Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

“Çox da uzaq olmayan bir vaxtda biz artıq hər iki tərəfi qane edən sazişin imzalanmasını görəcəyik” - deputat
Tarix: 31-08-2019, 09:57 | Çap et
“Çox da uzaq olmayan bir vaxtda biz artıq hər iki tərəfi qane edən sazişin imzalanmasını görəcəyik”
Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi ilə bağlı sənəd hazırlanması üçün aparılan danışıqların sentyabr ayında davam etdiriləcəyi barədə məlumat yayılıb. Avropa Komissiyası isə yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir. Bu barədə “Trend” Avropa Komissiyasındakı mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir: “Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib”. Bildirilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.

Bu arada Azərbaycanla Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq barədə yeni saziş layihəsi üzərində danışıqlarda yaranmış əsas əngəllər məlum olub. Virtualaz.org xəbər verir ki, bu haqda Brüsseldəki diplomatik mənbələr EURACTİV.com portalına məlumatları sızdırıblar.

Sayt yazır ki, Yunkerin komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker) Azərbaycanla yeni ticarət-siyasi razılaşmaya dair danışıqların qarşıdakı iki ay ərzində yekunlaşacağına ümid edir, bir şərtlə ki, Bakı layihənin ticarət hissəsində irəliləsin.

Məlumatda deyilir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına əsaslanır. 2017-ci ilin fevralından tərəflər yeni çərçivə razılaşmasına dair danışıqlara başlayıblar. Bu danışıqlar sona yaxınlaşır, amma bəzi həll edilməmiş məsələlər var. Avropa Komissiyasındakı mənbə deyib: “Azərbaycan yeni siyasi-ticarət razılaşmasının imzalanmasında maraqlıdır, amma buna görə qiymət ödəmək istəmir. Top Bakının meydançasındadır və komissiya üzərinə düşən işi yerinə yetirməyə hazırdır. Bir şərtlə ki, Bakı mövqeyinə yenidən baxsın”.

Avropa Komissiyasındakı mənbə onu da bildirib ki, Avropa İttifaqının rəhbərliyi azad bazar iqtisadiyyatı qaydalarını xatırladanda Bakı ilə danışıqlarda çətinliklərlə qarşılaşır.

Məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların gedişi barədə mətbuatdan xəbər alır: “Danışıqların gedişi barədə Xarici İşlər Nazirliyi daha məlumatlı olar. Yəqin ki, saziş sənədi imzalanması ərəfəsində artıq hansı məsələlərin razılaşdırıldığı barədə məlumat veriləcək. Əsas odur ki, bu gün Avropa İttifaqı və Azərbaycan qarşılıqlı surətdə əməkdaşlıq etmək arzusundadırlar. Bu əməkdaşlığın bütün sahələri əhatə etməsinə, dərinləşməsinə çalışırlar. İndinin özündə də bu beynəlxalq regional təşkilatla Azərbaycan arasında sıx əlaqələr var. Bu əlaqələrin böyüməsinə, geniş sahələri əhatə etməsinə çox böyük ehtiyac var. Azərbaycan özünün dövlətçiliyinin inkişafında Avropa dövlətlərinin də təcrübəsindən istifadə edir. Bu gün Azərbaycanda demokratik inkişaf gedir, insanların hüquq və azadlıqlarının qorunması üçün dövlət daim öz fəaliyyətini daha da təkmilləşdirir, sosial rifahın yaxşılaşması üçün maksimum addımlar atılır, eyni zamanda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün maksimum səylər göstərilir. Hesab edirəm yəqin ki, sözügedən sənəd layihəsində razılaşdırılmamış məqamlar varsa, bu məsələ də həll ediləcək. Çox da uzaq olmayan bir vaxtda biz artıq hər iki tərəfi qane edən sazişin imzalanmasını görəcəyik”.

“Belə məlumatlar da yayılır ki, saziş məsələsində Azərbaycana diktə ilə nələrisə qəbul etdirmək istəyirlər. Saziş layihəsinin hələ də tam hazır olmamasında bu amil də rol oynayır. Bu barədə sizin mövqeyiniz necədir?” sualına A.Mirzəzadə belə cavab verdi: “Artıq bütün dünya özü üçün yəqin edib ki, Azərbaycanla diktə ilə danışmaq olmaz. Azərbaycanla ancaq qarşılıqlı surətdə maraqlara hörmət edilməsi, ümumi əməkdaşlıq prinsiplərinin razılaşdırılması ilə danışmaq olar. Azərbaycan müstəqil dövlətdir və müstəqil daxili, xarici siyasət yürütmək bizim üçün ən vacib məsələlərdəndir. Avropa İttifaqı Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycan da Avropa İttifaqı üçün o qədər lazımdır. Dünyada artıq diktə dövrü bitib. Kimsə Ermənistan kimi forpost olması ilə razılaşırsa bu, onun daxili işidir. Ancaq Azərbaycanla heç bir zaman zor gücü ilə danışmaq, onun milli maraqlarına, insanlarının maraqlarına zidd olan mövqe qəbul etməsi mümkün olan məsələ deyil”.

Qeyd edək ki, Brüssellə müzakirələri aparan azərbaycanlı rəsmilərin dəfələrlə bildirdiyi kimi, Azərbaycanın Aİ ilə danışıqlarda öz strategiyası var. Azərbaycanın Aİ ilə əməkdaşlıq gündəminə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin dərinləşməsi daxildir. Lakin Bakı regiondakı və dünyadakı bütün amilləri, güc mərkəzlərini nəzərə almaqla bundan sonra da praqmatik siyasət aparacaq. Yəni müstəqil, özünün milli, iqtisadi, siyasi və geosiyasi maraqlarına əsaslanan siyasətini davam etdirəcək. Görünür bu səbəbdən Aİ üçün Bakı ilə danışıqlar aparmaq çətindir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru