Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                 

"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Tarix: 22-10-2016, 08:52 | Çap et
"Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir"
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov saxtalaşdırılmış Müstəqillik Aktına imza atması ilə bağlı istiqlalçı deputat, professor Hacıbaba Əzimovun səsləndirdiyi ittihamlara cavab verib.

A.Mütəllibov deyib ki, Hacıbaba Əzimov incik düşən şəxs olduğu üçün bu cür fikirlər səsləndirir:

“Bu adamlar indi öz talelərindən inciyiblər. Hacıbaba Əzimovun təmsil etdiyi təşkilat üzvləri indi kənarda qaldığı üçün onlar da öz bildikləri kimi danışırlar. Yəni, onlar öz etirazlarını bu cür nümayiş etdirir. Hələ ötən il ANS TV-də bu məsələ müzakirə olunanda da Hacıbaba Əzimov dedi ki, Konstitusiya Aktını tərtib edənlərdən biri mən olmuşam”.
A.Mütəllibov Hacıbaba Əzimovun ittihamlarının uydurma olduğunu söyləyib:
“Bu fikirlər doğru deyil. Hətta, 1990-cı ildə biz ilk dəfə olaraq alternativ namizədlərin iştirakı ilə parlament seçkiləri keçirdik. Odur ki, Müstəqillik Aktı ilə bağlı biz nəyi saxtalaşdıra bilərdik? Buna heç bir lüzum yox idi. Hacıbaba Əzimov ad çəkmədən iddia edir ki, guya indi Prezident Administrasiyasında yüksək vəzifədə işləyən adam mənə nə isə göndərib, mən də ona imza atmışam və sairə. Heç bilmirəm kimdən və nədən söhbət gedir. Əgər bilsəydim, elə həmin adamın üzünə deyərdim ki, hərəkətlərindən utan, ayıbdır”.

Sabiq prezident Azərbaycanın Müstəqillik Aktını Moskvaya aparan şəxsin akademik, keçmiş dövlət katibi Midhəd Abbasov olduğunu bildirib:

“Mən Müstəqillik Aktının Midhəd Abbasov tərəfindən Moskvaya aparılmasını da sonradan bilmişəm. Bütün bunları deməkdə məqsədim odur ki, o dövrdə biz prinsipiallıq nümayiş etdirib, Azərbaycanın müstəqillik əldə etməsi ilə bağlı sənədi hazırladıq və daha sonra Konstitusiya Aktı qəbul olundu. İndi Hacıbaba Əzimovun dedikləri xırda söhbətlərdir. Əgər ölkə prezidenti olaraq mən Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasına icazə verməsəydim, sənədin qəbulu üçün iradə nümayiş etdirməsəydim, o zaman Müstəqillik Aktı qəbul olunmayacaqdı. İndi də hərə bir söz danışır. Biri deyir ki, Ayaz Mütəllibov istəmirdi ki, Azərbaycan müstəqillik qazansın və sairə. Həmin adamlara demək istəyirəm ki, bir vicdanınız olsun, kişisiniz, əyninizə şalvar geyinmisiz. Bu nə söz-söhbətdir? Əgər mən Azərbaycanın müstəqilliyini istəməsəydim, o zaman heç Ali Sovetin yığıncağı da olmazdı. Bir-iki kəlmə ilə bu məsələnin qarşısını alardım. Ən azı deyərdim ki, tələsməyin, digər respublikaları gözləyək. Yəni, mən Azərbaycanın müstəqilliyinin qazanılmasına qarşı ortaya sərt yumruq qoymamışam. Halbuki, prezident kimi bunu edə bilərdim”.

A.Mütəllibov həmin vaxtı Moskvaya səfər etdiyini xatırladıb:

“Moskvadakı vəziyyəti görüb, ölkəyə qayıdan kimi ilk tapşırığım rəhmətlik Elmira Qafarovaya Azərbaycanın müstəqilliyi istiqamətində addım atması ilə bağlı oldu. O zaman Elmira Qafarova Ali Sovetin sədri idi. Ona dedim ki, müvafiq tapşırıqları verin, iş aparın və Azərbaycan müstəqilliyini elan etməlidir. Mənimlə Elmira Qafarova arasında bu dialoq 1991-ci il oktyabrın əvvəlində olub. Azərbaycanın müstəqilliyini elan etməsi üçün müəyyən zaman lazım idi, mütəxəssislər iş aparmalı idi. Elə Hacıbaba Əzimovun özü də bu işləri görənlərdən biri idi. O zaman Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndəsi kimi Hacıbaba Əzimov bu işə təhkim olunmuşdu. Əgər müstəqilliyimizi istəməsəydim, o zaman mənə qarşı müxalifət olan AXC ilə ayrı cür də rəftar edə bilərdim. Ancaq mən AXC-yə etiraz etmədim”.

A.Mütəllibov prezident olduğu dövrdə müxalifətlə əməkdaşlıq etdiyini bildirib:

“Ümumiyyətlə, mən müxalifətlə hesablaşırdım, birgə işlər görürdüm, müxalifəti vacib iclaslara çağırırdım, iclaslarda hər zaman AXC təmsilçiləri mənimlə bir yerdə otururdu. Axı onlar bunları niyə danışmırlar? Amma indi deyilənləri eşidib çox təəssüflənirəm. Kimin kim olduğu ortaya çıxır. Hacıbaba Əzimovun bu gün şikayət etməsi və mənə qarşı söylədiyi fikirlər onun yaşına yaraşmaz. O, çox səhv danışır. Əslində, mən onların hər bir ittihamlarına cavab verəndə elə düşünürlər ki, günahkaram və özümə bəraət qazandırmaq istəyirəm. Bu, əsla belə deyil. Mənim dediklərimin hamısı həqiqətdir və tarix buna şahiddir.

Bu gün yenə də deyirəm ki, Azərbaycanın müstəqilliyinin elan edilməsi təkcə mənim deyil, həm də deputatların xidmətləri olub. Mən isə dövlət başçısı kimi Müstəqillik Aktına imza atmışam. Ona görə də burada kimin imzasının güclü, kiminkinin zəif olmasından söhbət getmir. Hamımız bu Akta imza atmışıq. Mənim əsas istəklərimdən biri də Azərbaycan xalqının itkisiz, qansız müstəqillik qazanması olub. O dövrdə mən Türkiyəyə səfərə getmişdim və özümlə bir qrup ziyalıları da aparmışdım. Həmin səfərdə rəhmətlik Bəxtiyar Vahabzadə də yanımda idi. Bəxtiyar Vahabzadə Türkiyədə bizim təmtəraqlı qarşılanmağımızı görüb mənə dedi ki, hər şey çox əladır, ancaq kaş Azərbaycan müstəqillik də qazanaydı. Mən də ona bildirdim ki, bir az səbir elə, inşallah müstəqillik də qazanacağıq. Yəni, bütün planlarım bu istiqamətdə gedirdi. Ona görə də bu gün kimlərsə deyirsə ki, Azərbaycanın müstəqillik qazanması uğrunda gedən mübarizələrdə mən qabaqda, filankəs arxada olub. Hesab edirəm ki, bu cür söhbətlər yersizdir”.

Sabiq prezidenti indi Azərbaycan cəmiyyətini daha da sıx birləşməyə çağırıb:

“Bu təlatümlü dövrdə qarşımıza əngəllər çıxa bilər. Gərək biz öz müstəqilliyimizi göz bəbəyi kimi qoruyaq. Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi başqa ölkələrə nisbətən cavandır. Bunun üçün də Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda hər birimiz vahid mövqe ortaya qoymalıyıq. Çox təəssüf ki, indi bəzi adamlar müstəqilliyimizi qorumaq əvəzinə, ortalıda dava açıb və deyir ki, Mütəllibov filan işi edib və sairə. Belə ədalətsizlik olar? Adam bu cür söhbətləri eşidəndə utanır”.(Publika.az)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru