"Cəbhədəki proseslər Azərbaycanın xeyrinədir" - deputat
Tarix: 27-02-2017, 10:39 | Çap et
Son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın ötən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc son günlər cəbhə xəttində müşahidə edilən gərginliklə bağlı “Yeni Müsavat”a danışarkən deyib. Onun sözlərinə görə, əgər belə olsaydı, ermənilər konkret istiqamətdə hərbi zərbələr hiss etdirər və yerdə qalan digər ərazilərdə güc sərfinə, resurslarının əldən getməsinə razı olmazdılar:
“Bir neçə gündür ki, Tovuzdan başlamış Tərtərə qədər, bəlkə də yaxın gələcəkdə Naxçıvanı da əhatə edəcək böyük bir areal üzrə erməni təxribatları özünü göstərir və göstərməkdədir. Amma əsas döyüşlər mərkəzi olaraq Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslində, Ermənistanda keçirilən seçkilərdir. Rəy sorğuları hakim partiyanın mövqelərinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalaşdırmaya getməlidir.
Sərkisyan öz partiyasına və rəhbərlik elədiyi bloka müdafiə naziri Vigen Sərkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi, yenə də Qarabağla bağlı hansısa vədləri verirlər. Bu üzdən sanki seçki təbliğatı səngərdə gedir və onlar bir tərəfdən bütün daxili rəqiblərini bu vasitə ilə susdururlar. Həmçinin düşünürlər ki, əgər azərbaycanlılara zərbə vurulsa, lokal uğur əldə olunsa, bu, şübhəsiz ki, aprelə qədər hakim partiyanın mövqeyini gücləndirəcək.
İkincisi, şübhəsiz, onlar ötən bir ilə yaxın vaxt ərzində ön cəbhəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar, mühəndis texniki qurğular genişləndirilib, gecə görmə cihazları, avadanlıqlar, ağır silahları da həmin ərazilərə yığıblar. Bu, o deməkdir ki, ilk anda vurula biləcək zərbələrin qarşısını almaq üçün tədbirlər görülüb. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda ermənilərin ön xəttə gördüyü həmin işlərin çox da əhəmiyyəti olmayacağına əminik”.
Millət vəkili bu təxribatların arxasında başqa mərkəzlərin olması ilə bağlı yaranan suallara da aydınlıq gətirib:
“Xüsusilə də Azərbaycanın dövlət başçısının Avropaya səfəri, orada vaxtilə Avropa Birliyi ilə razılaşdırılmayan assosiativ saziş sənədinin başqa bir paraflanmış formasının gündəmə gətirilməsi və yaxınlarda onun imzalanacağı bölgə dövlətlərinin bizə qarşı müharibə qərarı verməsinə gətirib çıxarırmı? Bu cür suallarda əksini tapan versiya nə qədər doğrudur?
Düşünürəm ki, bunun əsası yoxdur. Çünki biz region dövlətləri, xüsusilə də Rusiya ilə münasibətlərimizi pozacaq, onun strateji maraqlarına zərbə vuracaq hər hansı addımlar atmamışıq. Ona görə də rəsmi İrəvan üçün cəbhə xəttində xüsusi fəallaşmanın geopolitik konteksti və ya xarici dairə amili yoxdur”.
Millət vəkili hesab edir ki, mahiyyətcə, proseslər Azərbaycanın xeyrinədir:
“Çox geniş bir ərazidə təxribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımından qətiyyən Ermənistanın xeyirinə işləmir. Ermənilərin döyüşdə ölənləri Azərbaycanla müqayisədə üçqat artıqdır. Ona görə ki, onların əhali və əsgəri sayı bizimlə müqayisə oluna bilmir. Ermənistan rəhbərliyi apreldə keçiriləcək parlament seçkilərinədək cəbhə xəttində məlum tamaşanı davam etdirməyə və hansısa uğurlar qazanmağa çalışacaqlar. Lakin birdəfəlik bilmək lazımdır ki, hər bir toqquşma Dağlıq Qarabağda və Ermənistanda çox böyük siyasi, mənəvi-psixoloji nəticələr doğurur, əhali arasında vahimə yaradır. Azərbaycan isə bir daha faciələr yaşamağa köklənməyib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
|