Bu dəfə Elman Rüstəmovun özünün "məzənnəsi" aşağı düşə bilər... - Mərkəzi Bank şefinin başı dərddə
Tarix: 18-03-2015, 11:12 | Çap et
Mərkəzi Bankın sədri Elman Rüstəmov artıq bir neçə həftədir ki, gözə dəymir. Müşahidəçi ekspertlər bunu müxtəlif səbəblərlə izah etməyə çalışsalar, da yekdil rəy ondan ibarətdir ki, baş "bankir”imizin imici böhran içindədir. Məlumata görə, manatın kəskin devalvasiyasından sonra Elman Rüstəmovun düşdüyü kəskin stress vəziyyətindən hələ də qurtula bilmədiyi üzə çıxıb. Manatın dəyərinin düşməsi ökədə ciddi bahalaşmaya səbəb olub. İdxal olunan ərzaq və qeyri ərzaq məhsullarının qiymətlərində korrektə adı altında dəyişikliklər edilib. Ərzaq bazarında nəzarət imkanında bulunan əsas şirkətlərin əksəriyyəti qiymətləri artıracağını gizlətmir. Baş "bankir” ola bilsin, ölkədə yaranmış bu vəziyyəti nəzərə alaraq Azərbaycan Televiziyasına verdiyi devalvasiya qabağı müsahibəsində belə demişdi:
"Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı". Ardınca nələrin yaşandığını hamımız bilirik. Lakin Elman Rüstəmovu bu addıma sövq edən səbəblər geniş ictimaiyyətə hələ də qaranlıq qalır. Bəs səbəb olmaya-olmaya kəskin devalvasiyaya ehtiyac hardan yarandı? Bizcə, Elman Rüstəmovun son zamanlar qeybə çəkilməsində bu səbəbsiz "yalanın" böyük rolu var. Necə olmasa, baş "bankir”imizin manatı qiymətdən salması bilərəkdən və düşünülmüş, eynən də mənafelərimizə zidd addım kimi qiymətləndirilir. Digər tərəfdən, sirr deyil ki, gözlənilən devalvasiya barədə Elman Rüstəmova yaxın-uzaq oliqarxların demək olar ki, hamısının məlumatı olub. Hələ ötən ilin dekabr ayından başlayaraq ölkədən xaricə valyuta transferlərinin həcminin bir neçə dəfə artdığı barədə məlumatlar da var. Ehtimal ki, valyuta transferlərində Elman Rüstəmovun da müəyyən "fəaliyyəti" olmamış deyil. Bu barədə aldığımız məlumatda deyilir ki, Elman Rüstəmov manatın dəyərdən düşməsi ərəfəsində təcili qaydada öz yaxın ətrafına müvafiq göstərişlər verərək malik olduğu sərvətin yerləşdirildiyi xarici banklarda ayrı-ayrı adamların adına ehtiyat variant kimi yeni valyuta hesablarının açılmasını təmin etməyi tapşırıb. Məqsəd Azərbaycandan xarici ölkə banklarına transfer edilmiş külli miqdarda valyutanın izini itirmək olub. Lakin gecikmiş bu tədbirin baş tutmadığı, nəticədə Elman Rüstəmovun bir sıra bəzi başqa sirlərinin üzə çıxdığı məlum olub. Yadınızdadırsa, bir müddət öncə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankın sədrinin sərvəti Səudiyyə Ərəbistanı kralının varidatı ilə müqayisə olunmuşdu. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyədək heç kəs bu "şərəfə" layiq görülməyib. Dolayısı ilə belə bir müqayisənin aparılması Elman Rüstəmovun özü üçün ciddi siqnal rolunu oynamaqla yanaşı, son 23 ildəki fəaliyyətinə hüquqi qiymət verilməsi üçün əsas yarada bilər. Məhz bu cür yanaşmalarla Elman Rüstəmovun baş "bankir” rolunda apardığı valyuta transferi əməliyyatlarının ölkə iqtisadiyyatı üçün ilk baxışdan nəzərə çarpmayan acı nəticələrini təsəvvür etmək bir o qədər də çətin deyil. Elman Rüstəmova depressiya yaşada biləcək bu amilin olduğu ehtimalı ortadadır. Bu mənada, Mərkəzi Bankın sədrinin sərvətinin siyahıya alınması barədə yayılan xəbərləri ciddi qəbul etmək lazımdır. Bəzi iddialara görə isə Elman Rüstəmov nəzarətə götürülüb. Yaxın günlərdə onun fəaliyyəti ilə bağlı ictimaiyyətə açıq məlumat veriləcəyini gözləmək olar. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|