Azərbaycanda məmurları “nokaut”a salacaq qurum yarana bilər - Gəlirlərini gizlədən vəzifəli şəxslərə yeni təhlükə!
Tarix: 8-05-2015, 09:52 | Çap et
Azərbaycanda məmurların gəlir bəyannamələri təqdim etməsi mövzusu xeyli vaxtdır müzakirə olunur. Bu istiqamətdə bir çox qanun və qərarlar qəbul edilsə də, məsələ dalana dirənib.
Hətta ötən ilin fevralında rəsmi olaraq açıqlandı ki, Azərbaycan ümumi vergi bəyannaməsi tətbiqinə hazırlaşır. Amma maliyyə amnistiyası olmadan gəlirlərin bəyan edilməsinə keçmək olmaz. Bu barədə vergilə naziri Fazil Məmmədov bildirmişdi. “Bu, bir çox prosedurların hazırlanmasını tələb edən böyük layihədir. Gəlirlərin tam leqallaşması üçün maliyyə amnistiyası labüddür”, deyən nazir əlavə etmişdi ki, rəhbərlik etdiyi qurum vətəndaşlar üçün ümumi bəyannamə sisteminin tətbiqi üçün işlər görür. Xatırladaq ki, hələ 1992-ci ilin yayında o vaxtki prezident Elçibəy maliyyə amnistiyası elan etmişdi. Amma aktın fəaliyyətinin monitorinqi aparılmamışdı. Bəzi ekspertlərə görə, maliyyə amnistiyası vergi intizamı və vergidən kütləvi yayınmanın qarşısını almaq üçün zəruri addımdır. Qanunsuz, gizlədilən gəlirlər leqallaşdırılmadan bu məqsədə çatmaq olmaz. Ekspertlərə görə, məsələ burasındadır ki, hansı formada amnistiya tətbiq ediləcək, yəni hansı gəlirlərə tətbiq olunacaq. Beynəlxalq praktikada isə müxtəlif yanaşmalar var. Bir çox hallarda o, sahibkarlıq subyektlərinə və dövlət vəzifəsi olmayan vətəndaşlara tətbiq edilir. Maliyyə amnistiyası dövlət qulluqçularına və cinayət yolu ilə əldə edilən qazanclara tətbiq edilə bilməz. Xatırladaq ki, 2012-ci ildə məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi üçün başqa bir fərman da verilib. Fərmandan sonra güman olunurdu ki, artıq 2014-cü ilin yanvar ayının 1-dən artıq məmurlar elektron formada gəlir bəyannamələri təqdim edəcəklər. Amma buna rəğmən hələ də məmurlar üçün gəlir bəyannamələrinin tətbiq edilməsi mümkün olmayıb”. Müəyyən ekspertlər bu məsələnin tətbiqində Maliyyə Amnistiyası ilə yanaşı başqa bir problemin də olduğunu vurğulayırlar. Onların dediklərinə görə, gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır. Həmçinin, bütün məmurları gəlir bəyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan nəzarət sistemi də yaratmaq lazımdır. Praktiki olaraq, indiki halda bir sıra nüfuzlu məmurların gəlirlərinə nəzarət etmək mümkün deyil. Yəni bəlkə də elə bu üzdəndir ki, hökumət gəlirlərin bəyan edilməsi mexanizminin tətbiqindən çəkinir. Bəzi dairələrdə isə belə düşünürlər ki, məmurları gəlir bəyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması və ona xüsusi səlahiyyətlərin verilməsi vacibdir. Postsosialist ölkələrin təcrübəsi göstərir ki, belə bir nəzarət üçün heç bir nazirliyə, dövlət qurumuna bağlı olmayan xüsusi komissiyanın yaradılması vacibdir. Çünki bununla bağlı hansısa nazirliyə bağlı qurum yaratdıqda, ona təsir etmək imkanları artır. Həmin komissiyaya dövlət məmurları ilə yanaşı cəmiyyətdə böyük nüfuzu olan ictimaiyyət nümayəndələrini də daxil etmək lazımdır. “Unikal”a daxil olan məlumatda hökumətə yaxınlığı ilə bilinən bir sıra mütəxəssislərin, ekspertlərin sözügedən qurumun yaradılması üçün təklifləri artıq bir müddətdir səsləndirdikləri deyilir. İddialara görə, hökumət çevrələrində də haqqında danışılan qurumun yaradılmasına pozitiv yanaşanlar az deyil. Bu isə məmurları gəlir bəyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması ehtimalını qüvvətləndirir. Kənar müşahidəçilərin bir qisminə görə, həmin xüsusi qurumun yaradılmasına mane olmağa çalışan məmurlar az olmayacaq. Çünki onlar həmin qurum fəaliyyətə başlayacağı halda özlərinin çətin vəziyyətdə qalacaqlarını, maddi baxımdan “nokaut”a düşəcəklərini yaxşı bilirlər. Bununla belə, ölkənin gəlirlərinin azaldığı bir vaxtda korrupsiyanın miqyasının daraldılması, bunun üçünsə vəzifəli şəxslərin gəlir bəyannamələri təqdim etməsi şərtdir. Yəni dövlət maraqları baxımından olduqca zəruri sayıla biləcək addımın atılmasından çəkinmək lazım deyil, baxmayaraq ki, bu kimlərinsə şəxsi qazancını təhlükə altında qoyacaq. Unutmaq olmaz ki, dövlətin və xalqın maraqları hansısa məmurun mənfəətindən daha yüksəkdə dayanır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|