“Cümhuriyyətin banilərini, onun gördüyü işləri yad etmək heç kimə maneçilik yaratmır” - deputat
Tarix: 1-05-2018, 08:49 | Çap et
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə bir aydan az müddət vaxt qalır. Mayın 28-də ən önəmli tarixi günlərimizdən biri keçiriləcək. Bu ilin yanvarında prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
İndiyə qədər Cümhuriyyətimizin yubileyi ilə bağlı görülən işlərin qənaətbəxş olmadığı barədə fikirlər çoxluq təşkil edir. Deputatlar səviyyəsində dəfələrlə bununla bağlı məsələ qaldırılsa da, belə önəmli tarixi günlə əlaqədar atılan addımlar təqdirəlayiq sayılmır. Qalan 28 gün ərzində Cümhuriyyətə layiq bəzi işlərin görülməsi vacib hesab olunur.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli “Yeni Müsavat”a açıqlamasında AXC-nin yubileyinə olan biganə münasibəti sərt tənqid etdi: “Cümhuriyyətin yubileyi ilə bağlı bir sıra kompleks təkliflər irəli sürənlərdən biri də mənəm. Özü də real təkliflər irəli sürmüşdüm. Ürəklənməyimin səbəbi də o idi ki, prezident bu ili ”Cümhuriyyət ili" elan edib, müəyyən tədbirlərin görülməsini ortaya qoyub. Açıq deyirəm, sanki bəzilərində Xalq Cümhuriyyətinin, onun xadimlərinin adına allergiya var. Prezident bununla bağlı sərəncam veribsə, bunu yerinə yetirmək lazımdır. Bunu qapalı məkanlarda, tədris müəssisələrində keçirmək yetərli deyil. Yaxınlarda Türkiyə Böyük Millət Məclisində bununla bağlı fikirlər söylənildi. Bundan insan fəxr hissi keçiririk ki, Şərqdə ilk demokratik cümhuriyyəti biz yaratmışıq, müsəlmanların ilk demokratik cümhuriyyətinə bu cür yüksək səviyyədə qiymət verilir, onun liderləri layiqli dəyəri alırlar. Bizdə də yüksək səviyyədə diqqət olsa da, təəssüf ki, yerinə yetirilmir. Amma bir sıra məsələlər var ki, bundan şəxsən məmnunam. Əsas təkliflərimizdən biri o idi ki, Cümhuriyyətin yüz illiyi ilə bağlı medal təsis olunsun. Artıq bu medalı bu günlərdə təsis edəcəyik. Cümhuriyyətimizin parlamentinin də yüz illiyi ilə bağlı medal təsis olunması təklifini vermişik ki, yaxınlarda bu da olacaq. Milli Məclisdə böyük bir beynəlxalq tədbir keçiriləcək. Bu, hökmən yayda olacaq, çox güman ki, iyulda keçiriləcək. Bundan əlavə də bir sıra tədbirlər həyata keçiriləcək. İndiyə qədər bəzi tədbirlər keçirilə bilərdi. Məsələn, İtaliya, Norveç, Sinqapur kimi dövlətlərdə vətəndaşlara yardımlar paylanılır. Azərbaycanda da ehtiyat fondumuz yetərli olduğundan yüz illiklə bağlı adambaşı yüz dollar həcmində yardım edilməsi mümkün idi. Təkliflərimizdən biri bu idi ki, iqtisadi vəziyyəti bu bir qədər yaxşılaşdıra bilərdi. Təkliflərimiz sırasında AXC ilə bağlı böyük kompleksin yaradılması idi. Bu kompleks elə böyük olmalıdır ki, hətta ermənilərin qondarma soyqırımla ucaltdıqları abidədən də böyük olsun. Çünki bu təkcə abidə deyil, orada çoxlu simvolik rəmzlər var. Bunlar olardısa, böyük bir muzey ortaya çıxar, Cümhuriyyətimizin xadimlərinin nəşlərinin Azərbaycana gətirilməsi məsələsi də aktuallaşa bilərdi. Orada daim musiqi səslənərdi. Bu kompleks əbədi bir xatirə olar, xalqımızın yaddaşsız olmasına imkan verməzdi. Çünki biz o yaddaşsız xalqıq ki, öz torpağımızda, Bakımızda ermənilər generalımız Səməd bəy Mehmandarova küçə süpürtdürürdü. Buna baxmayaraq ki, biz bu faktı yaddan çıxarıb, Şaumyanın heykəli qarşısında komsomola biət edirdik. Milli Məclisdə də bu fikirlərimi demişəm. Çox ciddi tədbir keçirmək lazımdır. İnsanların qürur duyduğu işləri görmək çox vacibdir. Bunları etmək üçün Azərbaycanın maddi imkanları var. Nələrisə əsirgəmək lazım deyil. Keçmiş gələcəyin dövlət quruluşunu təmin edir. Açığı, çox nigaranam, bəzən hədsiz dərəcədə narahat oluram. Amma yenə deyirəm ki, yuxarıdan bu barədə sərəncam verilibsə, bu işləri görmək lazımdır. Cümhuriyyətin banilərini, onun gördüyü işləri yad etmək heç kimə maneçilik yaratmır. Bu, kampaniya xətrinə olmalı deyil, əbədiyaşar proses olmalıdır".
Deputat bu işləri görməyən aidiyyəti qurumlardan da söz açdı: “Cənab prezident yüz illik yubileylə bağlı sərəncam veribsə, kimsə cürət edib buna mane ola bilməz. Amma görünən odur ki, ləngimələr var. Bu işlə öncəliklə Nazirlər Kabineti məşğul olmalıdır. Məsələni Mədəniyyət Nazirliyinin, Tarix İnstitutunun üstünə atardım. Nazirlər Kabineti böyük bir işlər planı hazırlamalı, ən yüksək səviyyədə buna nəzarət olunmalıdır. Təəssüf ki, bəzən indiki dövlət rəhbərliyi ilə keçmişdəkini üz-üzə qoyurlar, lazımsız mübahisələr açırlar. Keçmişimizlə bizi ayırmaq istəyənlər də az deyil. Cəmiyyətimizi bölməyə cəhdlər var. Biz dünyanın ən hündür bayrağını qoymuşuq, qəlbimizdə də bunu yaşatmalıyıq. Soyuqluğun olduğunu hər kəs hiss edir. Yaxınlarda AMEA-nın Coğrafiya İnstitutunda bir tədbir keçirildi, çox gözəl tədbir idi. Orada bir xatırlatma etdim ki, burada alimlərə dediyimizi Gürcüstanda birinci sinif şagirdləri bilir. Biz də isə cəmiyyətimizin çox hissəsi AXC-nin, onun banilərinin fəaliyyətindən məlumatsızdır. Bunları insanlara öyrətməliyik. SSRİ qurulanda məhz Cümhuriyyətimizin adına görə Azərbaycan adı saxlanıldı. Yubileyə çox az müddət qalır. Heç olmasa bundan səmərəli istifadə edək. Amnistiya qəbul edə bilərik. Parlamentdə bu məsələ bir neçə dəfə qaldırılıb. Əfv sərəncamı mütləq olacaq. Qalan müddətdə telekanallarda rublika hazırlayıb, hər gün Cümhuriyyət barədə məlumat vermək olar. Məsələn, verilişin vaxtı bir saat ola bilər. Ora da tarixçilər, mədəniyyət xadimləri, siyasilər dəvət olunar. Bunu dekabrın sonuna qədər də etmək olar, çünki bu il ”Cümhuriyyət ili"dir".
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Cümhuriyyətə olan ögey münasibətdən narazıdır: “İndiyə qədər görülən işlər qaneedici deyil. Sanki Cümhuriyyətin yubileyinə hazırlıq getmir. Burada iştirakçılıq önəmlidir. Cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə cəlb olunması baş vermir. Dövlət səviyyəsində bəllidir, atəşfəşanlıq olacaq, fişənglər atılacaq, bu və ya digər yerlərdə bu yubiley qeyd olunacaq. Amma bunun yüz illiyə adekvat olduğunu demək düzgün olmazdı. Cümhuriyyət üçün bir neçə film versiyası olmalı idi. Lakin heç bir film çəkilmədi. Hətta şəxsən özüm filmlə bağlı iki il öncə mədəniyyət nazirinə müraciət etdim, amma heç bir cavab verilmədi. Bakının işğaldan azad edilməsi və digər məsələlərlə bağlı heç bir addımlar atılmadı. Bu gün Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı ata evi uşaq bağçasıdır. Bunu muzeyə çevirmədilər. Cümhuriyyətlə bağlı beynəlxalq konfransların keçirilməsi vacib idi, lakin bunlar da olmadı. Hesab edirəm ki, Cümhuriyyətin yüz illiyi çox sönük şəkildə qeyd olunacaq. Bu da bizim Cümhuriyyət ideyasına uyğun davrandığımızı göstərməyəcək. Məndə olan məlumata görə, bu məsələ ilə bağlı Gürcüstan və Ermənistan bizdən çox öndədirlər. Onlar cümhuriyyətçiliyin, dövlətçiliyin nə olduğuna daha çox diqqət yetirirlər. Ümid edək ki, qarşıdakı 28 gündə təxirəsalınmaz addımlar atıla bilər. Amma gecikmişik. Bu da hər halda bizə başucalığı gətirməyəcək. Bakının işğaldan azad edilməsinin yüz illiyinə heç olmasa yaxşı hazırlaşaq, Türkiyədən qonaqlar dəvət edək. Lazımi səviyyədə kitablar buraxılmayıb. Burada bir neçə filmin olması olduqca vacib idi. Bunların isə heç biri yoxdur. Ümid edək ki, yüz illiyi yaxşı keçirə bilməsək də, yüz əlli illiyi daha sağlam, normal bir anlayışla keçirməli olarıq. Çünki Cümhuriyyətin yüz illiyini layiqli şəkildə keçirmək imkanlarını itirdik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|