Əbülfəs Qarayevlə Cahangir Əsgərov arasında “soyuq küləklər” - AZAL-ın “qiymət siyasəti” nazirin narazılığına səbəb olub
Tarix: 31-03-2015, 10:31 | Çap et
Novruz bayramı günlərində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC), qısa yazsaq, AZAL-ın uçuş qiymətlərini kəskin şəkildə bahalaşdırması kəskin narazılıq yaradıb. Bir neçə gündür sosial şəbəkələrdə bununla bağlı tənqidi müzakirələrə rast gəlmək olar.
Bayram tətilinin ardından KİV-də AZAL-ın başqa ölkələrlə müqayisədə kifayət qədər yüksək olan qiymətləri ilə bağlı tənqidlərə yer verirlər. Məsələ burasındadır ki, AZAL ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diktə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir. Məqalədə iddia olunur ki, ucuz uçuşlar həyata keçirən şirkətlər Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin qəzəbinə gələrək, ölkəni tərk etməli olur. Ölkəni tərk etməyənlər isə sözügedən şirkətlə qeyri-rəsmi qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, qeyd olunur ki, Azərbaycandan uçuşları reallaşdıran başqa hava yolları firmaları üçün əlavə "ödənişlər” də tələb olunur. Bu da onların qiymətləri yüksək saxlamasına səbəb olur. Hətta iş o yerə çatıb ki, ölkəmizdə uçuş qiymətlərinin bahalığı səbəbindən bəzi sərnişinlər yay aylarında səfərlərə Bakıdan deyil, qonşu Gürcüstandan, Tiflisdən getməyə məcbur olurlar. Bunu AZAL-ın sabiq prezidenti Ədalət Əliyev də təsdiqləyib. O dünənki açıqlamasında bildirib ki, adıçəkilən QSC-nin müəyyənləşdirdiyi qiymətlərin yüksək olması səbəbindən vətəndaşlarımızın Gürcüstana gedib, oradan səfərə yollanması danılmaz faktdır: "Bunu bütün respublika bilir. Əlbəttə, Gürcüstan hava yolları ilə səfər edəndə vətəndaşlarımız xeyli qabağa düşürlər”. Sabiq sədr onu da bəyan edib ki, Gürcüstanın hava yolları şirkətlərinin xidmətləri Azərbaycanla müqayisədə heç də zəif deyil: "Açığını deyim ki, bizdə bu sahədə rəqabət mühiti yoxdur. Rəqabət olmayan yerdə özbaşınalıq olur. Monopoliya olan yerdə inkişaf və mübadilədən söhbət belə gedə bilməz. Problemin başqa səbəbləri var. Onu araşdırmaq lazımdır”. Baxmayaraq ki, elə dünən AZAL sözçüsü Məhərrəm Səfərli bu tənqidləri qəbul etməyib. O deyib ki, "AZAL-da qiymətlər bahadır” fikirləri kökündən yanlışdır: “Təyyarələr Avropa istehsalıdır. Keyfiyyətlər yüksəkdir. Təhlükəsizdir. Sərnişinlərə çox səviyyəli xidmət göstərilir”. Ekspertlər QSC rəsmisinin belə əsaslandırmasını qəbul etmirlər. Onların fıikrincə, məsələn, Türk Hava Yollarının (THY) təyyarələrindəki komfort və xidmətin səviyyəsi də xeyli yüksəkdir, halbuki THY-nin bilet qiymətləri AZAL-ınkından hardasa iki dəfə ucuzdur.
“Unikal”ın bu istiqamətdə əldə etdiyi məlumata görə, AZAL-ın baha qiymət siyasətinə hökumət daxilində də münasibət birmənalı deyil. Belə ki, xüsusilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda uçuş biletlərinin kəskin baha satılmasından narazıdır. O, hesab edir ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin bu cür qiymət siyasəti Azərbaycanın turizm ölkəsi kimi cəlbediciliyini daha da azaldır. Belə ki, Türkiyə və Gürcüstanda hava yolları şirkətlərinin təklif etdiyi qiymətlər əcnəbilər üçün xeyli münasibdir, belədə isə onlar məhz həmin ölkələrdə dincəlməyə üstünlük verirlər. Məsələ burasındadır ki, Azərbaycana gəlmək üçün təyyarə biletlərinə xeyli artıq ödəniş etməkdənsə həmin pula digər ölkələrdə istirahət müddətini uzatmaq mümkündür. Qeyd edək ki, bu ayın əvvəlində mədəniyyət və turizmi naziri Əbülfəs Qarayevin dolların məzənnəsinin qalxmasının Bakıda keçiriləcək I Avropa Oyunları zamanı otel və təyyarə biletlərinin qiymətlərinə necə təsir edəcəyi barədə danışaraq bildirmişdi ki, ödəniş xərclərini manatla həyata keçirən otellərin qiymətlərində heç bir dəyişiklik olmayıb. “Həmçinin ödəniş xərcləri dollarla keçirilən otellərin qiyməti də olduğu kimi qalır. Bu, beynəlxalq təcrübədir və buna təəssüflənməyə ehtiyac yoxdur” deyən nazir təyyarə biletlərinin qiymətlərinin üzərində dayanmamışdı. Görünür, Qarayev bununla bağlı optimist olmadığı üçün dərinə getmək istəməmiş, narazılığını açıq ifadə edərək poleimka mövzusu yaratmaqdan çəkinmişdi. Bununla belə, müstəqil ekspertlər də hesab edirlər ki, Cahangir Əsgərovun belə qiymət siyasəti Azərbaycan iqtisadiyyatı üçün müəyyən itkilərə yol açır. Xüsusilə neftin kəskin ucuzlaşdığı və ölkənin gəlirlərinin azaldığı bir şəraitdə turizm aqrar sektorla bərabər Azərbaycan iqtisadiyyatını gücləndirmək üçün iki əsas perspektivli sahədən biri hesab olunur. Amma AZAL-ın kifayət qədər yüksək uçuş qiymətləri çətin ki, ölkəmizin xaricilərin nöqteyi-nəzərində turizm ölkəsi olaraq cəlbediciliyinin yüksəlməsinə imkan versin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|