"Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                 

"İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır" - deputat
Tarix: 15-08-2019, 08:13 | Çap et
"İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır"
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qurban bayramından öncə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. Görüş səfirin dəvəti ilə baş tutub. F.Mustafanın Şah İsmayıl Xətai adına medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqalın getdiyi günlərə təsadüf etməsi kifayət qədər maraq doğurub. Deputatla görüşün detalları barədə söhbət etdik.

- Fazil bəy, səfir tərəfindən görüş dəvəti sizin üçün gözlənilməz olmadı?

- Xeyr. İran səfiri kifayət qədər istiqanlı, səfirlər içərisində diskussiyalara açıq bir şəxsdir. İndiyə qədər ki, İran səfirlərindən fərqli olaraq, Azərbaycan cəmiyyətinə həssaslığı olan, hansısa bir prosesləri açıq şəkildə həyata keçirən səfirdir. Ona görə də bu İran səfirinə qarşı münasibətim normaldır. Özü də çox savadlı insandır. Bölgədəki durumla bağlı açıqlamalarım olmuşdu. Mən sırf Azərbaycan maraqlarından bu problemə yanaşıram. Hesab edirəm ki, hər hansı bir şəkildə bölgədə gərginliyin artmasından ən böyük ziyanı biz çəkə bilərik. Olası bir müharibə təhlükəsində Azərbaycan qaçqınlar problemi, iqtisadi çətinliklər yaşaya bilər. Təsəvvür edin ki, yolun bağlanması Naxçıvanla əlaqədə yaşayacağımız problemi, gediş-gəlişdə nə qədər problemlər yaşayacağımızı indidən proqnozlaşdırmağa əsas verir. Səfirlə daha çox bu istiqamətlərdə söhbətimiz oldu.

Azərbaycan cəmiyyətində insanlar anlamalıdırlar ki, bizim, ümumiyyətlə, hər hansı bir dövlətə qarşı düşmənçiliyimiz yoxdur. Ölkəmizdə zehniyyətə qarşı çıxış edərkən konkret dövləti suçlamırıq. Biz öz vətəndaşlarımızın problemi kimi məsələyə baxırıq. Məsələn, İran olimpiadada, biri qızıl olmaqla, üç medal qazanırsa, Azərbaycan da qazana bilmirsə, bu bizim üçün düşündürücüdür ki, bizim çox vaxt bəyənmədiyimiz İranın elmi, xüsusilə informatika, riyaziyyat, fizika sahəsinə irəliləyişi bizdən üstündür. Bunun üçün də biz qonşu ölkələrdən nəyisə öyrənməyə çalışmalıyıq. Neqativ məsələlər varsa, bunu da dilə gətirməkdən çəkinməməliyik. Mənim İranla bağlı səsləndirdiyimiz hər hansı bir fikirlər düşmənçilik xarakteri daşımır. İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır. Çünki mənim düşüncəmə görə, İran düşmən ölkəyə yardım etməsə, Azərbaycanla ən yaxın müttəfiq bir qonşu ölkə kimi münasibətlər qura bilər. Bunu hər dəfə görüşlərdə dilə gətiririk. Görüşlərə, fikirlərimizə onların da maraq göstərməsi onu göstərir ki, fikirlərimizi dəyərləndirirlər. Bunun ictimai rəyə təsir göstərdiyini hər halda özləri də söyləyirlər. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan maraqlarının necə qorunması istiqamətində qonşu ölkələrlə əlaqələrimizi daha da inkişaf etdirə bilək. Mənim Türkiyə və digər ölkələrin səfirləri ilə də görüşlərim olur. Rusiya səfirliyinin də tədbirlərində iştirak edirəm. Hər üç ölkənin işçi qrupunun üzvüyəm. Bəzi mətbuat orqanlarında yazılır ki, Fazil Mustafa kimisi hansısa dünyagörüşü müdafiə edən şəxsləri hansısa ölkənin agenti adlandırır. Amma bu qətiyyən belə deyil. Hamını ucdantutma agent adlandıra bilmərəm. Çünki hərənin öz düşüncəsi, dünyagörüşü var. Kimsə fikirlərimizi qəbul etməyə də bilər. Biz öz fikirlərimizi kiminsə düşüncələrini dəyişmək üçün səsləndirmirik. Azərbaycan cəmiyyətində hər doğrunu anındaca qəbul etsəydilər, niyə erməniyə uduzurduq ki? Vaxtilə kimsə Qarabağla bağlı hansısa addımlar atmağı açıq şəkildə söyləyəndə az qala televiziyadan, tribunadan düşürməyə çalışırdılar. Nə olsun? Sonra uduzan kim oldu? Soyuqqanlı şəkildə qaldırılan məsələləri müzakirə etmək lazımdır. Fikir söyləyirəm, kimsə qəbul etməsin. Amma fikirləri top-tüfənglə qarşılamağın adı nədir?

