq. Şöbə rəhbəri bu sözləri deyəndən sonra dəstəyi üstünə asdı. Görəsən, İlqar müəllim vətəndaşdan 2 min dollar "şapka" alanda niyə belə danışmırdı? Hesab edirik ki, "Bank Technique"in Müşahidə Şurasının sədri hörmətli Rövşən İsmayılov "Xəzər" filialında yaşanan özbaşınalıqlara təcili olaraq öz münasibətini bildirməlidir. Əgər həqiqətən də, bankın İlqar və Pərviz adlı əməkdaşlarının bu işdə nöqsanı varsa, onlar dərhal cəzalandırılmalıdır. İnanırıq ki, Rövşən müəllim Şirvan sakininin şikayətini araşdırıb onun maşınının geri qaytarılması üçün tədbir görəcək.
\\ "Gündəlik Bakı" qəzeti \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru