Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                 

“Ölkənin daxilində və xaricində müəyyən qruplar mövcuddur ki, öz istəklərini bizə eksport etmək istəyiblər, amma...” - deputat
Tarix: 22-08-2019, 09:20 | Çap et
“Ölkənin daxilində və xaricində müəyyən qruplar mövcuddur ki, öz istəklərini bizə eksport etmək istəyiblər, amma...”
Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə regiondakı proseslər, Rusiyada keçirilən nümayişlər, bu aksiyaların postsovet coğrafiyasına və Azərbaycana təsiri, o cümlədən ABŞ-ın Gürcüstanda baza qurmağa hazırlaşması barədə söhbətləşmişik.

A.Mirzəzadə habelə hakimiyyətin atdığı addımlar, daxili və xarici siyasətində Rusiyanı təkrarlaması fikirləri, xaricdən səslənən bəyanatlar, payızda ölkədə hansısa qarışıqlıq olacağı iddiaları və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Aydın müəllim, Azərbaycandakı ictimai-siyasi vəziyyət qonşularla müqayisədə nə ilə fərqlənir?

- Hesab edirəm ki, ilk növbədə Azərbaycanda davamlı sabitlik, ictimai təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması bizi fərqləndirir.

Eyni zamanda dövlətin sahibkarlığa dəstəyi, insan haqlarının qorunması, iqtisadiyyatda xarici kapitala qoyuluş və vətəndaşlar üçün cəlbedici şərait olması vurğulanmalıdır.

Ölkədə sosial problemlərin həll edilməsi, vətəndaşların müraciətlərinə baxılması qeyd edilməlidir.

Bizim ölkədə yaşayan müxtəlif xalqların dininə, mədəniyyətinə böyük hörmətimiz var və Azərbaycan tolerant bir respublika kimi tanınır.

- Gürcüstanda vaxtaşırı, bir neçə gün qabaq Ermənistanda parlament önündə, habelə günlərdir Rusiyada aksiyalar keçirilir. Bu mənada bizdəki sakitliyi müxalifətin zəifləməsi ilə əlaqələndirməliyik, yoxsa?

- İnsanlar o zaman küçəyə çıxır ki, onların problemləri kabinetdə həll olunmur. Yəni hakimiyyət idarəçilikdə effektli mexanizm yarada bilmir, vətəndaşların səsini eşitmək üçün lazımi sistemi qura bilmir.

Azərbaycanda vətəndaşların müraciətləri istərsə dövlət başçısına, istərsə müxtəlif instansiyalara zamanında çatdırılır, bu çağırışlar dövlət rəhbərliyi tərəfindən eşidilir.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hər bir ailənin probleminə reaksiya verir, həllinə kömək edir, vətəndaş öz dövləti tərəfindən ona göstərilən qayğını görür, dayağı hiss edir, dövlətinə arxayın olur.

Lakin Azərbaycanda müəyyən qruplar var ki, onlar ruhən müxalifətçidirlər, iqtidar olmaq istəyirlər. Bu da başadüşüləndir.

Ancaq onların keçirdikləri aksiyalar kütləvi xarakter daşımır və vətəndaşlara aidiyyəti yoxdur. Çünki özləri üçün keçirirlər.

Azərbaycanda çox yaxşı sosial sistem var, insanlara diqqət yetirilir, maraqları qorunur, əhalinin sosial problemləri həll olunur.

Heç kəs demir ki, Azərbaycanda hamının maaşı yüksəkdir, heç kəs demir ki, problem tamamilə yoxdur. Əlbəttə, həll edilməli məsələlər var və problemlər deyilir, dilə gətirilir, tərəfimizdən də səsləndirilir, çıxış yolları da göstərilir. Belə desək, Azərbaycan hakimiyyəti cəmiyyətə həmişə hesabat verir.

- Bəzən fikirlər səslənir ki, Azərbaycan hökuməti Rusiya iqtidarının siyasi texnologiyalarını təkrarlayır. Siz bu mülahizəni bölüşürsünüzmü?

- Bu fikirlə qətiyyən razı deyiləm. Hər bir ölkənin öz mexanizmi, idarəçilik sistemi var. Azərbaycan müstəqillik dövründə spesifik modelini yaradıb və daim yenilənir, o cümlədən beynəlxalq təcrübədəki yaxşılardan nümunə götürülür, istifadə edilir.

Amma hansısa ölkənin modelinin Azərbaycana gətirilməsindən söhbət gedə bilməz. Kimlər ki, Azərbaycanın Rusiyadan idarəçilik modelini götürdüyü fikrini səsləndirir, onların məqsədi iki dövlət arasında münasibətləri pisləşdirməkdir.

Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə xoş münasibət saxlayır, bu əlaqələrin daha da dərinləşməsində maraqlıyıq, heç bir dövlətin daxili işlərinə qarışmırıq. Azərbaycan öz milli maraqlarını qoruyur və vətəndaşlarının istəklərini yerinə yetirir.

- Sizcə, Rusiya ilə Azərbaycanın arasını vurmaq istəyənlər Qərbdəki dairələrdir?

