“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                 

"Media əslində mühüm vasitədir və onun missiyası çox önəmlidir"
Tarix: 5-04-2018, 08:58 | Çap et
"Media əslində mühüm vasitədir və onun missiyası çox  önəmlidir"
Aprelin 11-i Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Kütləvi informasiya vasitələrinin seçkilərdə rolu qanunlara yanaşı, medianın beynəlxalq standartlarına və etikasına əsaslanmalıdır. Bu barədə bir çox beynəlxalq təşkilatların çağırışlarında da ifadə edildiyi kimi, kütləvi informasiya vasitələri istənilən ölkədə seçki dövründəki fəaliyyətlərin ədalətli və şəffaf şəkildə göstərilməsi, vətəndaşların öz gələcəklərini müəyyən etdiyi əhəmiyyətli zaman kəsiyində əhatəli məlumatlar ala bilməsi üçün mühüm funksionallığa malikdir.

Maraqlıdır, seçki kampaniyası başlayandan bu günə kimi Azərbaycan mediasının fəaliyyəti necə olub?

Media eksperti Ələsgər Məmmədli Modern.az saytına açıqlamasında deyib ki, seçki prosesində medianın fəaliyyətini daha dəqiq qiymətləndirmək üçün hökmən monitorinq metodologiyasından istifadə olunmalıdır:

“Təbii ki, mən monitorinq aparmadığım üçün detallı danışa bilməyəcəm. Buna baxmayaraq bu istiqamətdə ümumi, olmazsa-olmaz şərtlər var. Birinci növbədə seçkilər zamanı media üzərinə düşən əsas vəzifə həmin prosesdə vətəndaşları maksimum maarifləndirmək və doğru seçim etməsinə yardım etməkdir. İkinci önəmli məqam vətəndaşların informasiya təminatı tam verilməlidir. Yəni vətəndaşlar seçkilərdə kimlərin iştirak etdiyini, prosesin necə davam etdiyini bilməlidir. Təbii ki, medianın üzərinə düşən ən önəmli öhdəlik Seçki Məcəlləsinin 77-88-ci maddələri arasında göstərilib. Bu, bütün tərəflərə bərabər yanaşılmasıdır. Çünki media özü tərəf deyil, sadəcə tərəfdar yarışı əks etdirən aynadır. Lakin bizdə seçkilər yalnız Seçki Məcəlləsinə görə İctimai TV və radio yayımlarında ödənişsiz müzakirə edilə bilir. 168 saatlıq yayım ərzində cəmi 3 saat. Bu, hətta 2 faiz belə efir vaxtı demək deyil. Digər tərəfdən media reklam qiymətləri müəyyən edib Mərkəzi Seçki Komissiyasına göndərib. Məsələn, “Xəzər” televiziyasının praym taymında 1 dəqiqəlik qiymət 7000 manatdan çoxdur. Bu cür astronomik rəqəmlərin qoyulmasının tərcüməsi əslində “mənə toxunmayın, reklam verən deyiləm” deməkdir. Çünki normalda fikirlərini cəmiyyətə çatdırmaq üçün inanmıram ki, hansısa namizəd 10 dəqiqəlik yayıma 70 min manat versin”.

Ekspert qeyd edib ki, hazırda hətta elektron medianın mümkün qədər seçki ilə bağlı proseslərdən tamamən uzaq qalması və seçki yoxmuş kimi davranması müşahidə edilir:

“Maşın sürdüyüm üçün gündəlik radio dinləyirəm. Eyni zamanda televiziya xəbər və proqramlarını da mümkün qədər ekspert kimi izləyirəm. Sanki mediaya əmr verilib ki, seçkilərdən danışılmasın və ya məlumat verilməsin. Yalnız sosial media üzərindən bəzi işlər görülür. Bu da maarifləndirici olmayan, daha çox mizah, satira xarakterli işlərdir. Seçkilər ancaq bu çərçivədə müzakirə olunur. Əlbəttə, bu, bir ölkənin, xüsusilə demokratik idarəli və bu standartı davam etdirmək istəyən bir ölkənin öz gələcəyinə nə qədər biganə olmasının nümunəsidir. Media əslində mühüm vasitədir və onun missiyası çox önəmlidir. Məsələ tək özlərinin pul qazanması üçün deyil, eyni zamanda yaşadıqları dövlətin demokratikliyi çərçivəsində qiymətləndirilməlidir. Buna uyğun davranmaq məcburidir, amma təəssüf ki, buna nə nəzarət , nə də ictimai tələb var”.

Media eksperti Zeynal Məmmədli deyib ki, Azərbaycan mediası cəmiyyətə adekvat hərəkət edir:

“Yəni cəmiyyət necə passivdirsə, mediamız da elədir. Sanki seçki dönəmini yaşamırıq. Müxtəlif kəsimlərin davranışlarını izləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizdə seçki prosesi olduğu hiss olunmur. Cəmiyyətdə də buna təpki yoxdur. Media buna uyğun davranır. Azərbaycan mediasında plüralizm oturuşmayıb. Sanki alternativ media özünə bəraət qazandırır. Yəni hazırda Azərbaycana yaraşmayan situasiyanın şahidi oluruq”.

Müsahibimiz deyib ki, seçki təcrübəmizin olmadığı 1918-ci illərlə indiki zamanı müqayisə edəndə kəskin fərqlər olduğunu görərik:

“Həmin dövrdə “Azərbaycan” qəzetində bütün kəsimlərin baxışları öz əksini tapırdı. Amma indiki rəsmi qəzetlərə baxın. Ümumiyyətlə indi çap mediası öz ruhunu itirib. Saytlar da əhalinin hansı hissəsini əhatə edə bilər ki? Təəssüf ki, bu qədər seçkiyə layiq olmadığımız bir dövrü yaşamamışıq. Hətta sovet dövründə medianın fəallığı nəzərə çarpır, bunun sayəsində seçki atmosferi yayılırdı. Fikir verin, prezidentliyə namizədlərin komandaları ilə bağlı əhalidə heç bir məlumat yoxdur. Məsələ orasındadır ki, əhali də buna maraq göstərmir və normal olaraq media da bu istiqamətdə hər hansı addım atmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru