SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                 

"Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür"
Tarix: 5-06-2019, 09:41 | Çap et
"Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür"
Azərbaycan müxalifətinin ötən ilin son ayından başlanan və bu ilin ilk aylarında yüksələn aktivliyi son bir-iki aydır müşahidə olunmur. Hazırda müşahidə olunan müxalifət düşərgəsinin 5-6 aylıq fəaliyyəti sıfırlayıb yenidən formatlanma etməsi zərurətinin meydana çıxmasıdır. Söhbət etdiyimiz müxalif partiya sədrlərinin dediklərindən də bu qənaətə gəldik ki, müxalifətin yenidən formatlanması gözlənilir və buna ehtiyac yaranıb.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn öncə bildirdi ki, AMİP, Böyük Azərbaycan Partiyası və AXP-nin rəhbərliyinin son təşəbbüsünün hansısa blok yaratmaq, yaxud yeni müxalifət formatı kimi təqdim olunması doğru deyil: “Çünki belə bir məqsəd yoxdur. Bu, sadəcə olaraq, Azərbaycan siyasi proseslərinin əsas subyekti olan siyasi partiyalar formatında ölkədə hazırda müzakirə olunan siyasi islahatlar məsələsinin müzakirəsinə nail olmaq və əgər mümkün olarsa, müəyyən təkliflərlə cəmiyyət qarşısında, hakimiyyət qarşısında təkliflərlə çıxış eləmək məqsədi güdür. Hələlik ortada konkret seçki məsələsi ilə bağlı ciddi hərəkətlənmə görünmür. Bunun da səbəbi aydındır. Çünki ümumiyyətlə, indiki siyasi şəraitdə seçkilərdə iştirak məsələsi bir müzakirə predmetidir. Müxalifətdə, onun elektoral bazası içərisində belə bir diskussiyalar gedir. O fikir də var ki, indiki seçki şəraiti, onun siyasi aspektləri dəyişməsə, seçkilərdə iştirak eləməyin özü mümkünsüzdür. Mən tərəfdarıyam ki, seçkilərdə konkret halda, konkret müddətdə iştirak haqqında qərar verilib-verilməməsindən asılı olmayaraq, daim seçkilərə hazırlanmaq lazımdır.

Əvvəla, bu siyasi fəallıqdır, siyasi fəallıq da proseslərin getməsi üçün həlledici şərtdir. İkincisi, ”seytnot" vəziyyətində qalmaq olmaz. Nəzərə alaq ki, əgər növbədənkənar parlament seçkiləri olmayacaqsa, seçkiyə təxminən bir il vaxt qalır. Ona görə də seçkilərə hazırlaşmağa başlamaq lazımdır. Əslində bu məsələ artıq gecikir. Müəyyən ideyalar, fikirlər var. Partiya rəhbərləri arasında görüşlər gedir. Dünən Fazil Mustafa ilə görüş olub. Fərəc Quliyevlə, Qüdrət Həsənquliyevlə görüşümüz planlaşdırılıb, YAP-ın rəhbərliyi ilə təmaslar olub. Amma hələlik bu istiqamətdə hansısa qərarlardan, razılaşmalardan danışmaq olmaz. Siyasi islahatlar mövzusunun birgə müzakirəsinin keçirilməsi üçün birgə tədbirin hazırlanması ilə bağlı danışıqlar aparılır. Siyasi partiyaların rəyləri dinlənilir, deyilir ki, əgər təkliflər varsa, ortalığa qoyulsun, əgər tədbir olacaqsa, gəlib öz mövqelərini ifadə eləsinlər. Yəni aparılan görüşlər məsləhətləşmə xarakterlidir. Aparılan bu cür görüşlər hansısa yeni formatlanma kimi başa düşülməməlidir".

Bununla belə, Pənah Hüseyn qeyd elədi ki, yenidən formatlanma istiqamətində yaxın vaxtlarda addımlar atılacaq: “Məsələn, Xalq Partiyasının Siyasi Şurasında ”Xalq" seçki bloku yaradılması haqqında müzakirələr gedib. Təkcə müxalifət daxilində deyil, ölkə rəhbərliyi səviyyəsində siyasi islahatların anonsu verilib. Bunun reallaşıb-reallaşmaması məsələsi yaxın dövrlərdən etibarən görünəcək. Bütövlükdə ölkədə ictimai-siyasi proseslərin səviyyəsinin yüksəlməsini müşahidə edirik. Hesab edirəm ki, bunun daxili səbəbləri, həm də regional, qlobal xarakterli səbəbləri var. Bir qanunauyğunluq şəklində proseslər gedir və özünün məntiqi nəticəsini tapacaq".

ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, müşahidə olunan indiki proseslər müxalifətin yenidən formatlanması hesab edilməməlidir, lakin formatlanmaya ehtiyac var: “Beş-altı ay öncə ölkədə müxalifətin özündən asılı olmayaraq bir siyasi aktivlik meydana gəldi. Sonra müxalifət aktivləşdi və müxalifətin aktivləşməsi uğursuzluğa gətirib çıxardı. Yəni müxalifətin 5-6 aylıq fəaliyyəti sonda sıfırla nəticələndi. Bunun da səbəbi odur ki, bəzi siyasi qüvvələr ictimai-siyasi hadisələrin təbii qanunauyğunluqlarına fikir vermirlər. Təşkilatlanma mərhələsi çatmamış təşkilatlanmağa cəhd edirlər, mitinq mərhələsi gəlməmiş mitinq keçirirlər. Bu cür yanlışlıqlar sonda uğursuzluğa gətirib çıxarır. Cəmiyyətin özündə alt layda qızışma gedir, amma bəzi müxalif qüvvələr fürsətcillik edib prosesləri vaxtından əvvəl qızışdırmağa çalışırlar. Bu isə prosesə zərbə vurur. Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür. Yeni blokların yaranması məsələsinə gəldikdə, yeni birlik və blokların yaranması təbiidir. Bunu yenidən formatlanma saymıram. Siyasi situasiya dəyişdikcə, müxalifət də yenidən formatlanmalıdır. Başqa cür ola da bilməz. Hər dövrün şərtlərinin özünün diktə etdiyi tələblər var. Bu tələblərə cavab verilməlidir. Yeni şərtlərə uyğun gələn bloklaşma olmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru