Şəmkirin "Polad Alemdar"ı rayonda necə ovqat formalaşdırır... - Deputat-başçı qovğası
Tarix: 27-04-2015, 10:46 | Çap et
Prezident İlham Əliyevin vaxtaşırı məmurlara vətəndaşlarla münasibətdə nəzakətli olmaq, sahibkarlara əlavə problem yaratmamaq və ən nəhayət özlərini məmura yaraşan tərzdə aparmaqla bağlı xəbərdarlıq etsə də, hələ də bu tələbləri eşitməyənlər var.
Yaxud da bəzi məmurlar bu xəbərdarlıqdan nəticə çaxarmayaraq, sadalananların hamısını həyata keçirir, hələ utanmadan da cəmiyyətə nümayiş etdirir. Son günlər isə həm ictimai rəydə, həm də mətbuatda ən çox müzakirə olunan məmurlardan biri də Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.
İşdən qovma, ya da konvert Qısaca onu qeyd edək ki, ötən ilin oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olunub. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Alimpaşa Məmmədov vergi sistemində elə bir xarakterdə formalaşıb ki, idarəçilikdən daha çox sahibkarlara divan tutmaq üzrə mütəxəsisləşib. Şəmkirə icra başçısı təyin olunandan bəri A.Məmmədovdan narazılıqların sayı artmağa başlayıb. İş o yerə çatıb ki, sakinlər illərlə narazı qaldıqları keçmiş başçının ölənlərinə rəhmət oxumağa başlayıblar. Vergi sistemində «divantutma” mütəxəsisinə çevrilən A.Məmmədov Şəmkirə düşər-düşməz sahibkarlara qarşı səlib yürüşünə başladı. «Unikal”ın bu dövr ərzində yazdıqları bir-bir təsdiqlənməyə başladı. İlk vaxtlar böyük səs-küy çıxmasa da, qısa müddətdə sahibkarların sıxışdırılması prosesinə start verildi. Ən acınacaqlısı isə odur ki, A.Məmmədov dövlət idarələrinə də sahibkarlıq qurumları kimi yanaşmağa başladı. Bu barədə «Unikal”ı məlumatlandıran şəxs deyir ki, yeni başçı təyinatdan bir neçə gün keçəndən sonra rayondakı idarə və təşkilat rəhbərlərini toplayıb və onlara artıq yeni sistemlə işləyəcəklərini deyib. Deyilənlərə görə, başçı əsas strukturların rəhbərlərini tək-tək qəbul edib və onlara vəzifələrində qalmaq üçün konvert üsuluna keçmələrini deyib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, A.Məmmədov bu üsulu vergidə işləyəndə də tətbiq edirdi, amma dövlət qurumlarının rəhbərlərinin də sahibkarlar kimi tasa otuzdurulması görünməmiş hadisə idi. Sözsüz ki, bu da rayonda ciddi narazılıq yaradıb, hər an proseslər nəzarətdən çıxa bilər. Qeyd olunanlarla bağlı müxtəlif mətbuat orqanlarında silsilə yazılar dərc olunub. İstər elektron, istərsə də yazılı mediada M.Məmmədovla bağlı kifayət qədər məlumatlar var.
Vergidəki vəzifə mərtəbələri Diqqət çəkən məqamlardan biri də odur ki, A.Məmmədovun karyerə xronologiyası olduqca qarışıqdır. Onun ən çox çalışdığı vergi sistemindəki yerdəyişmələri buna əyani sübutdur. Yəni, Şəmkirə icra başçısı göndərilənə qədər Alimpaşa Məmmədovun bioqrafiyası maraqlıdır. Belə ki, A.Məmmədov Salyan və Şəmkir rayon vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq sonradan nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra Səbail rayon Vergi İdarəsinə rəis təyin edilib. Burada bəzi nüfuzlu məmurların müəssisələrini qeyri-qanuni yoxladığına görə «vurulub”. Bir müddət sonra 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərilib. Ondan sonra isə Bakı Şəhər Vergilər Departamentinə rəis təyin edilib. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxtın vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi.
Deputat-başçı qovğası Əgər A.Məmmədovla bağlı yazılar yalnız müxalifətöynümlü mediada getsəydi, bunu başa düşmək olardı. Amma məsələ ondadır ki, hakimiyyətə yaxın şəxslər də onunla yola getmirlər. Belə ki, deputat Etibar Hüseynov doğulduğu Şəmkir rayonunda baş verənlər barədə ciddi narazılığını ifadə edib. Hətta o icra başçısını açıq şəkildə tənqid etməkdən də çəkinməyib. O, bir müddət öncə Alimpaşa Məmmədovun fəaliyyətindən narazılığını özünün facebook səhifəsində yazmışdı. Sitat: “Bir sıra hüzr məclisləri ilə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harada oturursan camaat bazar günü rayon mərkəzində keçirilən ”Bu şəhərdə”nin konsertindən danışır. Məlum olur ki, sən demə, yeni icra başçısı KVN və “Bu şəhərdə”nin qatı pərəstişkarıymış və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı “Bu şəhərdə”nin konserti ilə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir… Bax bu hal təəssüf doğurur”. Göründüyü kimi, icra başçısının səmərəsiz fəaliyyəti artıq hakimiyyətə yaxınlığı ilə seçilən deputatı da narahat edib.
Polad Alemdara özənən başçı
Mili Məclisin deputatı Etibar Hüseynovun Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovla bağlı sonuncu polemikası daha diqqət çəkdi. Demək olar ki, onun bu bənzətməsi bütün mediada yayımlandı və xeyli müzakirə olundu. Belə ki, E.Hüseynov icra başçısını Türkiyənin məşhur serial qəhrəmanı Polad Ələmdarla müqayisə edib: Deputat Şəmkirdə keçirilən, mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir barədə fikirlərini bölüşərkən belə deyib: “Artıq bir neçə gündür ki, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Matçın ortasında Polad Ələmdar ədasıyla təşrif buyurub səhnəyə qalxmaq, oyunçuların diqqətini yayındırıb özünlə gətirdiyin fotoqrafa poza vermək üçün Şəmkirin icra başçısı Alimpaşa Məmmədov olmaq lazımdı..”. «Unikal”ın əməkdaşı ilə söhbətləşən şəxs də deyib ki, A.Məmmədov həqiqətən də bəzi hərəkətləri ilə ədalı obraz yaratmağa çalışır. O, bununla həm diqqət mərkəzində olmaq, həm də ətrafdakıların ondan çəkinməsi üçün zəhmli aura yaratmaq istəyir. Son olaraq onu da qeyd etmək lazımdır ki, A.Məmmədov icra başçısı təyin olunduğu gündən ən çox tənqid olunan və narazılıq yaradan başçılardan biridir. Qısa müddətdə idarəçilik sisteminə yad ünsürləri gətirməsi və bu qədər narazılığa səbəb olması Alipaşa Məmmədovu yuxarıların da gözündən salır. Hələlik onu qoruyan görünməz əllər A.Məmmədovun başı üzərindəki qara buludları qovmağa müvəffəq olur. Amma bu müdafiənin uzun çəkməyəcəyi qaçılmazdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
|