- Xətai ilə bağlı dartışmaların getdiyi günlərə görüş təsadüf etdi. Bu barədə nə deyə bilərsiniz?

- Görüşün bu məsələ ilə bağlı heç bir əlaqəsi yox idi. Açığı, bu mövzuda heç söhbət olmadı. Axı bu mövzu iranlıları maraqlandırmır. İranlıları nə maraqlandırır ki, Azərbaycanda kimsə X əsrdə qalacaq, kimsə də XXI əsrə gedəcək. Əsas müzakirə o oldu ki, bölgədə hansı addımlar atılsın ki, müharibə riskləri olmasın. Bizim üçün də maraqlı idi ki, İranın hansı addımları bu istiqamətdə nəzərdə tutulub.

- Sizin hər zaman anti-şiə mövqedə olduğunuz bildirilir. İran səfiri ilə görüşdə dinlə bağlı fikirləriniz də müzakirə edildimi?

- Mənim anti-şiə mövqeyim yoxdur. Cahillik harada varsa, sadəcə, ona qarşı çıxış edirəm. Şiələrin içərisində kifayət qədər ağıllı, savadlı insanlar var. Onlar mənim dostlarımdır, hətta onlarla ibadət də birlikdə edirəm. Sadəcə, bəzi çevrələr belə fikirlər formalaşdırır ki, guya mən anti-şiə mövqeyindəyəm. Mın cəhalətin ölkədə yayılmasının əleyhinəyəm. Bu cəhaləti təkcə şiə yaymır ki? Əhli-sünnə olanlardan cəhalət yayanların sayı qat-qat çoxdur... Bir PKK-çının Azərbaycan siyasətinə sırıdığı bir nəfər bizi müəyyən təriqətlərə bağlamağa çalışır. Baxırsan ki, adam savadsızdır. Nə olsun ki, Qurandan 30 cild təsfir yazdığını deyir. Ərəb dili, Quran bilicisi olan Fəxrəddin Razi 23 cilddən o tərəfə getməyib. Digərləri də həmçinin. Dində mən heç kimə qarşı deyiləm, nə də kiminləsə dostam. Dində öz anlayışım var. Kimsə qəbul etmirsə, özü bilər. Mən Həsən bəy Zərdabi, Mirzə Cəlil, Axundov və bu tipli digər şəxslərdən daha böyük düşüncə adamı kimi özümü təqdim etmirəm ki? Sadəcə, deyirəm ki, XXI əsrdə də Azərbaycanda heç nə dəyişməyib. Məsələn, bu gün Saleh Məmmədov mənim üçün Novruzəlidir. Onun bir yazısı bunu sübut etdi. İnsanları parta arxasına təzədən otuzdurub, savad verəsi deyilik ki. Açığı, bu tipli məsələlərdə təkrar mübahisə açmağın tərəfdarı deyiləm. Fikirlərimin haqlı olduğu zaman-zaman özünü göstərəcək.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru