Bakıda oliqarx-məmurların bazarlar uğrunda acımasız savaşı - İlginc pərdəarxası...
Tarix: 18-02-2015, 11:29 | Çap et
Hər ötən il paytaxtdakı bazarların sayı azalır. Artıq Pasaj bazarı, Yasamal bazarı, Beş mərtəbə yaxınlığındakı bazar, Şüşəli bazar, Kömürçü bazarı tarixə qovuşub.
Bu cür ənənəvi bazarlarda alıcı ilə satıcı arasında həmişə qiymət bazarlığı olur. Hələ axşam bazarında isə daha ucuz qiymətə məhsul tapmaq mümkündür. Bunların heç biri hazırki müasirləşmiş dükan və supermarketlərdə yoxdur. Azərbaycan şərq ölkəsi olduğu üçün bazarların bizim əhali üçün ayrıca bir yeri var. Bununla belə, bazarlar həmçinin turistlərin maraq göstərdiyi əsas yerlərdən biridir. Hər bir şəxs səyahət etdiyi ölkənin bazarından nəsə alaraq öz vətəninə aparmaq istəyir. Bu gedişlə isə ölkəmizə gələn əcnəbilər nəsə almaq üçün bazar tapa bilməyəcəklər. İndi isə Bakının ən ucuz bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi" satılıb. Bəs görəsən bu bazar da digərləri kimi tarixə qovuşacaq? Paytaxtın ən böyük bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi"nin aqibəti necə olacaq? Apardığımız qısa bir araşdırmadan məlum olub ki, bazarın yalnız bir hissəsi satılıb. Yerdə qalan hissə isə özəl olduğu üçün oranın öz sahibi var. Satılan ərazi isə bazarın içərisində balıq və ət məhsullarının satıldığı ticarət mərkəzidir. Həmin mərkəzin yeni sahibi dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə 6 ay ərzində müəssisəyə 1 milyon 180 min 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb. Antisanitar vəziyyətin hökm sürdüyü ticarət mərkəzinin satılmasında məqsəd oranın müasirləşdirilməsidir. Yəni, investora bazarın ən son standartlara cavab verməsi üçün tələblər irəli sürülüb. Bununla yanaşı, orada işləyənlərin sosial vəziyyətinin və əməkhaqqının yaxşılaşdırılması da bazarın yeni sahibi qarşısında şərt kimi qoyulub. Yerli KİV-də bazarın profilinin dəyişəcəyi ilə bağlı yazılar dərc olunur. Ancaq mütəxəssislər bazarın əvvəlki qaydada fəaliyyətinə davam edəcəyini güman edirlər. Bununla yanaşı, satılan ticarət mərkəzinin öz profili ilə işləməsi daha sərfəli görünür. Ekspertlərin məsələyə münasibəti isə maraqlıdır. Məsələn, iqtisadçı Vüqar Bayramovun fikrincə, ənənəvi bazarın olması həm rəqabət, həm də kənd təsərrüfatı məhsullarının qiyməti baxımından sərfəlidir. Təbii ki, bazar ləğv olunarsa bu, qiymətlərə təsir göstərər: "Məhz buna görə də qiymət artımının qarşısını almaq üçün həmin ərazidə yeni tikiləcək ticarət mərkəzində fermerlərə ucuz qiymətə yerlər təklif olunmalıdır. Yox, əgər yer pulunda artım olarsa, təbii ki qiymətlərin artımına və kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Bu gün Şərq bazarının timsalında bu praktikanın əyani şahidi oluruq". Mütəxəssisin fikrincə ənənəvi bazarların sıradan çıxarılmasının qarşısını almaq mümkün olmasa da, əvəzləyici addımlar atmaq mümkündür: "Yarmarkaların mütamadiliyini artırmaq mümkün olarsa, qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Bununla yanaşı, yalnız həftə sonları deyil, əksər günlərdə yarmarkaları təşkil etmək lazımdır. Bu isə bazarların yarmarkalarla əvəz olunmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə fermerlər məhsulları daha ucuz qiymətə yarmarkalara çıxaracaqlar" - deyə ekspert söyləyir. Başqa ekspertlər isə Azərbaycanda bazarların təbii yollarla sıradan çıxmadığı qənaətindədirlər. Onlar hesab edirlər ki, bu bazarlar uğrunda bir çox iri məmurlar arasında uzun müddət mübarizə gedib. Kimlərsə bazarları ələ keçirib müasir ticarət mərkəzlərinə çevirməklə öz biznes imperiyalarını genişləndirmək istəyiblər, kimlərsə hansısa iri obyektlər inşa etmək məqsədi ilə həmin bazarların ərazisinə göz dikiblər. Haşiyə olaraq onu da deyək ki, artıq paytaxt təcrübəsi əyalətə də sıçrayıb. Bir çox rayonlarda bazar sahibləri ilə yerli icra başçılarının qarşıdurması haqqında mətbuatda mütəmadi oxuyuruq. İndiyədək Kürdəmir, Xaçmaz, Neftçala, Salyan və digər rayonlarda bazar uğrunda "soyuq savaşlar" əslində Bakıda yaranan tendensiyanın bölgələrə də sıçradığını göstərir. İstənilən halda paytaxtdakı bazarlar uğrunda bəzi oliqarxların toqquşması istisna edilməməlidir. Hesab edilir ki, bu ilk növbədə fermerlərin maraqlarına zərbə vurur. Digər tərəfdən, bazarların sıradan çıxarılması ilə əksəriyyətinin arxasında iri məmurların dayandığı supermarketlərin önü açılır. Burada isə zərbəni vətəndaşlar hiss edirlər. Çünki müasir ticarət mərkəzlərində qiymət sövdələşmələri mümkün deyil. Halbuki əksəriyyəti yoxsulluq həddində yaşayan Azərbaycan əhalisi üçün "qiymət öldürərək" alış-veriş etmək baxımından bazarlar əvəzsiz idi. Hər bir halda Bakıdakı bazarlar uğrunda müharibədən bəzi oliqarxlardan başqa heç kim qazanmır: nə fermerlər, nə alıcılar. İri məmurların biznes maraqları hegemonluğunu qoruduqca alıcı olsun, ya satıcı, fərq etmir, sadə vətəndaşların belə qazanca ümid etməsi də artıq işdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|