Sumqayıt Dövlət Universitetinin divarlarında belə rüşvət hənirtisi var... – Köhnə rektor necə təməl atıbsa... – SDU-da rüşvətin qiyməti qalxıb
Tarix: 16-03-2015, 11:56 | Çap et
DİA.AZ: - Məlum olduğu kimi 2013-cü ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Bundan sonra Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi. Nəhayət 5 mart 2014-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Təbii ki, yeni təyinat yeni ümidlər deməkdir. Xüsusilə də Sumqayıt Dövlət Universitetində mütərəqqi islahatlar gözləntisi artıq çoxdan həm tələbələrin, həm də pedaqoji heyətin səbrini sınağa çəkməkdə idi. Buna görə də universitetin rəhbərliyində olan dəyişikliyi burada böyük ruh yüksəkliyi ilə qarşıladılar. Lakin aradan çox az bir müddət keçdikdən sonra SDU-da yeganə islahatların məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın oldu. İlk növbədə bu “islahatlar” universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. Belə ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlıdır. İlk növbədə 1985-ci ildə E.Hüseynov BDU-da (o zaman Azərbaycan Dövlət Universiteti) namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə isə dosent elmi adı almışdır. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, bu illər ərzində Elxan müəllim öz ətrafında kifayət qədər etibarlı komanda toplaya bilmişdir. Aldığımız məlumatlara görə SDU-ya rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov öz komandasını da buraya gətirmişdir. Bu isə universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəlib. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüfdoğurucu hal isə bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atmadı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil edildi.
diaaz.space-a danışan mənbəyə görə, yeni rektor universitetə təzə gətirdiyi fakültə və kafedra rəhbərlərinə tapşırıb ki, ilk növbədə qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən xəbərdarlıq olunsun. Belə ki, əgər əvvəl imtahan qiymətləri 50 manat idisə, bundan sonra 80 manat olacaq. Əla qiymət almaq istəyənlər isə 100 manat ödəməlidirlər. Daha sonra məlumatlarda qeyd olunur ki, Elxan Hüseynov artıq xaricdən tələbə transferləri məsələsini də tam olaraq “relsə” qoyub. Bir transferin qiyməti də 15 min manat məbləğində müəyyənləşdirilib.Hələ mövzuya dair ötən yazılarımızda biz bildirmişdik ki, Sumqayıt Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi SDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir. Bu gün isə universitetdə olan mənbələr bu ali təhsil müəssisəsində vəziyyətin daha da gərginləşdiyini xəbər verirlər.
Xatırlayırsınızsa, hələ keçmiş rektorun vaxtında bu universitetdə korrupsiya halları elə bir görünməmiş vüsət almışdı ki, tələbələr artıq öz hüquqları uğrunda mübarizə aparmaq üçün “Rüşvətsiz Təhsil Hərakatı” adlandırdıqları təşkilat yaratmışdılar. Ötən saylarımızda biz Hərəkat üzvlərinin redaksiyamıza ünvanladıqları şikayət məktublarından bəzi çıxarışları da dərc etmişdik. Görünür bu təşkilatın da öz fəaliyyətini dayandırması üçün hələ çox tezdir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|