Ziya Məmmədovla yollarını ayıran Vahid Məmmədov kimdir? - Bir məmurun uğursuzluq tarixçəsi...
Tarix: 9-01-2015, 12:51 | Çap et
Xatırladaq ki,bir müddət əvvəl Legion.az-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yüksək vəzifə tutan məmurlar haqqında ilginc məlumatların əks olunduğu “İki lokomotivçi Məmmədovun taleyi”adlı silsilə yazılar getmişdir və 3 hissədən ibarət bu yazılar oxucuların böyük marağına səbəb olmuşdur. Legion.az gündəmdən düşməyən,aktuallığını indi də itirməyən həmin yazıları oxumaq üçün tapmaqda çətinlik çəkən çoxsaylı oxucuların, ələlxüsus dəmiryolçuların xahişini nəzərə alaraq həmin silsilə yazıları yenidən təqdim edir:
Legion.az Dəmiryolu İdarəsinin “arxiv”ini eşələməkdə davam edir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)rəisi Arif Əsgərovla bağlı hazırladığımız yazının oxucularda böyük maraq doğurduğunu nəzərə alaraq, bu idarə və onun keçmiş rəhbərləri haqqında araşdırmalarımızı genişləndirmək qərarına gəlmişik. Nəzərə alsaq ki, Azərbaycan oxucusu iri məmurların keçmiş həyatları, vəzifə pillələrində necə yüksəlməsi və karyerasını necə qurması ilə hər zaman maraqlanır, bu baxımdan bizim bu araşdırmalarımızın oxucuların ürəyindən olacağı heç bir şübhə doğurmur.
Legion.az -ın bu dəfəki araşdırmasında hazırda nəqliyyat naziri pilləsinə qədər yüksəlmiş, keçmiş dəmiryolçu Ziya Məmmədov və onun həmsoyadı, dəmiryolu idarəsində uzun illər yüksək vəzifədə işləmiş Vahid Məmmədovun dəmiryolçu “papka”sını “eşələyib”.
Adıçəkilən şəxslərin dəmiryolçu kimliklərindən və xatirələrindən bizə bəhs edən qaynağımızın sözlərinə görə, nəqliyyat naziri Ziya Məmmədov, həmçinin, digər Məmmədov olan Vahid Məmmədov öz peşə fəaliyyətlərinə Biləcəri Lokomotiv Deposundan başlayıblar.
1980-cı illərin əvvələrində Ziya Arzuman oğlu Məmmədov və Vahid Məmmədgəncəli oğlu Məmmədov Biləcəri Lokomotiv Deposunda lokomotivçi olaraq karyeralarına başlayırlar; Ziya Məmmədov maşinist köməkçisi, Vahid Məmmədov isə maşinist kimi.
İş həyatlarının ilk günlərindən bu iki gənc dost olub, bir-birilərinin xeyrində-şərində yaxından iştirak ediblər. Aradan bir neçə il keçdikdən sonra 80-cı illərin sonlarında Vahid Məmmədov Biləcəri Lokomotiv Deposuna, Ziya Məmmədov isə Gəncə Lokomotiv Deposuna rəis təyin olunurlar. Çox keçmədən, Vahid Məmmədovu dəmiryolu idarəsinin lokomotiv xidmətinin rəisi vəzifəsinə gətirirlər. Bunun ardınca isə o Bakı Dəmiryol Hissəsinin rəisi təyin olunur.
Qeyd edək ki, o zaman Yalamadan Astara və İmişliyə qədər bütün dəmiryolu Bakı Dəmiryol Hissəsinin tabeçiliyində idi. Həmin illərdə dəmiryolu idarəsi 3
hissədən ibarət idi; Bakı, Gəncə və Naxçıvan. V.Məmmədov yeni vəzifəyə gətirildikdə isə onun keçmiş vəzifəsinə Gəncədən Ziya Məmmədov gətirilir. Məmmədovlardan biri dəmiryol idarəsinin Bakı hissəsinin, digəri isə Dövlət Dəmiryolu lokomotiv xidmətinin rəisi olur.
Kifayət qədər yüksək vəzifəyə gətirilən V.Məmmədov 1989-cu ildə Azərbaycan SSR-nin Ali Məclisinə keçirilən seçkilərdə Biləcəridən deputatlığa namizədlik verərək, Ali Sovetə seçilir. Həmin seçkilərdə V.Məmmədovdan savayı Dəmiryol İdarəsinin o zamankı rəisi Elbrus Abdullayev da Xanlar rayonundan deputatlığa namizəd olur, ancaq Ali Sovetə seçilə bilmir.
Bunun ardınca isə idarə rəisinin hissə rəisinə qarşı amansız təqibi başlayır. Özü deputat seçilə bilmədiyi halda Dəmiryolu idarəsinin Bakı hissəsinin rəisinin Ali Sovetə düşməsini həzm etməkdə çətinlik çəkən Dəmiryolu İdarəsinin rəisi V.Məmmədova qarşı tədbirlər görməyə başlayır. Hətta hər kəs tezliklə V.Məmmədovun vəzifəsini itirəcəyi proqnozunu verir.
Qaynağımızın sözlərinə görə, həmin ərəfədə Dəmiryolu idarəsinin rəhbər şəxslərini otağına çağıraraq, onları danlayan E.Abdullayevin qəzəbindən işçiləri o zamanlar Ucar dəmiryolu stansiyasının rəisi işləyən Namiq Məmmədov xilas edir. O, idarə rəisinə deyir ki, əgər siz Ucar rayonundan namizəd olsaydınız, sizi rayonda Leninin Finlandiyada qarşılandığı kimi qarşılayardıq, siz də Ali Sovetə seçilərdiniz. Bundan sonra E.Abdullayev işçilərinə qarşı qərəzini dayandırır.
1990-cı il 20 Yanvar hadisələrindən sonra Əbdürrəhman Vəzirovun hakimiyyətdən getməsi və yerinə Ayaz Mütəllibovun gəlməsi də V.Məmmədovun karyerasına təsirsiz ötüşmür. Belə ki, A.Mütəllibov hakimiyyətə gəlməsə idi, V.Məmmədov yəqin ki, vəzifəsini itirəcəkdi. E.Abdullayev dəmiryolu idarəsinin Bakı hissəsini ləğv etdirmək istəyirdi. Ancaq V.Məmmədov buna qarşı tədbir görərək, o zamanlar A.Mütəllibovla yaxın münasibətləri olan bir xanıma çıxış tapır, həmçinin, o dövrdə Ali Sovetin deputatı olan Vahid Əhmədova müraciət edir. A.Müttəlibov də yaxın münasibətləri olan xanımın sözünü yerə salmayaraq, E.Abdullayeva Bakı hissəsini bağlamamaq barədə göstəriş verir. Beləliklə, Vahid Məmmədovun idarəsi daha 3 ay işləyir. 3 ay sonra isə Dəmiryolu İdarəsinin rəisi E.Abdullayev tərəfindən ləğv edilir.
V.Məmmədov Bakı hissəsinin rəisi işləyən zaman Z.Məmmədovdan savayı başqa 3 şəxslə də yaxın dostluq edirmiş. Onlar - Vaqif Məmmədov, Nadir Əliyev və Volodya Karnilovdur. Və bəlkə də V.Məmmədov bu 3 dostunu Z.Məmmədovdan daha üstün tutduğu üçün həyatda öz yolunu tapa bilmir. Vahid Məmmədov Bakı hissəsinin rəisi işləyəndə Vaqif Məmmədov həmin qurumda psixoloq işləyirdi və həmin vəzifəyə də Vahid Məmmədovun əmri ilə gətirilmişdi. V.Məmmədov psixoloqluqdan savayı Biləcəri Dəmiryolçular Parkında “Çinar” adlı gözəl bir kababxana da işlədirmiş. Vahid Məmmədov da öz növbəsində bu kababxananın hörmətli qonaqlarından biri imiş. Vahid Məmmədovun yuxarıda adı çəkilən 3 nəfərlə dostluğu o qədər yaxın imiş ki, onlar Ziya Məmmədovdan xəbərsiz həftəsonunda futbol oynayar, saunada dincələr, xaş qonaqlığına gedərmişlər.
Ancaq “sən saydığını say, gör fələk nə sayır”. E.Abdullayev Vahid Məmmədovu vəzifədən çıxardıqdan sonra dostları ona soyuq davranmağa başlayırlar. Vəzifədə olanda aralarından su keçməyən dostlar artıq bazar günləri futbol oynamır, saunaya getmirlər. Hətta onların xüsusi xaş qonaqlıqları artıq Vahid Məmmədovdan xəbərsiz,gizlincə keçirilir. Vaxtilə Ziya Məmmədovla aralarında soyuqluq yaratdığına peşman olan Vahid Məmmədovun artıq onunla yenidən münasibət yaratmağa isə üzü gəlmir.
...Dəmiryolu idarəsindəki vəzifəsini itirsə də, Ali Sovetin deputatı olaraq qalan Vahid Məmmədov uzun illər öyrəşdiyi qara “Volqa”sını belə itirmişdi. O, artıq evdən Milli Məclisə o zamanlar Biləcəridə işləyən 69 nömrəli avtobusla gedib gəlirdi…
Legion.az dəmiryolçuların “xatirə dəftərlərini” vərəqləməyə davam edəcək…Bizi izləyin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|