“Bundan sonra iqtidar və müxalifət arasında normal, sivil dialoq mühitinin yaranması mümkündür”
Tarix: 21-04-2018, 09:45 | Çap et
Azərbaycan hakimiyyətinin ona rəqib olan ənənəvi müxalifəti düşüncəsindən sildiyi, bu düşərgəyə rəqib kimi baxmadığı göz önündədir. Xüsusilə milli azadlıq hərəkatının şinelindən çıxanları iqtidar ən çox ciddiyə almır. Hökumət təmsilçilərinin zaman-zaman verdikləri açıqlamalarda bu, açıq şəkildə görünür.
Prezident İlham Əliyevin aprelin 18-də keçirilən inauqurasiya mərasimindəki çıxışı zamanı da bu bir daha özünü göstərdi.
Sitat: “Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.
Bütün bunlar onu göstərir ki, hakimiyyət də ona rəqib düşərgədə yeni qüvvələrin önə çıxmasında maraqlıdır. Bu, 11 apreldəki prezident seçkilərində bir daha özünü büruzə verdi. İqtidar ənənəvi müxalifətlə bütün körpülərin yandığını yaxşı anlayır, münasibətlərin isə düşmənçilik səviyyəsində olduğunu bilməmiş deyil. İqtidar tərəfindən yeni müxalif qüvvələrə münasibətdə də müsbət rüşeymlər görünməkdədir. Bu isə ümidlənməyə əsas verir ki, hazırda müxalif vitrinə təzə çıxan qüvvələrlə hakimiyyət arasında yaxın gələcəkdə normal iqtidar-müxalifət münasibətləri yaradıla bilər.
Müxalif yeni qüvvələrin öncüllərindən sayılan AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, hakimiyyətin ənənəvi müxalifətə olan münasibəti açıq şəkildə sezilir: “Bunun siyasi və ya şəxsi səbəblərdən yaranması barədə konkret nəsə demək çətindir və eyni zamanda anlaşılmazdır. Çünki siyasi münasibətlərdə belə yanaşmalar qəti yolverilməzdir. Bu yalnız iqtidarın müxalifətə münasibətinə aid deyil, həmçinin də müxalifətin iqtidara münasibətində siyasi rəqabətdən və siyasi rəqibdən daha çox şəxsi düşmənçilik prinsiplərinin yürüdülməsi qəbul olunan deyil. Siyasi mübarizənin siyasi düşmənçiliyə çevrilməsi inkişafa və islahatlara böyük zərbə olur. Belə ki, bu zaman iqtidar, müxalifət və xalq arasında dərin uçurumlar yaranır. Bu uçurumlar isə dövləti xarici müdaxilələr qarşısında zəif duruma salır. Bir sözlə belə düşmən münasibətlərinin zərərini iqtisadi, siyasi, təhlükəsizlik və s. baxımından dövlət və xalq çəkir. Əgər hakimiyyət bu və ya digər səbəblərdən köhnə müxalifətlə işləmək istəmirsə və yeni güclü, sağlam, müstəqil müxalifətin formalaşmasını istəyirsə, ilk növbədə, özünün müxalifətə münasibətini dəyişməlidir. Müxalifəti siyasi sistemin ayrılmaz və labüd hissəsi kimi qəbullanmalı və bundan irəli gələn addımları gecikdirmədən atmalıdır. Artıq bundan sonra iqtidar və müxalifət arasında normal və sivil dialoq mühitinin yaranması mümkündür. Dialoq təklifləri ilk növbədə hakimiyyətdən gəlməlidir. Bu dialoqlar xalqa açıq və şəffaf olmalıdır ki, dialoqun tərəfləri ictimaiyyət qarşısında alnıaçıq olsun. Yəni yersiz ittiham və suçlamalara məruz qalmasın. Ümumiyyətlə, dialoqlar olmamasının özü anormallıqdır. Dünyanın bütün digər dövlətlərində belə dialoqlar mütəmadi olur və ictimaiyyət tərəfindən artıq norma kimi qəbul olunur”.
Partiya sədri fikirlərinə bu cür davam etdi: “Meydan hərəkatından üzü bəri gələn köhnə müxalifətin siyasi səhnədən getməsi hakimiyyətin müdaxiləsi ilə deyil, təbii yolla baş verməlidir. Ümumiyyətlə, müxalifətin formalaşmasına və fəaliyyətinə hakimiyyət birbaşa və dolayısı ilə müdaxilə etməməlidir. Müxalifət sağlam, təbii rəqabət vasitəsi ilə formalaşmalı, güclənməli və ya siyasi səhnədən silinməlidir. Hesab edirəm ki, bu gün müxalif arenada belə anormallığın və qarışıqlığın yaranma səbəbi iqtidarın bu qanada yersiz və kobud təsirləri sayəsindədir. Mən əminəm ki, hakimiyyət bütün müxalifətə qanunvericiliklə nəzərdə tutulmuş normal fəaliyyət imkanı yaratsa, AĞ Partiya kimi yeni siyasi qüvvələr öz real gücünü göstərə biləcək. Biz sağlam və normal fəaliyyət mühiti istəyirik. Bu baş verərsə sağlam rəqabət kimin səhnədə qalmalı, kimin siyasi səhnədən silinməli olduğunu özü müəyyənləşdirəcək. Biz AĞ partiya olaraq belə bir rəqabətdən qətiyyən qorxumuz yoxdur. Hakimiyyət də unutmamalıdır ki, əgər o yerli və milli müxalifətə fəaliyyət imkanı tanımasa, bu yeri xarici qüvvələrə və güc mərkəzlərinə xidmət edən antimilli qüvvələr tutacaq. Belə hal isə nəinki hakimiyyətin maraqlarına daha çox dövlət maraqlarına uyğun deyil. Hər bir dövlətin milli təhlükəsizlik strategiyasında milli müxalifət anlayışının xüsusi çəkisi və önəmi var. Ən azından qardaş Türkiyədə gördük ki, həlledici məqamda müxalifətin iqtidarla bir araya gələ bilməsi qabiliyyətinə görə dövlətçilik xilas oldu. Bir anlıq düşünsək ki, həmin an milli deyil xarici güc mərkəzlərinə bağlı müxalifət güclü olsaydı, o zaman Türkiyənin taleyi necə olardı. Dövlətçiliyi düşünən hər bir iqtidar milli və güclü müxalifətin mövcudluğunda maraqlı olmalıdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|