“Gürcüstan hökuməti əlaltından Ermənistanı müdafiə edir”
Tarix: 24-03-2017, 09:53 | Çap et
Martın 22-də Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri mətbuat nümayəndələri ilə görüşdə bildiriblər ki, Bolnisi rayonu ərazisində Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb.
Qeyd edək ki, hərbi texnika yüklənmiş maşınların məlumatı təsdiqləyən fotoşəkilləri də yayılıb. Əslində, bu fakt həqiqətdirsə, dost saydığımız Gürcüstanın Azərbaycana arxadan zərbə vurması kimi qiymətləndirilə bilər. Ona görə də faktı araşdırmaq Azərbaycan hökumətinin üzərinə düşür.
Nəzərə çatdıraq ki, Gürcüstan Müdafiə Nazirliyi bildirir ki, neçə illərdir nə Ermənistan, nə də Rusiya tərəfindən Gürcüstana belə müraciət daxil olmur, müvafiq olaraq da Gürcüstan tərəfi Ermənistana silah tranziti barədə heç bir icazə vermir.
Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili isə deyib ki, ölkə üzərindən Ermənistana doğrudan da texnika tranziti həyata keçirilib: “Bu tranziti Belarus vətəndaşları həyata keçirib, daşınan isə hərbi texnika yox, xilasetmə əməliyyatlarında istifadə olunan texnika idi”.
“Videomaterillarda üstü brezentlə örtülmüş tanklar, zirehli texnikalar aydın hiss olunur”
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, “Vahid Milli Hərəkat” partiyasının təşkil etdiyi mətbuat konfransında videomateriallar da təqdim edilib: “Videomaterillarda üstü brezentlə örtülmüş tanklar, zirehli texnikalar aydın hiss olunur. Onlara halal olsun, bir xeyli müddət həmin yük daşıyan maşınları təqib ediblər, nömrələrinə qədər videoya çəkiblər. Sonra da onu mətbuat işçiləri qarşısında nümayiş etdiriblər. İvanaşvili hökuməti bunu təkzib etsə də, indi əldə videomaterillar var. Həmin videomaterillar Azərbaycan saytlarında da yerləşdirilib”.
“Mən buna şübhə etmirəm”
Poliqtoloq dedi ki, bundan əvvəl də biz bilirik ki, Rusiya təyyarələri Abxaziya üzərindən uçaraq sahilboyu Ermənistana yaxınlaşıb: “Bir Gürcüstanın Bolnisi rayonu qalıb, onun da üzərindən vecinə almadan rus qırıcı təyyarələri Ermənistana daxil olur. Bu dəfə isə yüklər bütün Gürcüstanın quru yolları ilə daşınıb, qeydlər isə Bolnisi ərazisində videolentə alınıb. Mən buna şübhə etmirəm. Çünki maşınların seriya nömrələri də oxunur. Maşınların üzərindəki yüklərin üstünə brezent çəkilsə də, konfirqurusiyalarından və görünüşlərindən görünür ki, bu, zirehli texnikadır”. Q. Hüseynli qeyd etdi ki, Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri çox böyük yanlışlığa yol verir: “Orada kəndləri və əhalini çəkiblər.Videolentə baxanda görürsən ki, içərilərində azərbyacanlılar, gürcülər var və Bolnisi rayonudur. Bu, işin bir tərəfidir. Ikincisi isə həmin maşınları analiz edəndə görüsən ki, Fövqalədə Hallar Nazirliyi üçün nəzərdə tutulan texnika deyil, bu, aşkar lüləsi qabağa uzanmış, tırtılları, lükləri hiss edilən tank və zirehli texnikadır. Bunu həmin çəkilmiş viedolara baxan mütəxəssis çox asanlıqla isbata yetirə bilər”.
“İvanaşvili hökuməti riyakar siyasət yürüdür”
“Təəssüf edirəm ki, Gürcüstan belə ikiüzlü hərəkət edir, uzun müddətdir ki, bu proses gedir. İlk dəfədir ki, bu prosesin görüntüsü bizim oradakı azərbaycanlıların səyi ilə lentə alınıb və İvanaşvili hökumətinin bu cür saxtakarlığı üzə çıxarılır. İvanaşvili hökuməti riyakar siyasət yürüdür. Çünki Gürcüstan ayağı üstə durması üçün lazım olan nə varsa, Azərbaycanın hesabına edir. Hələ 8 il bundan əvvəl Gürcüstana ucuz qiymətə satdığımız elektrik enerjisinin pulunu ala bilməmişik. Rusiya qazı Gürcüstana 380 dollara təklif edirdi, amma biz 180 dollara satırıq”, - deyə politoloq əlavə etdi.
“Gürcüstan hökuməti əlaltından Ermənistanla daha çox əməkdaşlıq edir”
Q. Hüseynli onu da yada saldı ki, Saakaşvili bir zamanlar demişdi ki, Azərbaycan olmasaydı, Gürcüstanın istiqlalı, olmazdı, Gürcüstan ayaq üstə qala biməzdi: “Ona görə, İvanaşvili kimi yaramazı başa salmaq lazımdır. Çünki o, “boz kardinal”dır, hər şey idarə edir. O, Rusiyanın əlaltısıdır, onun köməyi ilə Gücüstan ərazisi Ermənistan üçün nəqliyyat dəhlizi kimi istfadə olunurr. Ancaq çox təəssüf ki, üzdə Azərbaycanla strateji əməkdaşlıqdan danışan Gürcüstan hökuməti əlaltından Ermənistanla daha çox əməkdaşlıq edir və Ermənistan hökumətini müdafiə edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
|