670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                 

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı - Oğurluq və ya doğurluq yolnan əldə edilənlər...
Tarix: 19-12-2014, 15:52 | Çap et
Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı
Artıq birinci dəfə deyil, amma sonuncu olmasına zərurət var. Söhbət bir çox varlı oliqarx-məmur və biznes adamlarının uşaqlarının cəmiyyətə qarşı açıq hörmətsizlik və saymazlıq nümayiş etdirmələrindən gedir. 2 gündür saytlarda və sosial şəbəkələrdə "Lamborghini" avtomobilinin qanunlara məhəl qoymadan, gah dövlət nömrə nişanı ilə, gah da nömrə nişansız «seyrangaha çıxmasın»ı təsdiqləyən görüntülər yayılır. Seyrangah demişkən, keçmiş zamanlarda bəyzadələr, xanzadələr at belində meşələrə, ormanlara qırqovul ovuna çıxardılar. İndi isə, 21-ci əsrin Bakısında atasının pulu-malı gözünü tutan uşaqlar dəyəri yüz minlərlə qiymətləndirilən avtomobillərdə «seyrangaha» çıxırlar.

Mətbuatda yayılan məlumata görə, "Lamborghini" "Baku Steel Company"nın prezidenti Rasim Məmmədovun maşınıdır. Avtomobilin həqiqətən, R.Məmmədova məxsus olub-olmadığını dəqiq bilməsək də, bu, iş adamlarının var-dövlət nümayişinə dair ilk xəbər də deyil. Hər halda, avtomobilin sahibinin kimliyini müəyyənləşdirmək aidiyyəti dövlət orqanlarının əlində asan işdir. «Od olmayan yerdən tüstü çıxmaz» deyimini də bu məlumata şamil etsək, bu cür xəbərlərin yox yerdən yayıldığını iddia etməyə əsas yoxdur. Həmin avtomobilin həqiqətən kimə məxsus olması, dövlət nömrə nişanı olmadan qanunları hansı səviyyədə pozmasının aydınlaşıdrılması, qeyd etdiyimiz kimi, müvafiq dövlət orqanlarının işidir. Ümid edək ki, qanunlara hörmətsizlik nümayiş etdirən digərləri kimi, bu avtomobilin sahibi barəsində də lazımi tədbir görüləcək...

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

“Mənim vertolyotum da var...”

Bir vaxtlar, illər əvvəl, Azərbacyanda yalnız yüksək vəzifəli məmur balalarının özbaşına, ərköyün hərəkətləri barədə məlumatlar yayılırdı, belə faktlar müzakirə olunurdu. Təbii ki, qınağa da səbəb olurdu. Son vaxtlarda məmurlarla yanaşı, «iş adamı» kimi özlərini təqdim edən şəxslərin də ya özlərinin, ya övladlarının başgicəlləndirici var-dövlətlərini nümayiş etdirmələri adiləşməyə başlayıb. Əlbəttə, deyə bilərlər ki, biz iş adamıyıq, bizneslə məşğul olub, pul qazanırıq, istədiyimiz şeyi ala, istədiymiz kimi də istifadə edə bilərik. Zatən belə deynələr də var. Bir müddət əvvəl «Şərurlu İsfəndiyar»ın İqtisad Universitetində oxuayn tələbə oğlunun paytaxtda 650 minlik maşında gəzdiyini mətbuat yazanda o, elə belə də demişdi. İsfəndiyar Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verdi: “Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

Hə, İsfəndiyar Axundovun məntiqindən belə çıxır ki, onun oğlu şəhərdə vertolyot sürmürsə, 650 min manatlıq avtomobil sürməkdə heç bir qəbahət yoxdur... Yəni o, şəhərdə «tikinti maqnatı» adını qazanıb və bu adda olan şəxsin tələbə oğlunun 650 min manatlıq avtomobildə paytaxtda gəzməsi tam normal qarşılanmalıdır.

Başçının 3,5 milyonluq villası...

Eyni məntiqlə, gözləmək olar ki, günün birində, adı nömrəsiz "Lamborghini" avtomobilində hallanan "Baku Steel Company"nın prezidenti Rasim Məmmədov da çıxıb deyər ki, burda nə qəbahət var ki? İş adamına kim qadağan edib ki, dəyəri yüz minlərə, milyona çatan avtomobil sürməsin?
Xatırladaq ki, bir müddət əvvəl Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Novxanıda 3,5 milyon manat dəyərində villa almasına dair məlumatlar yayılanda, o da mətbuata bunu təsdiqləmiş və demişdi ki, əcəb eləyib almışam… Necə də “gözəl” deyib...

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

İsmayıllı rayonunun keçmiş başçısı Nizami Ələkbərovun (keçmiş nazir Füzuli Ələkbərovun qardaşı) oğlunun bu ailəyə məxsus otelin qarşısında çıxartdığı oyuna görə baş verən xoşagəlməz hadisələri və bu hadisələrdən Azərbaycan dövlətinə və hakimiyyətə qarşı istifadə cəhdlərini də xatırlatmaq yerinə düşər. Eyni zamanda, bu hadisələrə görə hər iki Ələkbərov qardaşlarının aqibəti də uzaq keçmişin hadisəsi deyil.

Prezident oğlunun təvazökar həyat tərzi

Heç bir hərəkət cavabsız qalmır. Dövlət başçısı lazımi məqamda, yeri gələndə «qudurğan məmurların» yerində oturdulmasını təmin edən sərt qərarları ilə bunu dəfələrlə sübut edib.Yeri gəlmişkən, Azərbacyan prezidenti İlham Əliyev dəfələrlə - geniş iclaslarda da, xalqla açıq görüşlərində də məmurların, onların «gül balaları»nın xoşagəlməz hərəkətlərini bəyənmədiyini, «qudurğanlara» qarşı ən sərt tədbirlər görülməsinin vacibliyini bildirib. İlham Əliyev bu dövlətin başçısı, hakimiyytəin ali rəhbəri kimi özü şəxsi nümunədir. Həyat tərzinin təvazökar keçirilməsinin müsbət tərəflərinə dair yeri gələndə, müdrik ağsaqqal kimi də tövsiyələrini verir. Şəxsi və xidməti avtomobillərdə qara pərdələrin, plyonkaların yığışdırlmasına dair göstəriş verəndə prezident özünün xidməti avtomobilində belə qara pərdənin, plyonkanın istifadə edilmədiyini bəyan etmişdi. Bundan yaxşı nümunə ola bilərmi?

İndi internet əsridir. Hər kəsin ictimai, hətta şəxsi həyatı sosial şəbəkələrdə nümayiş olunur. Prezident İlham Əliyevin oğlu, ADA tələbəsi Heydər Əliyevin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan fotolarının da nümunə olduğunu xatırlatmaq yerinə düşər. Bir tələbənin ətrafının kimliyi, hansı fəaliyyətlə məşğul olmasını məgər həmin fotolardan nümunə götürmək olmazmı? Əgər bu ölkənin prezidentinin oğlu bu cür təvazökar həyat tərzi yaşayırsa, məmur-biznesmen oliqarxlar hansı mənəvi haqla özlərinin, övladlarının malik olduqları var-dövləti, cah-cəlalı gözə soxmaqdan utanıb-çəkinmirlər?

Evində kafelli hamam arzulayanlar...

Niyə nəqliyyat naziri Ziya Məmmədovun oğlunun, qardaşı oğlunun adları gah bu, gah da digər cah-cəlallı hadisələrdə hallanır? Bəlkə ona görə ki, adam sonradan görəndə nədənsə gözü heç vaxt doymur... O da başa düşüləndir ki, vaxt var idi evində kafelli hamam arzulayanlar, indi milyonluq villalarda oturanda, milyonluq avtomobilləri idarə edəndə necə də onu fəxrlə nümayiş etdirməsinlər?..

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

Məmurlardan fərqli olaraq, iş adamları nümayiş etdirdikləri var-dövləti, biznesdə qazandıqlarını iddia edə bilərlər. Onlar rüşvət almadıqlarını əsas gətirərək, övladlarının milyonluq həyat tərzində qəbahət olmadığını deyəcək qədər cəsarətlidirlər. Onlar xarici biznesmenləri, məşhur iş adamlarını da misal gətirə bilərlər. Hətta, şəhərdə vertolyot sürmək iddialarını da ortaya qoya bilərlər… Olsun, hesab edək ki, bu adamların fəaliyyəti pul qazanmaqdan ibarətdir və biznesmenlər rüşvət almaqla milyonlara sahib olmurlar. Onda suallar yaranır: «Şərurlu İsfəndiyar» daxil iş adamlarının hansının şəxsi və ya şirkətlərinin gəlirlərinə dair hesabatına indiyədək kimsə rast gəlibmi? İndiyədək özlərinə iş adamı obrazını yaraşdıran bu oliqarxların, maqnatların nə qədər vergi verməsinə dair məlumatı kimsə eşidib-görübmü? 10-100 manat nizamnamə kapitalı olan MMC-lərə sahib iş adamları ildə bir dəfə sahibi olduqları şirkətlərin gəlirləri, ödədikləri vergi, əldə etdikləri mənfəət barəsində cəmiyyətə şəffaf hesabat veriblərmi? Biz bunlara rast gəlməmişik.

Biz kiminsə pulunu saymaq fikrində də deyilik. Bu cür hesabatlar ilk əvvəl qanunun tələbləridir. Ən başlıcası isə iş dünyasında, biznes aləmində qəbul olunmuş etiket qaydaları, biznesin əxlaq qaydalarıdır. Bu etiketlərə riyaət etməyən oliqarxlar özlərini iş adamı kimi təqdim etməzdən əvvəl gərək bir az düşünsünlər…

Oğurluq ya doğurluq yolnan əldə edilənlər...

Digər bir məsələ isə daha vacib, həm də əxlaqa söykənən amillərlə bağlıdır. Lap, tutaq ki, bu milyonluq villaları, yüzminlərlə dəyəri olan avtomobilləri öz zəhmətləri ilə qazanıblar. Halal xoşları olsun! Adamın milyonları, milyardları ola bilər. Amma bu ölkədə 200-300 manat maaşa işləyən yüzminlərlə həkim, müəllim, ziyalı ailəsi var. Bu ölkədə təqaüdü 140 manatdan başlayaraq alan yüzminlərlə pensiyaçı var. Ölkədə qazandığını banklara kredit şəklində yüksək faizlərlə qaytaran çoxlu sayda insan var. Bugünkü biznesmenlərin qazancları, hardasa həmin yüzminlərlə insanın zəhmətindən toplanmırmı?.. Bəlkə bir az firon düşüncəsindən ayrılıb, reallıqla barışmağı bacarmaq lazımdır...
Əgər bu ölkənin Prezidenti özünü xalqın bir nömrəli xidmətçisi adlandırırsa, bəzi məmur-oliqarxların və digərlərinin oğurluq və ya doğurluq yolnan əldə etdiklərinə görə bu xalqa yuxarıdan aşağı baxmasının yeri varmı?..










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru