Partiya sədrlərinin xanımları - kimlərin əri siyasətə qarışmağa qadağa qoyub?...
Tarix: 29-03-2017, 10:16 | Çap et
Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərir. Ədliyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 55 siyasi partiya mövcuddur. Amma araşdırmalar göstərir ki, bu partiyaların böyük əksəriyyətinin nəinki ictimai rəyə təsiretmə imkanı yoxdur, heç onların varlığı ilə yoxluğu belə, bilinmir. Siyasi partiya kimi qeydiyyata alınmış bu qurumların əksəriyyəri bir sədr və bir möhürdən ibarətdir. Hətta siyasi proseslərdən yazan jurnalistlər belə, qeydiyyatdan keçmiş əksər siyasi təşkilatların üzvləri bir yana qalsın, sədrlərini tanımırlar. Jurnalistlərin görüb-tanımadığı partiya sədrlərini isə ictimaiyyət heç tanımır... Bir sözlə, aktiv siyasi fəaliyyət göstərən, ictimai rəyə az-çox təsir imkanlarına malik partiyalar necə deyərlər, bir əlin beş barmağı qədərdir. Siyasi partiyaların fəaliyyətinin genişlənməsində sözsüz ki, üzvlərinin çoxluğu mühüm rol oynayır. Müşahidələr göstərir ki, bütün siyasi təşkilatların üzvləri arasında sədrlərin yaxınları, qohum-qardaşı, hətta ailə üzvləri də var. Bəzən onlar partiya toplantılarında aktivlik yaradan şəxslər sırasında öndə gedənlərdən olurlar.
Maraqlıdır, partiya sədrlərinin həyat yoldaşları da siyasi toplantılara qatılırmı? Xanımlar həyat yoldaşlarının rəhbərlik etdikləri təşkilatın fəaliyyətində hansısa rola malikdirlərmi?
Modern.az saytı bu suallarla əlaqədar bir neçə siyasi təşkilatla əlaqə saxlayıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, həyat yoldaşı Fatimə xanım partiyanın toplantılarına qatılır. “Fatimə xanım bizim əvvəllər keçirdiyimiz icazəli və icazəsiz aksiyalarımızda da fəal iştirak edib. Hətta o, bir neçə dəfə polis tərəfindən saxlanılıb da. Fiziki zorakılıqlara da məruz qalıb. Siyasətçinin ailəsi istər-istəməz siyasi həyat yaşamağa məcburdur. Onun bundan kənar bir həyatı yoxdur. Təkcə həyat yoldaşlarımız yox, övladlarımız da bizimlə birlikdə eyni taleyi bölüşürlər”.
Sərdar Cəlaloğlu bildirib ki, həyat yoldaşı müəllimdir.
“Müəllimlər də həyatın memarlarıdır. Cəmiyyətin əxlaqına və səviyyəsinə bilavasitə müəllimlər cavabdehlik daşıyır. O baxımdan da müəllim olmaq, eləcə də ölkənin ictimai-siyasi həyatında iştirak etmək deməkdir”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmamud Mirəlioğlunun həyat yoldaşı Mehparə xanım partiyanın Sumqayıt şəhər şöbəsinin üzvüdür. “Mən heç vaxt xanımımı vəzifəyə təyin etməzdim. Baxmayaraq ki, o, KXCP-nin üzvüdür. O, vaxtilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) də üzvü olub. Xanımım ixtisaca iqtisadçıdır”.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev həyat yoldaşının partiyanın toplantılarına və siyasətə qarışmasına icazə vermədiyini bildirib. “Mən şəxsən buna icazə verməmişəm. Özüm kifayət qədər zülm çəkirəm. İstəmirəm ki, ailəm də mənimlə birlikdə zülm çəksin. Nə də icazə vermirəm ki, xanımım ölkənin ictimai-siyasi həyatında iştirak etsin”. Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimlinin həyat yoldaşı Samara Seyidova ilə meydan hərəkatı zamanı tanış olub. Samara xanım Əli bəylə Bakı Dövlət Universitetində təhsil alıb. Onlar sonralar siyasi proseslərdə birgə addımlayıblar. Hər ikisi ixtisasca hüquqşünas olan cütlük AXC hakimiyyəti dövründə Prezident Aparatında çalışıb. Samara Seyidova 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında əfv məsələləri üzrə şöbənin rəhbəri vəzifəsində çalışıb. Əli Kərimli isə Prezident Apatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (1993) postlarında çalışıb. Partiya sədrinin xanımı sonralar aktiv siyasi fəaliyyət göstərməsə də, hazırda onun AXCP üzvü olduğu bildirilir.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa 1998-ci ildə ailə həyatı qurub. Onun həyat yoldaşı tibb bacısıdır, doğum evində çalışır. İki uşaq anasıdır. Müsahibələrinin birində “mən həyat yoldaşıma heç nəyi qadağan etmirəm, mənə də qarşı heç bir qadağa yoxdur. Çünki mən kənarda hansı formatda və görüntüdəyəmsə, ailəmdə də o formatda və görüntüdəyəm. İkili həyat tərzinə sahib deyiləm” söyləyən F.Musatafanın xanımı siyasətlə ciddi maraqlanmır. O, heç Böyük Quruluş Partiyasının da üzvü deyil.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar Birliyinin sədri kimi ictimai-siyasə nüstəvidə kifayət qədər aktiv xanımdır. Tənzilə xanım Sovet Ticarəti Texnikumunu və Moskva Kooperativ İnstitutunu bitirib. 1980-ci ildən ta bu günədək “Azərittifaq” sistemində işləyir. 1992-ci ildən “Azərittifaq”ın İdarə Heyətinin üzvü, sədrin I müavinidir. Dünyanın bir çox ölkələrində (Avstriya, Hollandiya, Kanada, ABŞ, Almaniya, İsveç və s.) Azərbaycan qadınını təmsil edib. "Xatın" jurnalının təsisçisidir. İki övlad anasıdır. Tənzilə Rüstəmxanlı həm də həyat yoldaşının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. O, hətta 2015-ci ildə keçirilmiş parlament seçkilərində deputatlığa namizədliyini də irəli sürüb. Lakin bunu rəsmiləşdirə bilməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
|