Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                 

“Hakimiyyət qiyam hazırlığından əvvəldən xəbərdar idi” - Keçmiş baş nazir
Tarix: 4-06-2019, 08:25 | Çap et
“Hakimiyyət qiyam hazırlığından əvvəldən xəbərdar idi”
Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə nəticələnən 4 iyun qiyamından 26 il keçdi. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissənin bu şəhərdə ölkə hakimiyyətinə qarşı qaldırdığı hərbi qiyam qısa müddətdə ölkənin digər bölgələrinə də keçmiş və yerli hakimiyyət orqanları zəbt olunmuşdu. Gəncədə isə Milli Qvardiyanın komandiri Tahir Məmmədov daxil 20-yə yaxın əsgər qiyamçılar tərəfindən qətlə yetirilmişdi. Hakimiyyət Surət Hüseynovla danışıqlar aparmaq üçün ölkənin baş prokuroru İxtiyar Şirinovu, Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbəri Gəncəyə göndərsə də, qiyamçılar onları girov götürmüşdülər.

Hərbi qiyam Xalq Cəbhəsi hakimiyyətinin ömrünə son qoydu. Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və nəhayət, hakimiyyətin devrilməsi ilə nəticələnən hərbi qiyamın yaratdığı suallar bu gün də aktualdır.

Əbülfəz Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseyn iyun hadisələrinin 25-ci ildönümündə “Yeni Müsavat”a açıqlamasında bəyan edib ki, ölkədə qiyam hazırlandığı haqda hakimiyyət xeyli əvvəldən xəbərdar idi: “Hərbi qiyama hazırlıq getdiyi barədə hakimiyyətə informasiyalar daxil olurdu. Hərbi qiyama siyasi qüvvələrin də dəstək verdiyi, hətta qiyamın hazırlanmasında iştirak etdiyi bizə əvvəldən məlum idi. O dövrdə Ali Sovet buraxılmışdı və Milli Məclis onun səlahiyyətlərini həyata keçirirdi. Lakin Ali Sovetin deputatlarının səlahiyyətləri ləğv edilməmişdi. 153 deputatın imzası ilə Gəncədə Ali Sovetin sessiyasının keçirilməsi tələbi irəli sürülmüşdü. Plan belə idi ki, Gəncədə separatçı hökumət təşkil olunsun. Bu barədə bizdə əməliyyat məlumatları var idi. Daha bir hazırlıq Surət Hüseynovun rəhbərliyi ilə aprelin 10-da hərbi birləşmə yaradılması və orada iclas keçirilməsi idi. İclasda Rəhim Qazıyev və digər mülki şəxslər də iştirak eləmişdi. Bir sözlə, həmin iclasda qiyamın rəhbərliyinə daxil olan şəxslərin əksəriyyəti olmuşdu. İclasda Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə teleqram-ultimatum göndərilmişdi. Tələblər ondan ibarət idi ki, aprelin 29-na qədər Kəlbəcər azad olunsun, maaşlar 4 dəfə qaldırılsın, tələbələrin təqaüdü qaldırılsın, xarici ölkələrlə neft danışıqları dayandırılsın”.

Qiyamın baş verməməsi üçün addımların atılmasına gəlincə, keçmiş baş nazir deyir ki, bu istiqamətdə bir sıra tədbirlər görülüb: “Ali Sovetin Gəncədə iclasının çağırılması tələbini imzalayan 153 deputatla izahat işləri aparıldı. Onların 110-u öz imzalarından imtina elədi. Müəyyən tədbirlər də görülürdü. Müdafiə Nazirliyinin komissiyası yaradılmışdı və Gəncədə Surət Hüseynovun komandirlik etdiyi 709 saylı hərbi hissədə araşdırma aparılması tapşırığı verilmişdi. Mayın 21-də nazirliyin komissiyasının üzvlərinə həmin hərbi hissədə xəsarət yetirilmişdi və araşdırmaya imkan verməmişdilər. Prezidentin başçılığı ilə mayın 25-də Təhlükəsizlik Şurasının iclası oldu və müdafiə nazirinə həmin hərbi hissəni ləğv etmək barədə tapşırıq verildi. Milli Təhlükəsizlik Nazirliyi əməliyyat məlumatı əldə etmişdi ki, mayın 28-də hərbi qiyam qaldırılacaq. Mayın 28-də Ali Sovetin sədri İsa Qəmbərin Gəncəyə səfəri planlaşdırılmışdı. MTN məlumat əldə etmişdi ki, məhz həmin gün Gəncədə hərbi qiyam qaldırıb İsa Qəmbəri girov götürməyi planlaşdırıblar. Buna görə də İsa Qəmbərin bayram günü səfəri Gəncəyə yox, Zaqatalaya reallaşdırıldı. Bu və digər səbəblərdən hərbi qiyam mayın 28-də baş tutmadı. Zaman keçdikcə məlum olur ki, qiyam başlamazdan əvvəl daha qəti addımlar atılmalıydı”.

P.Hüseynin sözlərinə görə, hərbi qiyamın qalib gəlməsinə ən ciddi səbəb əslində siyasi qiyamın da qaldırılması idi: “Hərbi qiyamçılarla siyasi qiyam qaldıran qüvvələr birlikdə hərəkət edirdilər. Hələ 4 iyundan əvvəl Gəncədə qiyama hazırlaşan qüvvələrin Bakıdakı siyasi qüvvələrlə telefon danışıqları xüsusi xidmət orqanları tərəfindən dinlənilmişdi. Həmin danışıqlarda təlimatlandırılmaların olduğu açıq görünürdü. Həmçinin kəşfiyyat məlumatı almışdıq ki, qiyama hazırlaşanlarla Moskva arasında intensiv əlaqə var”.

Bəs Surət Hüseynov niyə həbs edilmirdi?

P.Hüseyn: “O dövrlərdə Surət Hüseynovu həbs eləmək o qədər də asan deyildi. Baş prokurorun Surət Hüseynovun həbsi ilə bağlı sanksiyası var idi. 4 iyunda Surət Hüseynovu həbs etmək üçün cəhd edildi. Nəticədə məlum qanlı hadisələr baş verdi. Qiyamın yatırılması əməliyyatına hərbi baxımdan müdafiə naziri, siyasi baxımdan mən rəhbərlik edirdim. Surətin həbsini Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirməli idi. Surət Hüseynov həbs edilsəydi, ola bilərdi ki, hadisələr başqa istiqamətə-hakimiyyətin xeyrinə inkişaf edərdi. Ancaq unutmaq lazım deyil ki, 4 iyun qiyamında Surət zəncirin bir həlqəsi idi. Qiyamın dərin kökləri var idi. Sonrakı proseslər və baş verənlər bunu göstərdi. Bununla belə, qiyamın qarşısını almaq mümkün idi”.

Sabiq baş nazir bu fikirdədir ki, 4 iyun qiyamı olmasaydı və ya qiyamın qarşısını almaq mümkün olsaydı, Azərbaycanın taleyi tamam fərqli olacaqdı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru