Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Nazarbayevin Bakıda müxalifətlə görüşünün sirr qalmış təfərrüatı - İLGİNC
Tarix: 4-10-2019, 08:42 | Çap et
Nazarbayevin Bakıda müxalifətlə görüşünün sirr qalmış təfərrüatı
Rusiyanın Qarabağ məsələsində təkbaşına vasitəçilik missiyasını həyata keçirməyə cəhd etdiyi barədə tarixi hadisə barədə azpost.info saytında yazı dərc olunub. Yazıda tarixi fakta əsaslanaraq qeyd edilib ki, 1991-ci ilin iyununda Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) prezidenti seçilən Boris Yeltsin Qarabağ münaqişəsini həll etmək üçün səy göstərib. Bu, həm də SSRİ prezidenti Mixail Qorbaçovla açıq konfliktdə olan Yeltsinin vasitəçi rolunda çıxış etmək istəməsi problemi həll etməklə SSRİ prezidentinin aciz qaldığı bir məsələdə öz nüfuz üstünlüyünü göstərmək cəhdi idi.

Özünün bu missiyasının mühümlüyünü nümayiş etdirmək üçün Yeltsin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etməyə qərar verir. Boris Yeltsinin və Qazaxıstan lideri Nursultan Nazarbayevin Azərbaycana səfəri o qədər də isti qarşılanmır. 1991-ci ilin qızmar payızı Bakıda siyasi hərarəti də yüksəltmişdi. QKÇP-nin suqutundan sonra mövqeləri xeyli zəifləmiş prezident Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəhbərlik etdiyi böyük bir xalq hərəkatı ilə üz-üzə qalmışdı. SSRİ əleyhinə kəskin mövqeyi ilə seçilən AXC-nin reaksiyasını nəzərə alan Ayaz Mütəlibov Yeltsinlə görüşündə maksimum ehtiyatı olmağa çalışır.

Yeltsinin səfəri ərəfəsində isə SİTA çox maraqlı bir xəbər yayır. Məlum olur ki, SSRİ prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı fərmanı hazırlanır. Bakı buna şübhə ilə yanaşır. Yeltsinin səfərindən əvvəl onun milli məsələlər üzrə müşaviri, ermənipərəstliyi ilə tanınan Qalina Stravoytovanın əvvəlcədən DQMV-ə gedərək yerli əhalini görüşə hazırlaması rəsmi Bakıda ciddi etiraz doğurur.

Sentyabrın 21-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir. Bakıda Yeltsin və Nazarbayev prezident Ayaz Mütəllibovla görüşür və son proseslər ciddi müzakirə edilir. DQMV-ə birgə getmək qərara alınır. Yeltsin və Nazarbayev daha sonra AXC-nin liderləri ilə görüşərək Dağlıq Qarabağla bağlı müzakirə aparırlar. Hər iki prezident görüşdə sərhədlərin dəyişdirlməməsi prinsipinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarşımayacaqlarını bəyan edirlər. AXC nümayəndələri bildirirlər ki, Ermənistanla danışıqlara başlamaq olar. Bunun üçün Ermənistan DQMV-i özünə birləşdirmək barədə qərarını ləğv etməli, Ter-Petrosyan Ermənistandan Qarabağa gəlmiş hərbi dəstələri çıxarmalıdır.

Bundan sonra Rusiya, Qazaxıstan və Azərbaycan prezidentləri Bakıdan avtomobillərlə çıxaraq 22 sentyabrda Xankəndinə gəlirlər. Bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunur. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşür. Azərbaycan prezidenti Ayaz Mütəllibov bu görüşdə iştirak etməkdən imtina edir.

Daha sonra Xankəndində partiya-təsərrüfat fəalları ilə görüşən RSFSR prezidenti Yeltsin bəyan edir ki, DQMV-də vəziyyəti gərginləşdirən materialların KİV-də və mərkəzi televiziyada işıqlandırılmaması barədə qərar verilib. Əhali ilə görüşdən sonra Yeltsin Yerevana gedir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə start verilir. 24 sentyabr 1991-ci ildə Şimali Qafqazın Jeleznovdsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilir. Sentyabrın 24-də Jeleznovdskda birgə memorandum imzalanır. Sənədi BorisYeltsin, Nursultan Nazarbayev, Ter-Petrosyan və Ayaz Mütəllibov imzalayır. Danışıqlarda separatçı hərəkatın lideri Robert Koçaryan, Dağlıq Qarabağ Vilayət Sovetinin sədri Leonard Petrosyan və Şuşa şəhər İcraiyyə Komitəsinin sədri Vaqif Cəfərov müşahidəçi qismində iştirak edirlər.

Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu: Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq(Söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-in inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);

Atəşi dayandırmaq;

SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;

10 bənddən ibarət olan memorandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi.

Bir aydan sonra-oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bəyan edərək SSRİ-dəki mövcudluğuna son qoydu. Dekabr ayında isə Sovet İttifaqı süqut etdi. Artıq hamı yeni mərhələnin- “postovet era”sının başlandığını anlayırdı. Qarabağ münaqişəsi alovlanaraq iki dövlət arasında qanlı savaşa çevrildi.

1991-ci ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsinin və Qazaxstanlı həmkarı Nursultan Nazarbayevin Dağlıq Qarabağa gəlməsi Moskvanın problemin siyasi həlli üçün bir mesajı idi.

Bəs, Boris Yeltsinlə və Nursultan Nazarbayevlə görüşdə AXC-dən kimlər iştirak edib?

AXC liderlərindən biri olmuş Pənah Hüseyn bu barədə “Yeni Müsavat”ın sualına belə cavab verdi: “Boris Yeltsin və Nursultan Nazarbayev Bakıda olan zaman Prezident Aparatının qarşısında Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini ifadə edən şüarlarla AXC-nin təşkilatçılığı ilə mitinq keçirilirdi. Mitinqdə hakimiyyətin istefası və bu kimi şüarlar yox idi. Həmin mitinqin daxili-siyasi münasibətlərə dair hər hansı şüar və çıxışlar səslənmirdi. Təxminən 30 minə yaxın insan qatılmışdı. Mitinqdə bir nümayəndə heyəti formalaşdırıldı. Nümayəndə heyətinə AXC rəhbərliyinə daxil olan bir neçə şəxs və digər başqa təşkilatları təmsil edən şəxslər daxil edilmişdi. Yadımda qalan budur ki, AXC-dən mən, Etibar Məmmədov, Arif Hacılı nümayəndə heyətinə daxil idik. Ola bilsin ki, başqaları da var idi, unutmuşam. Yeltsin və Nazarbayevlə görüşə həmin nümayəndə heyəti mitinqin qəbul etdiyi qərarla getdi, sonra isə qayıtdıq və görüş haqqında mitinq iştirakçılarına məlumat verdik. Görüş adı çəkilən prezidentlərin təşəbbüsü ilə olmamışdı. Mitinqin tələbini və yaranmış durumu nəzərə alıb bizi qəbul etmişdilər. Boris Yeltsin və Nursultan Nazarbayevlə görüşümüzdə prezident Ayaz Mütəllibov da iştirak edirdi. Görüşdə AXC lideri Əbülfəz Elçibəy iştirak etmirdi. Görüş Prezident Aparatının yaxınlığında o dövrdə “Brejnevin Evi”adlanan binada keçirildi. Vaxtilə Brejnev Bakıya gələndə orada qaldığı üçün adı o cür deyilirdi. Görüşdə Qarabağ məsələsində Azərbaycan cəmiyyətinin mövqeyinin vahid olduğu və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün Azərbaycan xalqının hər şeyə hazır olduğunu onların nəzərinə çatdırdıq. Bizi çox normal qarşıladılar. Həmin görüşdən sonra Yeltsin, Nazarbayev və Mütəllibov Xankəndinə getdilər. O cümlədən onlarla birlikdə Arif Hacılı, Fəhmin Hacıyev və başqa bir neçə deputat da Xankəndinə getmişdilər”.

Pənah Hüseyn onu da dedi ki, sözügedən görüş və səfərdən sonra Yeltsinlə Nazarbayev İrəvana da səfər ediblər: “Ondan bir neçə gün sonra isə Jeleznovodskda görüş keçirildi. Görüşdə Azərbaycan prezidenti Ayaz Mütəllibov və Ermənistan rəhbəri Levon Ter-Petrosyan da iştirak etmişdi. Qarabağ məsələsinin nizamlanmasına aid “Jeleznovodsk memorandumu” imzalandı. Bu sənəd təxminən 3 aylıq bir proqramı özündə ehtiva edirdi. Az sonra noyabrda Qarabağda Qarakənd istiqamətində Azərbaycanın siyasi rəhbərliyinə qarşı vertolyot terroru həyata keçirildi. Bundan sonra problemin nizamlanması prosesi gündəmdən çıxdı”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru