Bu rayonda təhsil sistemi rəsmən çökdürülüb... - İcra başçısının çətiri altında...
Tarix: 16-04-2015, 10:45 | Çap et
Orta və məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan şəxslərin tabeliyindəki insanları bankdan kredit götürməyə məcbur etməsi bir növ adi hal alıb. Yadınıza düşürsə, 171 saylı orta məktəbin direktoru İradə Murquzovanın təhsil ocağının müəllimlərinin adına məcburən banklardan müxtəlif məbləğlərdə kredit götürməsi xəbəri ötən il geniş müzakirə mövzusuna çevrilmişdi.
Musiqi müəllimi işləyən Kifayət Rzayeva direktor İradə Murquzovanın təkidilə bankdan 4 min AZN kredit götürdüyünü açıqlamışdı: "Ancaq direktor bu borcu qaytarmaqdan imtina edib. Nəticədə məni məhkəməyə dəvət etdilər. Məlum olub ki, direktor krediti aybaay geri qaytarmayıb". Qeyd edək ki, məsələnin ictimailəşməsi Təhsil Nazirliyinin rəsmilərini direktorun barəsində tədbir görməyə məcbur etdi. Beləliklə, kredit qalmaqalına adı qarışan İradə Murquzova işdən azad olundu. Bu günlərdə isə Qazax rayonunun Xanlıqlar kənd uşaq bağçasının müdiri Xatirə Əsgərovanın buna oxşar əməlinin üstü açıldı. Baş Prokurorluğun yaydığı məlumata görə, Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Məlumatda deyilir ki, aparılmış istintaqla Pərvanə Səfərovanın X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub. İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatlar araşdırılır, nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək. Bildirək ki, kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova oğluna ev alacağı adı ilə həmkəndlilərinin adına müxtəlif banklardan 100 min manatdan yuxarı kredit götürüb. Əksər şəxslərin adına azı 3-4 fərqli banka kredit rəsmiləşdirilib. Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin də adı buna bənzər hadisədə hallandırılır.
Redaksiyamıza daxil olan məlumatlara görə, şöbə müdiri bir neçə gün əvvəl rayonda fəaliyyət göstərən məktəblərin direktorlarını yığaraq onların qarşısında ağır şərt qoyub: "Təhsil şöbəsində keçirilən iclasda mən də iştirak edirdim. Amma sizdən xahiş edirəm adımı açıqlamayın. Yoxsa Şamil müəllim məni dərhal işdən azad edər. Şöbə müdiri bizə bildirdi ki, hərəniz bankdan 5 min manat kredit götürüb mənə verməlisiniz. Əks təqdirdə, sizi məktəb direktoru vəzifəsindən azad edəcəm. Pulun nə üçün lazım olduğunu soruşanda isə "rayon rəhbərliyinə çatdıracam" deyə cavab verdi. Şamil Nurəliyev açıq-aşkar şəkildə bizi bankdan kredit götürməyə təhrik edir. Dövlətdən aldığımız maaş ailəmizi dolandırmağa yetmir, bankdan kredit götürsək, lap pis günə qalarıq. Heç birimiz bu vəziyyətlə barışmaq niyyətində deyilik. Təhsil şöbəsinin müdiri bəlkə də rayon rəhbərliyinin adından istifadə edir. Çünki belə kritik dönəmdə icra başçısı, yaxud müavinləri risk edib şöbə müdirinə bu cür tapşırıq verməz. Çox güman ki, o bizdən tələb etdiyi pullarla öz maliyyə imkanlarını bir qədər də yaxşılaşdırmaq haqda fikirləşir. Qoy nazir Mikayıl Cabbarov bilsin ki, Misir Mərdanovun yadigarlarından sayılan Şamil Nurəliyev Saatlı rayonunun təhsil sistemini pis günə qoyub. O, rayonun təhsil sisteminin inkişafı üçün iş görmür. Elə hey deyir ki, filan qədər gətirin. Başa düşmür ki, məktəb direktoruyuq, bank müdiri deyilik. Xahiş edirəm ki, mənim kimi onlarla məktəb rəhbərini narahat edən problemi qəzetinizdə işıqlandırasınız. Bəlkə mətbuatın məsələyə müdaxiləsindən sonra Şamil Nurəliyev özbaşına əməllərindən əl çəkər". İttihamlara aydınlıq gətirmək üçün Saatlı RTŞ-nin müdirinə zəng vurduq. O isə atasının yas mərasimində olduğunu deyərək danışa bilməyəcəyini söylədi. Hər halda, şöbə müdiri ilə bağlı belə ittihamlar səsləndirilirsə, aidiyyəti dövlət qurumları tərəfindən dərhal reaksiya verilməlidir. Yoxsa rayonun təhsilində xoşagəlməz hadisələr qeydə alına bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|