- Mən ad çəkmək istəməzdim. Ermənistan istisna olmaqla, bizim bütün qonşu dövlətlərlə xoş münasibət saxlamaq üçün imkanlarımız var.

- Siyasətçilər arasında bu fikirdə olanlar var ki, Moskvada Putin əleyhinə keçirilən nümayişlər postsovet respublikalarında siyasi fəallığa təsir edə bilər. Sizin gözləntiləriniz nədir?

- Mən başqa ölkələrlə bağlı proqnoz verə bilmərəm. Lakin Azərbaycan heç kəsdən asılı deyil və bu hadisələrin ölkəmizə təsirini gözləmirəm. Rusiya böyük ölkədir, onun problemlərini həll etmək potensialı, resursu var.

- Xaricdəki azərbaycanlılardan bəziləri oktyabr-noyabra Azərbaycanda “inqilab təyin ediblər”. Bu mənada Rusiyada etirazların güclənməsi payızda bizə transformasiya ola bilərmi?

- Azərbaycanın daxilində və xaricində müəyyən qruplar mövcuddur ki, öz istəklərini bizə eksport etmək istəyiblər. Amma bizim öz inkişaf xəttimiz var və hansısa ölkənin qarşılaşdığı vəziyyəti bizə daşımaq mümkün deyil. Əgər kütləvi protest varsa, deməli, problemlər var. Azərbaycanda etirazlar kütləvi deyil və təbii ki, hakimiyyət də vətəndaşlar qarşısında öz məsuliyyətini dərk edir.

Cənab prezidentin və Mehriban xanımın fəaliyyətinin mərkəzində vətəndaşların maraqları, əhalinin sosial rifahının yüksəldilməsi durur. Bu fəaliyyət də göz qabağındadır.

Prezident tərəfindən maaşlar, pensiyalar artırılır, regionlarda yeni iş yerləri açılır, iş adamlarına dəstək verilir, qeyri-neft sektorunda inkişaf var. Ölkəmizə gələn turistlərin günbəgün çoxalması da bu sektorun inkişafına təsir edir.

Prezidentin bölgələrə hər səfəri yeni iş yerlərinin, müəssisələrin açılması ilə müşayiət olunur. Bu baxımdan insanların problemləri hakimiyyətin diqqətindən kənarda deyil.

- “Novaya Vremya” bugünlərdə yazıb ki, ABŞ Gürcüstanda üç hərbi baza qurmağı nəzərdə tutur. Nəzərə alsaq ki, Ermənistanda Rusiya hərbi bazası var, Gürcüstanda Amerika hərbi bazaları olarsa, Azərbaycan hansısa strateji seçim etməli olacaqmı?

- Biz nəyə görə strateji seçim etməliyik? Azərbaycana qonşu olan ölkələr öz xarici və daxili siyasətinə uyğun seçim edir. Və burada bizə toxunan məsələ yoxdursa, onların seçiminə hörmətlə yanaşmalıyıq.

Ermənistanda Rusiyanın hərbi bazasının olmasına narazılıq edirik. Çünki torpaqlarımız işğal olunub və onlardan zaman-zaman Azərbaycanla müharibədə rus hərbi bazasından istifadə ediləcəyi hədəsi gəlir. Çünki Ermənistan Azərbaycanla müharibəyə Rusiyanı cəlb etmək istəyir. Rusiya rəsmi dairələri isə imtina edir, Ermənistan tərəfinin dediklərini qəbul eləmirlər.

Azərbaycan bu gün həm Rusiya, Avropa, Amerika, həm Türkiyə və İranla çox yaxşı münasibət saxlayır. Bizim müstəqil siyasətimizə hörmət edirlər.

Azərbaycandan mütəxəssislər NATO-ya hərbi təlimə gedirlər. Eyni zamanda Rusiyadan və dünyanın başqa ölkələrindən hərbi texnika alırıq. Bu da hörmət doğurur.

Təsadüfi deyil ki, dünyanın iki nəhəng hərbi bloku olan NATO-nun və Rusiyanın Baş Qərargah rəisləri növbəti dəfə görüş yerini Azərbaycan seçdilər. Bu, qazandığımız etimadın göstəricisidir

Eyni zamanda Avroliqa finalının Bakıda keçirilməsi dünyanın diqqətini ölkəmizə yönəltdi. Biz bu yarışdan 780 milyon qazanc əldə etdik və stadionun inşasına xərclənən maliyyədən daha çox vəsait büdcəyə qaytarıldı.

- Sizcə, Ermənistanda və Gürcüstanda hərbi bazalar məsələsinə görə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması nə dərəcədə aktualdır?

- Hesab etmirəm ki, Azərbaycanda hərbi baza yaranmasına ehtiyac var. Azərbaycanın Türkiyə ilə siyasi-hərbi əlaqələri ən yüksək səviyyədədir.

İki qardaş arasında münasibətlərdə nə mümkündürsə, bizim Türkiyə ilə əlaqələrimiz bu gün elədir. Ona görə də düşünürəm ki, əlaqələrin bir qədər də dərinləşməsi üçün yeni variantlar axtarılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru