Şəmkirdə "saraydaxili" çəkişmə: Yeni icra başçısı kimləri "vuracaq"? - Münasibətlər gərilib
Tarix: 23-01-2015, 11:11 | Çap et
Son illər Şəmkir rayonunda məmur özbaşınalıqları xeyli artıb. Rayonun keçmiş icra başçısı Nazim Veysovun dövründə təməli qoyulan xoşagəlməz hadisələr bu gün də davam edir. İcra başçısının dəyişdirilməsinə baxmayaraq, bəzi yerli idarə və müəssisələrin rəhbər şəxsləri vəzifələrinə biganə münasibət bəsləyirlər. Yəni rayona yeni icra başçısının təyin olunması bəzi məmurlara heç bir formada təsir göstərməyib. Həmin məmurlara misal olaraq Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikovu göstərə bilərik. İdarə rəisinin adı çoxlarına tanışdır. Belə ki, ötən il Şəmkir rayonunda adıçəkilən məmurun birbaşa iştirakı ilə dəhşətli cinayət hadisəsi baş verib.
Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yayılan məlumatlara görə, münaqişə heç də Nazim Məlikovla Zakir Tağıyev arasında baş verməyib. İdarə rəisi hazırda bələdiyyə sədri olan qaynı Cəfərov Rafiq Məhəmməd oğlunu bıçaqlamaq istəyib. Zakir Tağıyev onu saxlamağa çalışsa da, nəticədə bıçaq ona dəyib. Rafiq Cəfərov isə hadisə yerindən uzaqlaşıb. Cinayət əməlinə səbəb Nazim Məlikovla bələdiyyə sədri Rafiq Cəfərov arasında yaranmış mübahisə olub. Uzun illərdir qeyri-rəsmi olaraq ortaq kimi çalışan şəxslər qəfildən düşmənə çevriliblər. Çox maraqlıdır ki, cinayət hadisəsi törədən Nazim Məlikovun barəsində ciddi tədbir görülmədi. O heç nə olmayıbmış kimi sərbəst buraxıldı. Hələ bu azmış kimi, maliyyə naziri Samir Şərifov onu yenidən vəzifəsinə bərpa etdi. Maliyyə Nazirliyinin rəhbərliyi onun əvvəlki vəzifəsinə qayıtmasının səbəblərini Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməməsi ilə əlaqələndirdi. Halbuki xəstəxanaya aparılmış Zakir Tağıyevə tibbi yardım göstərilmişdi. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində də araşdırma aparılıb. Şöbənin əməkdaşlarının həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibinin müəyyən edilmədiyi məlum olub. Nazim Məlikovun kimlərin yardımı və nəyin sayəsində həbsdən yaxa qurtarması isə çoxlarına gün kimi aydındır. Hər bir halda, ədalət zəfər çalmadı. Maliyyə idarəsinin rəisi ağır cinayət hadisəsi törətdiyi halda, cinayət məsuliyyətindən kənarda qaldı. Cəzasız qalan məmur hazırda Şəmkirdə ürəyi istədiyi qanunsuzluqlara imza atır. Bir daha deyirik ki, bunun səbəbi cəzasızlıqdır. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, Nazim Məlikovun gözü ayağının altını görmür, o daha yüksək vəzifələrə iddia edir: "Şəmkirin yeni icra başçısı Alimpaşa Məmmədovla maliyyə idarəsinin rəisinin münasibətləri yaxşı deyil. Ona görə ki, başçı vəzifəsinin icrasına başlayan kimi büdcədən maliyyələşən idarələrə ayrılan vəsaitlərin aqibəti ilə maraqlandı. Keçmiş başçının vaxtında Şəmkirin büdcədən maliyyələşən idarə və müəssisələrinə ayrılan vəsaitlərin bir hissəsi təyinatı üzrə sərf olunmurdu. Rayon rəhbəri idarə rəisi ilə müxtəlif razılaşma əldə edərək həmin vəsaitlərdən öz maraqları üçün istifadə edirdilər. Alimpaşa Məmmədovun gəlişindən sonra vəziyyət nisbətən dəyişib. İcra hakimi hələ ki, idarə rəisinin qanunları pozmasına şərait yaratmır. Bundan bərk əsəbləşən məmur isə güvəndiyi adamlara giley-güzarını çatdırıb. Həmçinin Nazim müəllim bu yaxınlarda Bakıda iştirak etdiyi məclislərdən birində bəzi maraqlı fikirlər səsləndirib. O "Mənim üçün fərqi yoxdur Nazim Veysov, yaxud Alimpaşa Məmmədov. Mən öz işimi görürəm. Başçı mənə heç nə edə bilməz. İndiyə kimi necə işləmişəmsə, bundan sonra da həmin qaydada işləyəcəm" deyə bildirib. Maliyyə idarəsinin rəisi bu kimi sözləri ilə başçını hədəfə alıb. Məmur rayon rəhbərindən çəkinmədiyini, bununla yanaşı, qanunsuz əməllərini davam etdirəcəyini demək istəyib". Məlumatlı mənbənin bildirdiyinə görə, bəzi yerli büdcə təşkilatlarının rəhbər şəxsləri Nazim Məlikovun heç bir çərçivəyə sığmayan hərəkətlərindən, yersiz tələblərindən beziblər: "Cinayət törədən məmur ürəyi istəyən vaxt bəzi idarələrə maliyyə yoxlaması göndərir. Halbuki, buna ixtiyarı yoxdur. Müvafiq qanunvericilyə əsasən həmin müəssisələrdə maliyyə yoxlamaları yalnız nəzərdə tutulmuş vaxtlarda həyata keçirilə bilər. İdarə rəisi isə buna məhəl qoymur. Hansı təşkilatlar onun "istək"lərini yerinə yetirmirsə, rəis dərhal həmin idarəyə yoxlama göndərir. Maliyyə idarəsinin işçiləri özlərindən həqiqəti əks etdirməyən sənədlər hazırlayaraq Maliyyə Nazirliyinə göndərəcəklərini bildirirlər. Başının ağrımasını istəməyən bəzi yerli məmurlar Nazim Məlikovun adamlarını razı yola salırlar. Bu hal ayda bir neçə dəfə təkrar olunur. Məhz buna görə bəzi məmurlar təngə gəlib. Eşitdiyimə görə, həmin məmurlardan biri Nazim Məlikovdan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Yaxın bir neçə gün ərzində Şəmkir Maliyyə İdarəsində korrupsiya yoxlamaları gözlənilir. Yoxlamalar obyektiv şəkildə aparılsa, Nazim müəllimə bu dəfə heç kim köməklik göstərə bilməyəcək. Elə kabinetindəcə qoluna qandal vurub həbsxanaya aparacaqlar". Alimpaşa Məmmədovla münasibətləri qaydasında olmayan şəxslərdən biri də Şəmkir bələdiyyəsinin sədri Müseyib Vəliyevdir. Onun rayonun sabiq rəhbəri Nazim Veysovun dövründə gördüyü özbaşına işlər haqqında ötən saylarımızda xəbər vermişdik. Qısaca bildirək ki, Müseyib Vəliyev rayonun mərkəzi ərazilərindəki, o cümlədən Şəmkir-Gədəbəy "kraz" yolunun üstündəki torpaq sahələrini Nazim Veysovun razılığı ilə satıb. 3000 ədəd obyekt yeri üçün hər sahibkardan 4 min manatdan pul yığılıb. Pul yığımını isə Müseyib Vəliyevin qardaşı "Fizi" və İsrail kişi həyata keçirib. Lakin icra başçısı dəyişdiriləndən sonra bələdiyyə sədrinin zəmin yaratdığı qeyri-qanuni işlərin üstü açılıb. Və icra başçısı Alimpaşa Məmmədov həmin obyektlərin sökülməsi barədə müvafiq tapşırıqlarını verib. Bundan sonra böyük səs-küy qopub. Qeyd olunan ərazidə ticarətlə məşğul olan şəxslər Müseyib Vəliyevin üstünə düşüblər. Başçı etirazları nəzərə alaraq Müseyib Vəliyevə obyektləri bir şərtlə sökdürməyəcəyini söyləyib. O bələdiyyə sədrindən həmin ticarət obyektlərinə görə yığılan pulların qaytarılmasını tələb edib və bunun üçün ona vaxt qoyub. Keçən yazılarda qeyd etdiyimiz kimi, artıq vaxt bitmək üzrədir. Amma buna baxmayaraq, Müseyib Vəliyev qardaşı "Fizi"nin vasitəsilə yığdığı pulları qaytarmaq niyyətində deyil. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, vəziyyətin belə alındığını görən icra başçısı bələdiyyə sədrinin fəaliyyətinin araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib. Başqa sözlə desək, rayon rəhbəri Müseyib Vəliyevin həbsinə nail olmağa çalışır. Mənbəmiz isə vurğulayır ki, ticarət obyektlərinin sökülməsi reallaşsa, sahibkarlar pulu kimə verdiklərini ən incə məqamlarına kimi açıqlayacaqlar. Hətta sabiq icra hakimi Nazim Veysovun da cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilir. Bir sözlə, yaxın vaxtlarda Şəmkirdə sensasiyalı həbslər və yoxlamalar həyata keçirilə bilər. Bunun üçün isə bir qədər gözləmək lazımdır. Yazı ilə bağlı qarşı tərəflərin münasibətini öyrənmək üçün dəfələrlə cəhd etsək də, bir nəticə çıxmadı. \\ GünBakı \\
(Ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|